Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Pedaqoji ünsiyyət və onun strukturu



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə154/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   150   151   152   153   154   155   156   157   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

Pedaqoji ünsiyyət və onun strukturu. 
Pedaqoji ünsiyyət pedaqoji proses işti-
rakçılarının qarşılıqlı münasibətlərini ifadə edən peşə ünsiyyətidir, pedaqoji fəaliy-
yətin çox çətin bir sahəsidir. Bir çox müəllimlər məhz tələbələrlə ünsiyyət qurmaqda
çətinlik çəkir, bu sahədə ciddi səhvlərə yol verirlər. Bu səhvlər isə onların iş keyfiy-
yətlərinə, səhhətlərinə mənfi təsir göstərir.
Pedaqoji   ünsiyyətin   düzgün   qurulması   ünsiyyətin   mahiyyətini,   strukturunu,
mexanizmini, şərtlərini yaxşı dərk etməkdən, pedaqoji ünsiyyətə yiyələnməkdən çox
asılıdır.
Ünsiyyət
 – insanların informasiya mübadiləsi, qarşılıqlı təsiri və bir-birini qav-
raması prosesidir. Müasir psixologiyada ünsiyyətin üç tərəfi fərqləndirilir:
- informasiya mübadiləsi (kommunikativ tərəf);
- insanların qarşılıqlı təsiri (interaktiv tərəf);
- insanların bir-birini qavraması (perseptiv tərəf).
Ünsiyyətin   qeyd   edilən   tərəflərinə   müvafiq   olaraq   onun   üç  
funksiyası
  özünü
göstərir: informasiya vermək, tərbiyəvi təsir göstərmək, insanı duymaq funksiyaları.
Ünsiyyətin kommunikativ funksiyası
 – informasiya mübadiləsi pedaqoji fəaliyyə-
tin əsasını təşkil edir.
Ünsiyyətin interaktiv funksiyası
  – insanların qarşılıqlı münasibətləri, qarşılıqlı
təsiri ünsiyyətin əsasını təşkil edir. 
Ünsiyyətin perseptiv funksiyası
  insanların bir-birini qavraması və anlaması ilə
bağlıdır. 
Ünsiyyətin qeyd edilən  
tərəflərini (funksiyalarını) vəhdətdə həyata keçirilmə-
lidir
.   Bəzən   ali   məktəb   təcrübəsində   bu   məsələyə   birtərəfli   yanaşılır:   müəllim
məşğələ zamanı ünsiyyətin yalnız bir tərəfini, məsələn, informasiya vermək tərəfini
təşkil edib, digər iki tərəf üzərində düşünmür. 
Tələbələrdə təlim fəaliyyətinə marağın azalması səbəblərinin təhlili göstərir ki,
zəif mənimsəmə və fənnə diqqətin azalması başlıca olaraq məhz pedaqoji ünsiyyətin
yanlış təşkili ilə bağlıdır. Eksperiment təriqi ilə müəllim pedaqoji ünsiyyətin struktu-
runu dəyişərək onun hər üç tərəfini əlaqəli təşkil edir – qrupda müsbət işgüzar mühi-
117


tin, sağlam mənəvi-psixoloji iqlimin yaradılmasına, yəni ünsiyyətin interaktiv və per-
septiv tərəfinə daha çox diqqət yetirir. Bu halda tələbələrin təlimə münasibətində nə-
zərəçarpan dəyişiklik baş verir. Hər bir müəllim (xüsusən gənc müəllimlər) tədris
etdiyi   fənni   mükəmməl   bilməklə   yanaşı   pedaqoji   ünsiyyət   qabiliyyətinə   də   yaxşı
yiyələnməlidir. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə