Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə144/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   140   141   142   143   144   145   146   147   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

Əxlaq tərbiyəsi
 şəxsiyyətin ahəngdar inkişafının mühüm tərkib hissəsini təşkil
edir. Əxlaq tərbiyəsi insanın əxlaqi şüur və hisslərinin, davranış təcrübəsinin forma-
laşmasına yönələn məqsədyönlü prosesdir. 
Əxlaq tərbiyəsinin 
nəzəri əsasını
 etika elmi təşkil edir. Etika əxlaq, mənəviyyat
haqqında elmdir. Əxlaq ictimai şüur formalarından biri olub insanın cəmiyyətə, başqa
adamlara və özünə münasibətini müəyyən edən davranış normalarının məcmusudur. 
Əxlaqi əməl, davranış insanın  
şüur, hiss, iradə və hərəkətlərinin nəticəsi kimi
özünü göstərir. Nəcib əxlaqi ideyalardan təsirlənən gənclərdə nəcib hisslər oyanır və
bunlardan nəcib arzular yaranır. Bu arzular insanı nəcib hərəkətlərə, əməllərə sövq
edir. 
Əxlaq tərbiyəsinin vəzifələri cəmiyyətin şəxsiyyətə əxlaqi tələblərini əks etdirir.
Həmin 
vəzifələr
 aşağıdakılardan ibarətdir:
- insanda əxlaqi şüur, inam və əqidə formalaşdırmaq; - nəcib əxlaqi hisslər aşıla-
maq; - düzgün davranış təcrübəsi formalaşdırmaq; - əxlaqi eybəcərliyə, haqsızlığa,
şərə qarşı barışmazlıq, mübarizə əzmi, fəal həyat mövqeyi tərbiyə etmək.
 
Əxlaq   tərbiyəsinin   məzmunu
  geniş   və   çoxcəhətlidir;   əxlaqi   keyfiyyətlər   iki
mindən artıqdır. Onları bir neçə qrupda birləşdirmək olar:
1. İnsanın Vətənə, cəmiyyətə, xalqa münasibətini ifadə edən əxlaqi keyfiyyətlər:
vətənpərvərlik, beynəlmiləlçilik, ictimai borcun dərk edilməsi, ictimai mənafeyin şəxsi
mənafedən üstün tutulması və s.
2. Əməyə münasibəti ifadə edən əxlaqi keyfiyyətlər: əməksevərlik, işgüzarlıq,
qənaətçillik, səliqəlilik, əməyə vicdanlı münasibət, əmək adamlarına hörmət və s.
3. İnsanın başqa adamlara, kollektivə münasibətini ifadə edən əxlaqi keyfiyyət-
lər:   hümanizm,   xeyirxahlıq,   düzlük,  doğruçuluq,  yoldaşlıq,   dostluq,   kollektivçilik,
diqqətlilik, mədənilik və s.
4. İnsanın özünə, davranışına münasibətini ifadə edən əxlaqi keyfiyyətlər: təva-
zökarlıq, vicdanlılıq, intizamlılıq, utancaqlıq, şəxsi ləyaqət hissi və b.
Vətənpərvərlik
 insanın əxlaqi keyfiyyətləri içərisində aparıcı yer tutur. O, əxla-
qın əsasıdır. 
Tərbiyə işində çalışmaq lazımdır ki, gənclər daim Vətən ideyası ilə, vətəndaşlıq
105


hissləri və həyəcanları ilə yaşasın, bu nəcib hisslər öz ifadəsini vətən üçün, xalq üçün
nəcib əməllərdə tapsın. 
Əxlaqi keyfiyyətlər içərisində  
insanpərvərlik, humanizm
  çox mühüm yer tutur.
İnsanpərvərlik insana məhəbbət və qayğı deməkdir. Başqalarının daxili aləmini duy-
maq, sevincinə və kədərinə şərik olmaq, insanı sevmək, ona lazımi kömək göstərmək
insaniyyətin,   əxlaqi   mədəniyyətin   ilkin   şərtidir.  Çalışmaq   lazımdır   ki,   humanizm,
xeyirxahlıq gənclərin mənəvi tələbatına çevrilsin. 
Əxlaq  tərbiyəsinin   əsası   gənclərdə  
mənəvi   tələbat   tərbiyə   etməkdən
  ibarətdir.
Gəncləri mənəvi fəaliyyət sahəsinə  –  başqa adamlar üçün xeyirxah əməllərə, nəcib
məqsədlərlə ruhlandırılan yaradıcı əməyə, qaynar ictimai fəaliyyətə cəlb etmək tər-
biyənin vacib şərtidir. Gənc hər dəfə adamlar üçün, kollektiv üçün faydalı işlər gör-
dükdə onda xeyirxahlıq hissi dərinləşir və tədricən tələbata çevrilir: o, nəcib davranı-
şa mənəvi ehtiyac duyur. 
Əxlaq tərbiyəsinin əsas mənbəyini davranış mədəniyyəti, müsbət əxlaqi adətlər
təşkil   edir.  
Əxlaqi   adətlər   tərbiyəsi
  üçün   gəncləri   müxtəlif   fəaliyyət   növlərinə   -
əməyə, oyuna, təlimə, bədii, elmi-texniki və ictimai fəaliyyətə cəlb etmək lazımdır.
İnsanın dəyərli əxlaqi sifətlərindən biri də 
intizamdır
. İntizam qoyulmuş qayda-
lara əməl etməkdir. O, qorxuya və şüura əsaslana bilər. Qorxu intizamı müvəqqəti və
aldadıcıdır, çünki qorxu təhlükəsi götürüləndə insan qoyulmuş qaydanı yenə poza
bilər. Şüura əsaslanan intizam isə davamlı olur. Buna görə də müəllim qoyulmuş qay-
daların vacibliyinə gəncləri inandırmağa çalışmalıdır.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə