|
![](/i/favi32.png) Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə BəxtiyarovaTəlimin elmi fəaliyyətlə əlaqələndirilməsi prinsipiali-mekteb-pedaqogokasi-muhazire-1docTəlimin elmi fəaliyyətlə əlaqələndirilməsi prinsipi
. Bu prinsip ali məktəbdə
təlim prosesini elmi fəaliyyətlə vəhdətdə aparmağı nəzərdə tutur. Onun əsasında belə
bir
qanun
durur: təlim və elmi fəaliyyət bir-birilə nə qədər düzgün və məqsədyönlü
şəkildə əlaqələndirilirsə, tələbələr elmi axtarışlara geniş cəlb edilirsə, mütəxəssis ha-
zırlığının keyfiyyəti bir o qədər yüksək olur.
Prinsipin reallaşması müəyyən
qaydalarla
həyata keçirilir:
- tələbələri yeni elmi kəşflərlə, eləcə də elmin həll edilməmiş problemləri ilə
elmi metodlarla tanış etmək:
- tələbələri elmi problemlərin həllinə cəlb etmək;
- tədris prosesində elmi diskussiyalara geniş yer vermək;
- tələbələrin təlim işini elmi işlə sıx əlaqələndirmək;
- kafedraların elmi-tədqiqat işlərini mütəxəssis hazırlığının keyfiyyətini yük-
səltmək vəzifəsinə yönəltmək.
Dostları ilə paylaş: |
|
|