Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Fənn: Tibb bacısının iĢinin əsasları



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə45/166
tarix20.10.2023
ölçüsü1,87 Mb.
#128485
növüMühazirə
1   ...   41   42   43   44   45   46   47   48   ...   166
Tibb bacısının işi-1

 


Fənn: Tibb bacısının iĢinin əsasları 
 
ġöbə: “Tibb bacısı iĢi” 
2 nömrəli Bakı Baza Tibb Kolleci 
 39 
Tibb iĢçisinin hüquqi məsuliyyəti
Tibb işçisinin peşə xüsusiyyətləri ondan təkcə mənəvi məsuliyyyəti yox, həmçinin hüquqi 
cavabdehlik tələb edir. Tibb bacısı da həkim kimi öz işində səhlənkarlıq, cinayətkarcasına özünəgüvənmə 
və yaxud tutduğu mövqeyindən qəsdən sui-istifadə nəticəsində buraxdığı səhvlərə görə cavabdehlik 
daşıyır.
Tibb işçilərinin törətdiyi qeyri-qanuni, cinayət xarakterli işlər, hərəkətlər üç yerə bölünür:mülki, 
inzibati cinayət xarakterli işlər və intizamın pozulması ilə əlaqədar qanunsuz hərəkətlər.
Mülki cinayət xarakterli işlərə, hərəkətlərə aşağıdakılar aiddir:düzgün olmayan müalicə ilə xəstəyə 
zərər vurmaq, sarğı materiallarını, dərmanları və s. təsərrüfatsızcasına saxlamaq və xarab etməklə 
xəstəxanaya ziyan vurmaq. Bu hərəkətləri törədənlər müvafiq surətdə mülki məsuliyyətə cəlb edilirlər.
İnzibati cinayət xarakterli hərəkətlər:xəstəxananın daxili intizam qaydalarını, sanitar-epidimioloji və 
yanğın əleyhinə qaydaları pozmaq və s. nəticəsində vurulmuş ziyan. Bu hərəkətləri törədən tibbi heyətin 
hər bir üzvü məsuliyyət daşıyır:cərimə, müvəqqəti öz vəzifəsindən kənar olunmaq, müəyyən əşyaları 
müsadirə etmək və i. a. yolla cəzalanırlar. Nizam-intizam pozğunluğu törədən hərəkətlərə görə şəxslər 
əmək qanunvericiliyi əsasında intizam məsuliyyətinə cəlb edilirlər:irad tutulma, töhmət, şiddətli töhmət, 
təhsil aldığı ali və ya orta məktəbdən qovulma və s.
Bəzi hallarda tibb iĢçiləri ilə xəstə arasında hüquq normalarını pozan vəziyyət meydana çıxır 
ki, belə hallarda cinayət tərkibli hadisələr baĢ verə bilər. Bu hallar aĢağıdakılardır: 
1. Ölkənin cinayət məcəlləsində nəzərdə tutulan, qəsdən törədilən cinayətlər baş vermişdirsə. Bunlar 
aşağıdakılardır:xəstəyə qəsdən yardım göstərilməməsi; qanunsuz abort edilməsi; qanunsuz həkimlik etmə; 
müxtəlif saxta tibbi sənədlərin verilməsi, insanlar üzərində yolverilməz və icazəverilməz eksperiment 
qoyulması; epidemiya ilə mübarizə qaydalarının bilərəkdən pozulması; zəhərli, güclü təsir göstərən 
narkotik preparatlar istehsalının, saxlanılmasının, buraxılmasının və qeydiyyatının pozulması.
2. Öz fəaliyyətində tələb olunan ehtiyatlılıq göstərməmək, vəzifə borcunu yerinə yetirməmək və yaxud 
səhlənkarlıq, uşaq bələyərkən dartıb qıçını sındırmaq və s.



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə