Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Müəllimin şəxsiyyəti səmərəli pedaqoji ünsiyyətin mühüm amili kimi



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə156/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   150   151   152   153   154   155   156   157   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

Müəllimin şəxsiyyəti səmərəli pedaqoji ünsiyyətin mühüm amili kimi
. Pe-
daqoji ünsiyyətin səmərəsi müəllimin şəxsi keyfiyyətlərindən, ünsiyyət mədəniyyə-
tindən çox asılıdır. Müəllim-tərbiyəçi hər sahədə olduğu kimi, bu məsələdə də tələbə-
lərə nümunə olmalıdır. Müəllimin şəxsi keyfiyyətləri – alicənablığı, müdriklik, xeyir-
xahlıq, insanpərvərlik və yüksək vətəndaşlıq mövqeyi, elmi dünyagörüşü, dərin bilik
və erudisiyası uğurlu ünsiyyətin vacib şərtlərindəndir. Alicənab, humanist müəllim tə-
ləbəyə sadəcə obyekt kimi yox, şəxsiyyət kimi yanaşır, xırda, cılız hissələrə və hə-
rəkətlərə yol vermir. 
Tərbiyəçinin  
ünsiyyətlilik bacarığı  
da pedaqoji ünsiyyətə müsbət təsir göstərir.
Ünsiyyətlilik   müəllim-tərbiyəçi   üçün   sadəcə   şəxsi   keyfiyyət   kimi   yox,   şəxsi-peşə
keyfiyyəti kimi əhəmiyyət kəsb edir. Ünsiyyətlilik bacarığına malik olmayan müəl-
lim-tərbiyəçi  tələbələr üçün cansıxıcı, əlçatmaz olur. Buna görə də gənclərlə işləyən
müəllim-tərbiyəçi özündə ünsiyyətlilik bacarığı formalaşdırmağa çalışmalıdır.
Pedaqoji ünsiyyət 
pedaqoji etika
 tələblərinə əsaslanmalıdır. Bu tələblər sırasına
pedaqoji peşə borcu və ləyaqəti, peşə vicdanı, ədalətlilik, pedaqoji nüfuz kimi kate-
119


qoriyalar daxildir. Pedaqoji 
peşə borcu
 cəmiyyətin müəllim qarşısında qoyduğu yük-
sək tələblər səviyyəsində işləməyi, bu sahədə məsuliyyət hissini nəzərdə tutur. Peşə
borcu və ləyaqəti müəllimin özünün və təmsil etdiyi kollektivin şərəfini və ləyaqətini
uca tutmaqda, ona ləkə gətirən əməllərdən çəkinməkdə ifadə olunur.
Pedaqoji etika tələbləri içərisində  
ədalətlilik
  müəllimin nüfuzuna, ünsiyyətinə
güclü təsir göstərir. Ədalətlilik müəllimi tələbə gözündə nə qədər yüksəldirsə, əda-
lətsizlik – bir o qədər alçaldır. Ədalətsizlik şəraitində normal   ünsiyyətdən söhbət
gedə bilməz. 
Müəllim-tərbiyəçi  
pedaqoji ünsiyyət mədəniyyətinə
  yiyələnməli, tələbələrlə ün-
siyyət formasını daim təkmilləşdirməyə çalışmalıdır. Bunun üçün ünsiyyətin dəyişən
şəraitinə operativ bələdləşmək; ünsiyyət şəraitinə, tələbə qrupuna və tələbələrin fərdi
xüsusiyyətlərinə   görə   adekvat   ünsiyyət   vasitələrini   düzgün   müəyyənləşdirmək;
tələbələrlə   ünsiyyətdə   neqativ   ustanovka   doğuran   stereotipləri   aradan   qaldırmaq
vacibdir. 
Müasir şəraitdə əməkdaşlıq pedaqoqikasının başlıca tələblərindən biri müəllim-
tələbə   (şagird)   münasibətlərinin   humanistləşdirilməsi   və   demokratikləşdirilməsidir.
Müəllim-tərbiyəçi pedaqoji-peşə mədəniyyətinə yiyələnməklə öz işini müasir tələblər
səviyyəsində qura bilər. 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   150   151   152   153   154   155   156   157   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə