|
Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər
|
səhifə | 26/63 | tarix | 03.05.2023 | ölçüsü | 3,03 Mb. | | #108118 | növü | Mühazirə |
| -Ma n istehsal texnologiyas [1]Yorulma möhKəmliyi. Üzün keyfiyyəti metalın dəyişən yükdən yorulma müqavimətinə də tə’sir edir. Maşın hissəsinin üzü təmiz olmazsa, gərginlik (xüsusən dəyişən yükün gərginliyi) müəyyən yerlərdə toplanır, üz çatdaqları əmələ gətirir. Sonra bu çatdaqlar böyüyər ək maşın hissəsinin dağılmasına səbəb olur. Maşın hissəsinin üzü nə qədər çox təmiz olsa, dəyişən yükdən üz çatdaqlarının əmələ gəlmə imkanı da bir o qədər azalır. Cilalanmış, supperfinişləmə (titrəyən bülöv daşları) ilə tamamlanmış və b.k. üsullarla e’mal edilmiş üzlər maşın hissəsinin möhkəmlik həddini artırır.
Çoxsaylı elmi tədqiqatlar müəyyən edir ki, maşın hissələrinin soyuq halda təzyiqlə e’mal üsulları (vərdənələ- mə, basma və bu kimi üzə sığal verən əməliyyatlar) düzgün aparılarsa, yorulma həddinin xeyli artmasına səbəb olur. Bu üsullarla e’mal edilmiş üzlərdə kələ-kötürlük az olur, həm də üz qatında çatdaqlarının əmələ gəlməsinə müqavimət göstərir.
Üz keyfiyyətinin yorulma möhkəmliyinə tə’sirinin, poladdan hazırlanmış hissələr üçün böyük əhəmiyyəti vardır. Rəngli metallardan və çuqundan hazırlanan maşın hissələrinin yorulma möhkəmliyinə üzün keyfiyyəti çox az tə’sir edir.
Korroziyaya qarşı davamlılıq. Havada olan qazlar və buxarlar bilavasitə metalın üzünə toxunmaqla, həm də metalın üzündə onlardan əmələ gələn kondensasiya məhsulları ilə metala tə’sir edir. Kondensasiya məhsulları başlıca olaraq çökəklərdə (çökəkliklərin diblərində) yiğilir və çökəklərin diblərində 6.1-ci j şəklində göstərilən istiqamətlərdə, çatdaqlar əmələ gətirərək metalin üzünü yavaş-yavaş dağidır. Bu hadisəyə korroziya deyilir. Üzün çökəklərinin dibində dəyirmilənmə radiusu nə qədər böyük olarsa, korroziya prosesi bir o qədər yavaş gedir.
Maşın hissələrinin üzlərini rəng, qalay, qurğuşun, sink və s. vasitələrlə, müxtəlif üsullarla örtərək korroziyadan qoruyurlar. Lakin bir sıra (oturan, deformasiyaya uğrayan və s.) üzləri örtmək olmur. Belə hallarda üzün təmizliyi metalı korroziyadan qorumaq üçün ən yaxşı vasitədir.
Korroziyaya üğrayan üz yeni zamanda sürtünərsə, dibləri çatdamış çıxıntılar sürtünmə zamanı daha tez qopur və üzün yeyilmə prosesi daha sür’ətli gedir.
Təmiz hazırlanmış üzlərdə kondensatlar çətin dayanır. Buna görə də, belə üzlərdə korroziya prosesi çox yavaş inkişaf edir. Maşın hissəsinin üzü nə qədər təmiz olarsa, korroziya prosesinin əmələ gəlmə və inkişaf etmə imkanı bir o qədərə az olur.
Dostları ilə paylaş: |
|
|