|
Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər
|
səhifə | 27/63 | tarix | 03.05.2023 | ölçüsü | 3,03 Mb. | | #108118 | növü | Mühazirə |
| -Ma n istehsal texnologiyas [1]Üzün təmizliyi. Kələ-kötürlük.
E’mal zamanı mə’mulun üzərində əmələ gələn forma xətaları üç parametrlə xaraKterizə olunur:
iri kələ-kötürlük (makrohəndəsə) - müntəzəm surətdə təkrar olunmayan və tək-tək əmələ gələn forma fərqləridir; məsələn, konusluq, ovallıq və s.
orta forma xətaları (dalğalılıq) - e’mal edilmiş üzdə tez-tez təkrar olunan dalğa şəiklli dik və çökəklərdir.
xırda forma xətaları (mikrohəndəsə - e’mal edilmiş üzdə tez-tez təkrar olunan (əksər hallarda göz-lə görünməyən) çox xırda kələ-kötürlük və dəyaz cizgilərdir.
Dalğalılığın əmələ gətirdiyi girinti və çıxıntıların ölçüləri üzün dişlərinə nisbətən iridir, lakin üzün həndəsi ölçülərinə nisbətən xırdadır. Dalğalı, həmçinin dalğasız üz xırda dik-çökəkli və ya (əməli olaraq) xırda dik-çökəksiz ola bilir (6.2-ci a və b şəkilləri).
Prof. A.İ.kaşirinin fikrincə dalğalar, maşın hissəsinin e’mal edilmiş üzündə, ancaq dəzgahda işləyən zaman müəyyən şəraitdə baş verən titrəmədən əmələ gəlir. Dalğaların uzunluğunun sabitliyinə yaxın olması bu fikri təsdiq edir.
Dalğalar mə’mulun üzərində, xırda girinti-çıxıntılara nisbətən, bir-birindən uzaq məsafədə düzülmüş olur.
Xırda nahamarlıqlar və dalğalar bir-birindən addımın uzunluğu ilə seçilir. Kələ-kötürlüyün addımı 1 mm-dən az olarsa - xırda nahamarlıq, 1 mm-dən çox olarsa - dalğalılıq hesab olunur.
Şəkil 6.2. Dalğalılıq və kələ-kötürlük nümunələri:
a və b — xırda kələ-kötürlüklü və kələ-kötürlüksüz dalğalı üzlər; q — müxtəlif üsullarda çəkilmiş dalğa profilləri 1 — almaz iynə ilə; 2 — patefon iynəsi ilə;
3 — radiusu 1 mm kürə ilə; 4 — radiusu 2 mm kürə ilə
Dalgalılığı ölçmək üçün dalğaların ölçülərinə müvafiq böyütmə verən xüsusi cihazlar lazımdır. Dalğaların yüksəkliyini ölçmək daha çətindir, çünki bunun üçün bunların yüksəkliyini 1000 dəfədən artıq böyütmək lazımdır.
Dalğaların həm addımını, həm də yüksəkliyini eyni zamanda yoxlamaq üçün Ammon profiloqrafından, Levin profiloqrafından və ya interferometrdən, Kiselyovun dalğayazan elektromaqnit cihazından və s. istifadə olunur.
Silindrin dalğalarını çevrə üzrə ölçmək üçün, onu çox yavaş fırladan cihaz lazımdır. Məsələn, Levin profiloqrafından istifadə edərkən, mə’mul 3,5 mm/dəq- dən az sür’ətlə fırlanmalıdır.
Müstəvi üzərində dalğanın yüksəkliyini indikator, yaxud minimetr vasitəsilə ölçmək olar. Dalğaların addımı iri olduğundan dalğalılığı yoxlarkən iynənin ucunun çox sivri olmasına ehtiyac qalmır. 6.2-ci q şəklində, eninə yonan dəzgahda yonulmuş üzün filoqrafında çəkilmiş dalğa profilləri göstərilmişdir. Şəkildən görünür ki, radiusu 2 mm olan kürə də dalğaları iynə kimi aydın göstərir.
Dostları ilə paylaş: |
|
|