|
![](/i/favi32.png) Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2Rentgenoloji müayinələrə hazırlıqTibb bacısının işi-1Rentgenoloji müayinələrə hazırlıq
Bronxoqrafiya
-kontrast maddənin yeridilməsilə bronxların və traxeyanın müayinəsidir. Hazırlıq
zamanı xəstənin yod preparatlarına həssaslığı yoxlanır, bronxların drenajı aparılır (xəstəyə
bəlğəmgətiricilər və bronxolitiklər verilir) . Proseduradan əvvəl xəstəyə d/a atropin inyeksiyası, ehtiyac
olduqda həkim göstərişinə əsasən desensibilizasiyaedici preparatları vurulur.
Bronxoqrafiyanı narkoz və ya yerli anesteziya ilə aparırlar. Proseduradan sonra xəstəyə 2 saat
yemək verilmir. Kontrast maddənin yeridilməsində istifadə olunan kateterlər dezinfeksiya olunur (çox
vaxt isə birdəfəlik kateterlər istifadə olunur) .
Mədə və nazik bağırsağın rentgenoloji müayinəyə hazırlanması
-müayinədən 2-3 gün əvvəl
xəstənin pəhrizindən qaz əmələ gətirən ərzaqlar çıxarılır (qara çörək, kartof, süd, kələm, turp, paxlalılar və
s. ) . müayinədən bir gün əvvəl xəstə axşam saat 18-də yüngül şam edir, bundan sonra ona yemək, içmək
və dərman qəbul etmək qadağa olunur. Saat 20-də xəstəyə 30 q gənəgərçək yağı içirdilir, 3 saat sonra isə
təmizləyici imalə qoyulur. Səhər müayinədən 2 saat əvvəl yenidən təmizləyici imalə qoyulur və xəstə
rentgenoloji müayinəyə göndərilir. Müayinədən əvvəl xəstəyə su içmək, siqaret çəkmək olmaz! Xəstənin
mədəsində acqarına maye toplanmış olarsa, zond vasitəsilə çıxardılmalıdır. Bağırsaqlarda qaz toplanması
halında isə müayinədən 30 dəq əvvəl yenidən imalə qoyulur.
Öd kisəsi və öd yollarının müayinəsinə hazırlıq
-Xolesistoqrafiyadan əvvəl 2 gün ərzində xəstə
tərkibində kobud bitki lifləri olmayan, meteorizm əmələ gətirməyən yüngül qidalar qəbul edir. Bağırsaqlar
imalə ilə təmizlənir. Müayinədən əvvəlki gün xəstə saat 16-da yemək yeyir, axşam imalə olunur. Kontrast
maddə (1,5-3 q xolevid) xüsusi sxem üzrə rentgenoqrafiyadan 12-14 saat əvvəl yeridilir. Səhər
müayinədən 2-3 saat əvvəl yenidən imalə olunur, xəstə özü ilə rentgenoloji kabinetə 2 çiy yumurta gətirir.
Venadaxili xolesistoqrafiyada əvvəlcə xəstənin kontrast maddəyə həssaslığı yoxlanılır-v/d 1-2 ml
20%-li biliqnost məhlulu yeridilir. Dəridə səpgilər, qaşınma, temperaturun yüksəlməsi müşahidə olunarsa
müayinədən imtina edilir. Reaksiya olmazsa xəstəyə v/d isidilmiş, 30-40 ml 30%-li biliqnost məhlulu
yavaş-yavaş yeridilir. 10-15 dəq sonra rentgenoqrammada öd axarları görünməyə başlayır. 45 dəq sonra
isə öd kisəsi dolmağa başlayır.
Dostları ilə paylaş: |
|
|