Mühazirə Mövzu "Fəlsəfə, onun predmeti və cəmiyyətin mə'nəvi inkişafında rolu"


Materiyanımı, yoxsa şüurumu ilkin əsas, substantiv başlanğıc hesab etdiklərinə görə filosoflar iki əks cərəyana mənsub olmuşlar



Yüklə 131 Kb.
səhifə5/7
tarix29.12.2022
ölçüsü131 Kb.
#98021
növüMühazirə
1   2   3   4   5   6   7
Mühazirə 1. Mövzu 1

Materiyanımı, yoxsa şüurumu ilkin əsas, substantiv başlanğıc hesab etdiklərinə görə filosoflar iki əks cərəyana mənsub olmuşlar. Materiyanı müəyyənedici, ilkin hesab edənlər materializm cərəyanına və onun müxtəlif məktəblərinə (sadəlövh, mexaniki, metafiziki, maarifçi, klassik materializm və s.) - varlığı, materiyanı şüur əsasında izah edən, ideyaları ilkin əsas, başlanğıc kimi götürənlər isə idealizmə və onun müxtəlif növlərinə (obyektiv idealizm və subyektiv idealizm) mənsub olmuşlar. Bu cəhətdən obyektiv idealizm insandan, bəşəriyyətdən kənarda, ondan asılı olmayaraq obyektiv «mövcud olmuş» «dünya ruhu», «mütləq ideya»nı əsas götürməklə, subyektiv idealizm isə insan şüuruna istinad etməklə fərqlənmişlər. Materializm və idealizmin əksliyi təkcə nəzəri məsələ deyildir, o həm də sosial-iqtisadi, sinfi, siyasi və mənəvi səbəblərlə şərtlənir. Materializm öz məzmunu və mahiyyəti etibarilə, həm də gerçəkliyi əks etdirməsi cəhətdən elmə yaxındır, onunla qovuşur. İdealizmin isə dinlə qovuşduğunu qeyd edən filosoflar idealizmi «incələşmiş din», «dinçiliyə yol» və s. adlandırmışlar. Düzdür, bu cür təhlil həqiqətə uyğundur və əsasən qəbul edilməlidir. Hər iki fəlsəfi cərəyan gerçəkliyin müxtəlif mövqelərdən izahıdır, insan idrakının məhsuludur; idrak isə düz xətt üzrə inkişaf etmir; idrakın inkarlı, spiralabənzər inkişafı müəyyən yenilmələrin dəqiqləşməni, fikir plüralizmini zəruri surətdə doğurur. Bu yolla mövqelər aydınlaşır, həqiqətə yaxınlaşır, fikir plüralizmindən fikir aydınlığına keçilir.
Fəlsəfənin əsas məsələsinin ikinci tərəfində qoyulan suala da filosoflar müxtəlif cəhətdən yanaşıb cavab vermişlər. Dünyanın dərkedilənliyi prinsipi mövqeyindən çıxış edən filosoflar bu mövqedə dururlar ki, dünya və onun qanunauyğunluqları dərk ediləndir. Dünyada dərk olunmamış şeylər çoxdur, amma dərkolunmaz şeylər yoxdur. Dünya və onun qanunları elmin və praktik fəaliyyətin inkişafı ilə addım-addım dərk olunur, əməli məqsədlərində insan həmin qanunlardan istifadə edir. Lakin fəlsəfə tarixində gerçəklik və onun qanunlarının dərk edilməsinə şübhə ilə baxan (onu müəyyən çərçivə ilə məhdudlaşdıran) skeptisizm (D.Yum və başqaları) və dünyanın «sirli özündəşeylər» hesab edərək onun dərk edilməsini qeyri-mümkün sayan aqnostisizm (İ.Kant və başqaları) cərəyanları («a» yunanca inkar şəkilçisi, «qnosis» - bilik deməkdir, yəni «bilməzlik», «biliyin inkarı») olmuşdur. Kant göstərirdi ki, insan təbiətdən qanunlar almır, əksinə təbiətə qanunları diktə edir. Əslində isə insan idrakı tədricən mütləq həqiqətə yaxınlaşır. İnsan həqiqətə çatdıqca Kantın özündəşeylərınin sonu çatır.



Yüklə 131 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə