Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


 Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə62/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   58   59   60   61   62   63   64   65   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

3. Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları
Təlim prosesinin
 metodoloji əsasını
 fəlsəfənin 
idrak nəzəriyyəsi
 təşkil edir. İdrak
dünyanın insan şüurunda əks olunması prosesidir. Bu proses  
üç pillədən
  keçir:  
hissi
idrak, məntiqi idrak, praktika
. Dünyanın dərk olunması hissi idrakdan başlayır: hiss üzv-
lərinin köməyi ilə insanda ətraf aləm haqqında   duyğular, qavrayış və təsəvvürlər ya-
ranır. Bu yolla əldə olunan faktik materiallar (qavrayış və təsəvvürlər) məntiqi idrakda –
mücərrəd   təfəkkürdə   təhlil   olunur,   ümumiləşdirilir.  Mücərrəd   təfəkkürdə   çıxarılan
nəticələr praktikada yoxlanılır; praktika – biliklərin həqiqiliyinin əsas meyarıdır. 
Təlim prosesi də idrakın bir növüdür. 
Tələbənin (şagirdin) öyrənmə yolu bir çox
cəhətdən idrak yoluna əsaslanır
. Bunu sxematik olaraq nəzərdən keçirək.
İdrak yolu                Canlı müşahidə             mücərrəd təfəkkür            praktika
Təlim yolu                    Qavrama                         anlama                     tətbiqetmə  
   
  
       möhkəmlətmə
Göründüyü kimi, tələbənin təlim (öyrənmə) yolu idrak yoluna müvafiqdir. Lakin
onunla   tam   eyni   deyildir;   müəyyən   fərqli   cəhətləri,   özünəməxsus   xüsusiyyətləri
vardır. 
Bu fərqi idrak məqsədində
 (alim yeni qanunları üzə çıxardır, tələbə isə elmə
məlum   olan   bilikləri   öyrənir),  
idrak   pillələrinin   sistemində
  (elmi   idrakdan   fərqli
olaraq təlimdə pillələrin ardıcıllığı dəyişir, möhkəmlətmə pilləsinə ehtiyac duyulur),
idraka rəhbərlik işində
  (alimdən fərqli olaraq tələbənin idrak fəaliyyəti müəllimin
rəhbərliyi altında gedir) və s. özünü göstərir.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə