Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə54/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   50   51   52   53   54   55   56   57   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

Müəllimin pedaqoji ustalığı
Müəllimin pedaqoji ustalığı
 – az qüvvə və vaxt sərf etməklə səmərəli nəticələrə
nail olmaq bacarığıdır. Bu bacarığa yiyələnən müəllim təlim-tərbiyə işini düzgün qur-
maqla yüksək nəticələr qazanır, tələbələrlə yaxşı ünsiyyət yaradır, böyük hörmət və
nüfuz   sahibi   olur.  Pedaqoji   ustalıq   müəllimin   fəaliyyətinin   humanist   istiqamətlili-
yinin, pedaqoji bilik və qabiliyyətlərinin, habelə pedaqoji texnikasının məcmusudur.
Pedaqoji ustalığın
 bu 
ünsürlərini
 ayrılıqda nəzərdən keçirək.
44


1) 
Müəllim şəxsiyyətinin humanist istiqaməti
 – pedaqoji fəaliyyətin və ustalığın
əsasını təşkil edir. Buraya müəllimin idealları, maraqları, sərvət meylləri, dünyagörü-
şü, pedaqoji fəaliyyətə və tələbəyə baxışları və s. daxildir. Humanist istiqamət gün-
dəlik konkret vəzifələrin həllində müəllimin düzgün mövqe tutmasına, məqsədəuy-
ğun şəkildə fəaliyyət göstərməsinə, tələbələrlə normal ünsiyyət qurmasına, pedaqoji
fəaliyyətin strategiya və taktikasını düzgün müəyyənləşdirməsinə kömək göstərir.
2)  
Pedaqoji peşə bilikləri
  – müəllimin ustalığının vacib şərtdir. 
Elmi-pedaqoji
biliklərə mükəmməl yiyələnmədən
, nəzəri bilikləri təcrübəyə tətbiq etmədən  
ustad
müəllim olmaq mümkün deyildir
. Eyni pedaqoji təhsilə və staja malik olan iki müəlli-
min pedaqoji fəaliyyətdə müxtəlif nəticələr əldə etməsi, ilk növbədə, onların nəzəri
hazırlığı və pedaqoji ustalığı ilə izah olunur.
Müəllim psixoloji biliklərə də yiyələnməli, 
yaxşı psixoloq olmalıdır
. Pedaqogika
və psixologiyanı yaxşı bilməyən müəllim, K.D.Uşinskinin sözləri ilə desək, lazımi
tibbi hazırlığı olmayan ara həkiminə bənzəyir.
3) Pedaqoji ustalığın mühüm bir ünsürünü 
pedaqoji-peşə qabiliyyətləri
 təşkil edir.
Müəllim əvvəlki bölmədə nəzərdən keçirilən peşə qabiliyyətlərinə – akademik, didaktik,
konstruktiv, ünsiyyət, təşkilatçılıq, perseptiv və b. qabiliyyətlərə mükəmməl yiyələndiyi
zaman ustad pedaqoq sayıla bilər. Bu qabiliyyətlər ayrılıqda yox, qarşılıqlı vəhdətdə,
kompleks halında tətbiq olunduqda yüksək nəticələr əldə etmək mümkündür. 
4) Müəllimin pedaqoji ustalığının daha vacib bir ünsürünü  

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə