Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə51/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   47   48   49   50   51   52   53   54   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

pedaqoji takt
 mühüm yer tutur. Pedaqoji takt
– müəllimin tələbəyə səmərəli təsir vasitələrini tapıb tətbiq etməsi, bu zaman müəy-
yən ölçü hissi gözləməklə düzgün ünsiyyət qurması bacarığıdır. Pedaqoji takt ün-
siyyətdə müəyyən hədd göstərməkdə, həddi aşmamaqda, 
“qızıl orta xətt” tapmaqda
ifadə   olunur.   Ünsiyyət   prosesində  
həddi   aşmaq,   israfçılıq   əks   nəticələrə   gətirib
çıxarır
:   hədsiz   tələbkarlıq   itaətsizlik   doğurur,   hədsiz   yumşaqlıq   saymazyanalığa
səbəb olur, hədsiz tənqid insanın heysiyyatına toxunur, onda özünümüdafiə meyli və
etiraz doğurur. 
Pedaqoji   takt   yaranmış  
çətin   situasiyadan   ustalıqla   çıxmaq   bacarığında
  da
özünü   göstərir.  Bəzən   yaranmış   vəziyyətdən   çıxmaq   üçün   müəllim  
neqativ-mənfi
yönəlişliyi (ustanovkanı) pozitiv
-
müsbət
 
yönəlişliklə əvəz etməyə
  çalışır. Tələbə söhbət
etməklə mühazirəyə mane olur. Bu zaman müəllim özündə yaranmış mənfi emosiyanı
(qışqırıq, hədə, cəza, tənqid) müsbət emosiya (yumor, zarafat, istehza) ilə əvəz etməklə
gərginliyin, əsəbiliyin, münaqişənin qarşısını alır (“Cavan oğlan, görünür ürəyin sözlə
doludur, söhbətin bir hissəsini tənəffüsə saxla”, “Deyəsən, bu gün sənin çayına dilotu
qatıblar”).
Pedaqoji takta malik müəllim 
tənqidə çox yer vermir, çünki tərif və mehribanlıq
şəraitində insan tənqid şəraitində olduğundan daha yaxşı çalışır

Ünsiyyət qabiliyyətləri təşkilatçılıq qabiliyyətləri ilə sıx bağlıdır.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə