1.6.İnformatikanin yeni elm sahəsi kimi inkişafi. İnformatikanın fundamental
elm olmasına baxmayaraq onun dinamik inkişafı bir çox elm sahələri ilə üzvi surətdə
əlaqədardır. Bu sahədə birinci növbədə informatikanın riyazi əsaslarını – riyazi
informatikanı qeyd etmək lazımdır. Bununla yanaşı informatikanın texniki əsasları fiziki,
texniki elmlərin nailiyyətlərinə əsaslanır. İnformatikanın tətbiqi ilə bağlı irəliləyişlər isə
onun iqtisadi-riyazi əsasları ilə şərtlənir. Cəmiyyət miqyasında informatikanın sosial-
iqtisadi və humanitar əsaslarının da inkişafı müvafiq problemlərin müsbət həllinə şərait
yaradır. Hazırda həm informatika, həm də İKT müstəqil və yeni elm sahəsi kimi
formalaşır. İKT-ın tədqiqat obyekti informasiya proseslərinin səmərəli təşkili üsullarıdır,
tədqiqat pedmeti isə İKT-ın nəzəri əsasları və yaradılması üsullarıdır.
İKT təbiət elmlərinin tərkibinə daxil olmaqla texniki elm kimi xarakterizə olunur və
fundamental informatikanın bir bölməsidir. Onun nəzəri əsaslarını nəzəri informatika və
ümumi informasiya nəzəriyyəsinin nailiyyətləri təşkil edir.
İnformatika, eləcə də İnformasiya texnologiyaları elmi inkişaf etdikcə yeni-yeni elmi
terminlər, anlayışlar da meydana gəlmiş və gündəlik həyata daxil olmuşdur. Bunlara misal
olaraq: İnfokommunikasiya, informasiya infrastrukturu, informasiyalaşma, informasiya
mühiti, informasiya cəmiyyəti, informasiya resursları və xidmətləri, biliklər bazası, audio-
video konfrans, telekonfrans, axtarış serverləri, relevant informasiya, spam, provayder,
host, çat, meynfreym, LAN, WAN, HTTP və s. göstərmək olar. Kompüter qrafikası,
rahat interfeyslər, multimedia texnologiyaları, geoinformasiya sistemləri, intellektual
korporativ şəbəkələr, neyroşəbəkə texnologiyaları, tərcümə proqramları, virtual sistemlər
və s. kimi bir çox aktual elmi-praktik problemlər İKT elminin perspektiv fundamental və
tətbiqi tədqiqat istiqamətləridir.
1.7. Elmi tədqiqat işlərinin yerinə yetirilməsində informatikanın rolu və
vəzifələri. Elmi sahələrdə informasiyalaşdırma, kompüter, telekommunikasiya
texnologiyalarının və müasir informasiya sistemlərinin tətbiqi yeni səviyyədə və
keyfiyyətdə biliklərin alınmasını, ümumiləşdirilməsini, yaranmasını və istifadəsini təmin
edir. Alim və mütəxəssislərin zəruri elmi informasiyalarla vaxtında təmin edilməməsi
elmin və sənayenin inkşaf tempinin düşməsinə apara bilər. Bunun qarşısı isə yalnız ən yeni
İKT-dan istifadə etməklə, informasiya fondlarını elektronlaşdırmaqla, başqa sözlə elmi
tədqiqat işlərinin yerinə yetirilməsində ən müasir İKT-in tətbiqini reallaşdırmaqla almaq
olar. Bu proses İKT-in elm sahəsində tətbiqinin artması ilə əlaqədar daha da
sürətlənməkdədir.
Müasir informasiya texnologiyalarının tətbiqi ilə ölkədə elmi fəaliyyətin elektron
mühitə gətirilməsi, elmi tədqiqatların müasir standartlar səviyyəsində aparılması, o
cümlədən Azərbaycan elminin beynəlxalq elmi aləmə inteqrasiyası üçün bu sahədə xüsusi
fəaliyyət proqramının hazırlanması zəruri məsələlərdəndir.
Respublikanın elmi qurumlarının strukturunun müəyyənləşdirilməsi, elmi
tədqiqatların müasir standartlar səviyyəsində aparılması və maliyyələşdirilməsi, ölkənin
elmi kadr potensialının artırılması və onun sosial müdafiəsinin gücləndirilməsi,
Şəkil 1. İnformasiya proseslərinin avtomatlaşdırılmasının ümumi sxemi
KitabYurdu.az
7
bütövlükdə elmin inkişafı üzrə milli strategiyanın həyata keçirilməsi proseslərinin
sürətləndirilməsi bu proqramın işlənilməsi və həyata keçirilməsi məsələlərini
aktuallaşdırmışdır. Belə bir proqramın reallaşdırılmasında başlıca məqsəd Azərbaycan
elminin müasir tələblərə uyğun inkişaf etdirilməsi, elmi idarəçiliyin təkmilləşdirilməsi,
respublikanın elmi qurumlarında İKT-nin geniş tətbiq edilməsi, Azərbaycan alimləri ilə
dünya alimləri arasında əməkdaşlıq əlaqələrinin möhkəmləndirilməsi, müxtəlif elmi
problemlərlə bağlı fikir mübadiləsinin aparılması, təcrübələrin bölüşdürülməsi üçün vahid
milli elmi informasiya fəzasının formalaşdırılması, alimlərin sosial şəbəkəsinin
yaradılması, tədqiqat işlərinin səmərəliliyinin yüksəldilməsi və bununla da dünya elmi
məkanına inteqrasiyasına nail olmaqdır.
Hazırda Azərbaycanda ETİ-nin informasiyalaşdıralması, eletron nəşrlər, bir çox elmi-
kütləvi, təhsil, mədəni-maarif və s. tipli saytlar-portallar, tədris proqramları, informasiya
sistemləri, elektron dərsliklər, distant tədris texnologiyaları yaradılır və istifadə edilir.
Əksər sahə və akademik elmi tədqiqat institutları, kitabxanaları, muzeyləri, arxivləri
kompüterləşdirilmiş və İnternetə qoşulmuşdur. Bununla yanaşı bir çox məsələlərin
kompleks həlli tam həyata
keçirilməmişdir və bu sahədə işlər davam etdirilir:
İnformasiya resuslarının elektronlaşması;
Elektron kitabxanalar şəbəkəsinin yaradılması və sərbəst istifadə edilməsi;
ET-da kompüter modelləşdirmənin, riyazi-statistik təhlil və s. kimi müasir tədqiqat
metodlarının tətbiqi;
Elmi verilənlər bazasının yaradılması və ona sərbəst girişin təmini;
Elmi informasiyaların ümumiləşdirilməsi, sistemləşdirilməsi vasitələrinin işlənməsi;
Alim və mütəxəssislərin müəlliflik hüququnun tanınması və qorunması;
Elektron kəşflərin hüquqi statusunun müəyyənləşdirilməsi;
Elmi-tədqiqatların
və
innovasiyaların
kommersiyalaşdırılması
prosesinin
sürətləndirilməsi;
İKT yönümlü Milli innovasiya sisteminin yaradılması.
1.8.Tətbiqi informatika və elmi-tədqiqatlarda multidistiplinar yanaşma
problemləri. İnformatikanın son dövrlərdəki inkişafı onu hesablama texnikasının köməyi
ilə verilənlərin emalının üsul və vasitələri haqqında olan texniki bir fənndən, nəinki texniki
sistemlərdə, həmçinin təbiətdə və cəmiyyətdə informasiya və informasiya prosesləri
haqqında olan fundamental elmə çevirdi. İnformatika həmçinin elmlər sistemində
birləşdirici funksiyasını yerinə yetirərək bir sıra yeni elmi istiqamətlərin yaranmasına və
inkişafına səbəb olmuşdur.
İnformatikanın çox tətbiq olunan sahələrindən biri iqtisadiyyat olduğundan və
əvvəlki dövrlərdə iqtisadi sahələrə aid daha çox informasiyaların emalına xüsusi ehtiyac
yarandığından informatika ilə iqtisadiyatın çox cəhətli qarşılıqlı əlaqələrinin
öyrənilməsi digərlərindən daha nümunəvi xarakter daşıyır. Ona görə də iqtisadiyyat
elminin nümunəsində İnformatikanın tətbiqi məsələləri daha qabarıq nəzərə çarpır.
Riyaziyyatın iqtisadiyyata tətbiqi ilə bağlı iqtisadi-riyaziyyatın, iqtisadi-riyazi üsul və
modellərin inkişafı da informatikanın iqtisadiyyatda tətbiqinə geniş yol açmış
və
informatikanın xüsisi bölməsi kimi iqtisadi informatika formalaşmışdır.
İnformatika və iqtisadiyyat arasında sintez prosesləri daha mürəkkəb xarakter
almışdır. Əvvəla informatika iqtisadiyyatda tətbiq olunaraq, onun inkişafına təkan vermiş
və iqtisadi informatika yaranmışdır. Bundan başqa, informatika elmi və müasir
KitabYurdu.az
8
Dostları ilə paylaş: |