Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova


 Təlimin qanunları və prinsipləri



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə64/158
tarix08.04.2022
ölçüsü0,63 Mb.
#85173
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   ...   158
ali-mekteb-pedaqogokasi-muhazire-1doc

4. Təlimin qanunları və prinsipləri
Təlimin özünəməxsus qanunları vardır. Onların dərk edilməsi və düzgün nəzərə
alınması təlim prosesinin səmərə və keyfiyyətini artırmağa, onu elmi əsasda idarə
etməyə imkan verir. Əksinə, bu qanunlara laqeyd  yanaşdıqda təlim kortəbii xarakter
daşıyır, lazımi nəticə vermir.
Təlim prosesini düzgün idarə etmək üçün, ilk növbədə, “qanunauyğunluq”, “qa-
nun”, “prinsip” və “qayda” məfhumlarının mahiyyətini yaxşı başa düşmək lazımdır. Tə-
limin  
qanunauyğunluqları
 dedikdə, bu prosesə obyektiv şəkildə xas olan ümumi, mü-
hüm, sabit  və təkrarlanan əlaqələr, səbəb-nəticə asılılıqları başa düşülür. Təlimin  
qa-
nunları
  bu   prosesdə   özünü   göstərən   qanunauyğun   əlaqələrin   mahiyyətinin   aydın,
dəqiq, məntiqi ifadəsidir.
Təlimin qanunları təlim prinsiplərində öz əksini tapır. 
Təlim prinsipləri
 təlimin
qanunlarını əks etdirən, təlim prosesinin səmərəli qurulmasına imkan verən ilkin ide-
yalar, fəaliyyət normaları, əsas tələblərdir. Təlim prinsipləri təlim prosesinin müxtəlif
ünsürləri arasında çoxcəhətli əlaqələri tənzim etməyə xidmət göstərir. Təlimin ün-
sürləri və qanunları ilə prinsipləri arasındakı əlaqələri nəzərdən keçirək (
bax: sxemə
).
Təlim prinsiplərinin göstərilən təsnifatı şərtidir, çünki real təcrübədə təlim vahid,
bütöv bir proses kimi cərəyan edir. Prinsiplərin mahiyyətini ayrılıqda nəzərdən keçirək.

Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   158




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə