Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər


Dəzgah, tərtibat və alətin dəqiqliyi



Yüklə 3,03 Mb.
səhifə19/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   ...   63
-Ma n istehsal texnologiyas [1]

Dəzgah, tərtibat və alətin dəqiqliyi


Mexaniki e’mal prosesində maşın hissəsinin dəqqiliyi- nə bir sıra amillər tə’sir edir. Bunları əsas e’tibarilə aşağı­daki qruplara bölmək olar:

  1. həndəsi amillər, yaxud dəzgahın, tərtibatın və alətin dəqiqliyi;

  2. sərtlik amilləri - dəzgahın, tərtibatın, alətin və mə’mulun deformasiyası;

  3. qızma deformasiyası və daxili gərginlik;

  4. ölçü cihazlarının və ölçmə üsullarının xətaları və s.

Dəzgahın dəqiqliyi. Başqa maşın və avadanlıqlar kimi, dəzgahlar da müəyyən dəqiqliklə hazırlanır. Ona görə ki, onun detalları müxtəlif dəqiqlikdə, müxtəlif dəzgahlarda e’mal edilir. Məsələn, torna dəzgahında yonulan silindrin ölçülərində başqa xətalar buraxılmasa da, onun 1 : 15000 qədər konusluğu və en kəsiyinin 0,01 mm qədər ovallığı ola bilər, çünki DST normaları üzrə dəzga­hın çatısında karetkaya istiqamət verən üzlərin şpindelin oxuna paralelliyində, 300 mm uzunluq üçün 0,02 mm-ə qədər xətaya, həmçinin şpindelin boynunun 0,01 mm vurmasına yol verilir.
Bu normalardan yüksək dəqiqlik lazım olduqda si­lindri xüsusi dəqiq (presizion) dəzgahlarında yonmaq və ya pardaxlamaq, sürtmək, rayberləmək və s. daha dəqiq üsullarla e’mal etmək lazım gəlir.
Yuxarıda misal olaraq göstərilən konusluq və ovallıq xətalarının həddi təzə dəzgahlar üçündür. Dəzgah yeyil­dikcə bu xətalar və başqa forma xətaları artır, dəqiqlik isə azalır, məsələn, dəzgahın çatısında yönəldici üzlərin yeyil­məsi hazırlanan silindrin üzünün daha çox əyilməsinə səbəb olur. Şpindelin boyunun yeyilməsi, yenə də silindrin üzünün əyilməsinə və en kəsiyinin, yenə də silindrin üzü­nün əyilməsinə və en kəsiyinin dairəvi formadan uzaqlaş­masına səbəb olur.
Tərtibatın dəqiqliyi. Tərtibat dəzgahdan ayrı bir me­xanizmdir. Tərtibatın hazırlanma dəqiqliyi dəzgahın və e’mal edilən maşın hissəsinin dəqiqliyindən az olmamalı­dır. Buna görə də dəqiqliyi 8-ci kvalitetə qədər olan maşın hissələrini e’mal etmək üçün tə’yin olunmuş tərtibatların əsas ölçülərini 7-ci kvalitet dəqiqliyi ilə hazırlayırlar. 7-ci və 6-cı kvalitet dəqiqliyi ilə hazırlanan maşın hissəsi tərti­batlarının əsas ölçülərini isə, maşın hissəsi müsaidəsinin 1/2 - 1/3 miqdarında müsaidə ilə əldə edirlər.
Tərtibatı layihələndirərkən və hazırlayarkən baza üzlərinin və onların bir-birinə nisbətən vəziyyətinin dəqiq alınmasına xüsusi fikir verilir.
Bunlara əsasən demək olar ki, tərtibat da dəzgah kimi, müəyyən dəqiqliklə hazırlanır və maşın hissəsi ölçülərinin və formasının dəqiqliyinə müəyyən dərəcədə tə’sir edir.
Tərtibatların da işlək yerləri (dayaqların üzləri, qısacı mexanizmlər, ayaqlar, gövdənin oturacaq üzləri, alətə istiqamət verən oymaqlar) yeyilir və dəqiqliyi azalır, buna görə də onları tez-tez tə’mir edərək dəqiqliyini bərpa etmək lazım gəlir.

Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə