Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


Ünsiyyət (kommunikativ) qabiliyyətləri



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə50/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   46   47   48   49   50   51   52   53   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

Ünsiyyət (kommunikativ) qabiliyyətləri
  – adamlarla qarşılıqlı münasibət ya-
39


ratmaq bacarığında ifadə olunur. Bu bacarıqlara yiyələnmiş müəllimlər tələbələrlə
düzgün ünsiyyət yarada bilir, tələbələrin və həmkarlarının hörmətini qazanır, təlim-
tərbiyə işində yüksək nəticələr əldə edirlər.
Ünsiyyət prosesində insanın başqa adamları qavraması və onlara münasibinin
xarakteri  
bir çox amillərlə
  bağlıdır. Aparıcı amillər kimi şəxsiyyətin dünyagörüşü,
əqidə və baxışları, tələbatlarının xarakteri və onların təmin olunması vəziyyəti, başqa
adamların onun üçün subyektiv əhəmiyyət kəsb etməsi (onun hansısa maraqlarının
ödənilməsində iştirakı) mühüm rol oynayır. Bu amillərdən, xüsusən tələbatların təmin
edilməsi vəziyyətindən asılı olaraq insan başqa adamlara fərqli (neqativ və pozitiv,
kəskin və sakit) münasibət göstərir. Neqativ şəxsiyyət tipli adamlarda sərtlik, kobud-
luq, kinlilik, qapalılıq və s. bu kimi keyfiyyətlər dominantlıq təşkil edir. Onlar başqa
adamlara, necə deyərlər, “qara eynəklə” baxır, onları mənfi planda qavrayır və onlara
mənfi emosional münasibət bəsləyirlər. Xeyirxah, həssas, səmimi, vicdanlı adamlarda
isə pozitiv tipli kommunikativ özək formalaşır. Belələri adamlara, “yaşıl eynəklə”
baxır, onları müsbət planda qavrayır və onlara müsbət emosional münasibət bəslə-
yirlər.
Neqativ   və   pozitiv   ünsiyyət   tipləri  
müəllimlər   içərisində   də   özünü   göstərir
.
Xəstəliyi üzündən fərdi iş üçün tapşırığı yerinə yetirməyən tələbəyə müəllimlərdən
biri deyir: “Xəstəliyinin mənə dəxli yoxdur, tapşırığı sabah mütləq gətir, yoxsa sıfır
(0) bal yazacağam”. Digər müəllim isə başqa mövqedən çıxış edir: “Xəstələnib tap-
şırığı yerinə yetirmədiyin üçün çox heyfslənirəm. Amma imkan olanda tapşırığı ye-
rinə yetirərsən. Ehtiyac olsa, məndən məsləhət ala bilərsən”. Göründüyü kimi, iki
müəllim eyni vəziyyətə çox fərqli münasibət  bildirir: birinci halda neqativ, ikinci
halda isə pozitiv ünsiyyət tipi özünü göstərir. Birinci müəllim tələbəyə sadəcə 
tərbiyə
obyekti kimi
 baxırsa, 
ikinci müəllim ona tərbiyənin fəal subyekti kimi yanaşır, insanı
ali dəyər kimi qiymətləndirir və ona bu cür də münasibət göstərir
. Hər bir müəllim
özündə və tələbələrində insana münasibətdə  humanist  kommunikativ  özək forma-
laşdırmağa   çalışmalıdır.  Belə   olduqda   müəllim   tələbələrlə   normal   ünsiyyət   qurur,
onun nüfuzu da yüksəlir.
40


Ünsiyyət qabiliyyətləri içərisində 

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə