Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Fənn: Tibb bacısının iĢinin əsasları



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə46/166
tarix20.10.2023
ölçüsü1,87 Mb.
#128485
növüMühazirə
1   ...   42   43   44   45   46   47   48   49   ...   166
Tibb bacısının işi-1

Fənn: Tibb bacısının iĢinin əsasları 
 
ġöbə: “Tibb bacısı iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 40 
MÖVZU 18 
 
TĠBB BACISININ ġƏXSĠ GĠGĠYENASI 
 
Tibb bacısı təmizlik və səliqə nümunəsi olmalıdır. O, tez-tez yuyunmalı, əllərini təmiz saxlamalıdır, 
yeməkdən qabaq, ayaqyolundan sonra, hər bir tibbi əməliyyatdan əvvəl və sonra mütləq əlini yumalıdır. 
Dırnaqlar dibindən tutulmalı və lak çəkilməməlidir. Əlləri şotka ilə yumaq lazımdır ki, dırnaq falanqaları 
təmiz olsun. Dəri quru olduqda qliserini naşatır spirti ilə qarışdırıb əllərə sürtmək lazımdır.
Tibb bacısının geyindiyi forma təmiz və səliqəli olmalıdır. O, əyninə ağ xalat (bəzi tibb 
müəssisələrində mavi, çəhrayı) geyməli, başına ləçək bağlamalıdır. Saçlar papağın və ya ləçəyin altında 
olmalıdır. O, ayağına başmaq geyməlidir ki, gəzəndə cırıldamasın, həm də bunu dezinfeksiya etmək asan 
olur. İş paltarı işdən sonra şkafda saxlanılmalıdır. 
Xəstəxana daxilində infeksiyanın qarĢısını almaq 
üçün tibb bacısı: 
a) üst paltarlarını və iş paltarlarını ayrı saxlamalıdır;
b) infeksion şöbələrə getdikdə iş paltarını çıxarmalı və bunun üçün şöbədə ayrılmış yerə qoymalı maska 
taxmalıdır.


Fənn: Tibb bacısının iĢinin əsasları 
 
ġöbə: “Tibb bacısı iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 41 
Mövzu 19 
TĠBB BACISI POSTUNDA ĠġĠN TƏġKĠLĠ, NÖVBƏNĠN TƏHVĠL 
VERĠLMƏSĠ 
 
Tibb bacısı növbə ərzində şöbənin koridorunda olmalıdır. Burada tibb bacısının postu təşkil olunur. 
İntensiv terapiya və reanimasiya şöbələrində isə tibb bacısı növbəni palatada, xəstəin yanında keçırır.
Müalicə müəssisələrində tib bacısının postu xidmət etdiyi palataların yanında təşkil edilir. Burada 
stol, dərmanların saxlanması üçün şkaf, dərman paylamaq üçün ayaqları diyircəkli stol yerləşir. Ehtiyac 
olarsa tez xarab olan olan dərmanlar üçün soyuducu, narkotiklər və çox güclü dərmanlar üçün seyf, əl-üz 
yumaq üçün kran da ola bilər. Postdakı stolun üstündə telefon, lampa, palatadan çağırış üçün siqnalizasiya 
lövhəsi olmalıdır. Əgər şöbədə prosedura otağı yoxdursa, postda alətlər və şprislər üçün ayrıca stol olur.

Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə