Mühazirə MÖvzu 1 sağlam həyat təRZĠNĠnformalaġmasi, XƏSTƏLĠKLƏRĠn profġlaktġkasi mövzu 2


Postdakı tibb bacısının əsas fəaliyyəti aĢağıdakılardan ibarətdir



Yüklə 1,87 Mb.
Pdf görüntüsü
səhifə47/166
tarix20.10.2023
ölçüsü1,87 Mb.
#128485
növüMühazirə
1   ...   43   44   45   46   47   48   49   50   ...   166
Tibb bacısının işi-1

Postdakı tibb bacısının əsas fəaliyyəti aĢağıdakılardan ibarətdir: 
1. Xəstə üçün əlverişli, rahat şərait yaratmaq: 
2. Bu şəraiti xəstəxananın material-texniki təchizatından asılı olaraq yaratmaq olar.
3. Tibb bacısı sanitar-gigiyenik rejimin tələblərinə uyğun olaraq xəstə üçün ən münasib şəraiti yaradır.
Xəstələri müĢahidə və qulluq: 
-palatada təmizlik, səliqə, işıq, temperatur, hava mühitinə nəzarət etmək 
-ağır xəstələrə qulluq və qayğı göstərmək; yuyundurmaq, dəriyə, ağız boşluğuna və s qulluq, yedizdirmək 
-bədən temperaturunu ölçüb temperatur vərəqində qeyd etmək 
-xəstənin A/T, nəbz, tənəffüs sayını ölçüb xəstəlik tarixinə qeyd etmək 
-duirezi ölçmək 
-həkim təyinatına uyğun analiz üçün material toplayıb laboratoriyaya göndərmək 
-xəstənin pəhrizinə nəzarət etmək 
-xəstəni diaqmostik və müalicəvi proseduralara hazırlamaq 
-təyinat vərəqində həkimin yazdığı təyinatları yerinə yetirmək 
-təzə daxil olan xəstələri palataya yerləşdirmək 
-xəstə qəbulunda aparılan sanitar-təmizləmə işlərini yoxlamaq 
-xəstəni daxili qayda-qanunla tanış etmək 
-evə yazılan xəstələri hazırlamaq 
Növbənin qəbulu və təhvil verilməsi
. Tibb bacısı növbənin bitməsinə baxmayaraq, onu əvəz edən 
tibb bacısı gəlməmiş postu tərk edə bilməz. Yeni gələn tibb bacısı növbəni təhvil verən tibb bacısı ilə 
birgə palatalara baş çəkirlər. Tibb bacıları xüsusilə ağır vəziyyətdə olan xəstələrə diqqət yetirirlər. 
Növbəni təhvil verən tibb bacısı növbə ərzində xəstənin vəziyyətindəki dəyişikliklərdən, aparılan 
proseduralardan danışır, yeni növbədə görülməli işləri bildirir. Yeni gələn tibb bacısı tibbi sənədləri-
jurnalları, alətləri, dərmanları, seyfdəki dərmanları, şkaf və seyfin açarlarını qəbul edir. Təyinat 
jurnalındakı bütün manipulyasiyaları, müayinə üsullarını, məsləhətə gələcək (konsultasiya) ixtisas 
həkimlərinin siyahısını yoxlayır. Növbənin qəbulu və təhvili jurnalında xəstələrin siyahısı, ağır xəstələrin 
vəziyyəti, təcili təyinatlar, alətlərin sayı və işlək vəziyyətdə olması qeyd olunur. Hər iki tibb bacısı bu 
jurnalda imza edir. Növbənin təhvil verilməsi böyük tibb bacısı və şöbə müdirinin də iştirak etdiyi səhər 
iclasında (5 dəqiqəlik) başa çatır. Növbəyə gələn tibb bacısı ilk növbədə analizlər üçün material 
toplanmasına diqqət yetirir. Çünki müayinələrin vaxtında aparılması həkimlərə xəstəliyin dinamikasını 
müşahidə etməyə və yeni təyinatlar etməyə imkan verir.
Təyinat vərəqinə əsasən tibb bacısı xəstəyə təyin olunan pəhriz haqqında xəstəxananın 
yeməkxanasına məlumat verir. Xüsusi vərəqdə xəstənin adı, soyadı, təyin olunan pəhriz nömrəsi qeyd 
olunur.
Növbə ərzində tibb bacısı himayəsində olan xəstələrin vəziyyətinə daim nəzarət edir və hər hansı 
dəyişiklik müşahidə edərsə, bu barədə dərhal həkimə məlumat verir.



Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə