|
Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər
|
səhifə | 29/63 | tarix | 03.05.2023 | ölçüsü | 3,03 Mb. | | #108118 | növü | Mühazirə |
| -Ma n istehsal texnologiyas [1]Tətbiq olunan əməliyyat növləri
|
Rz-in, mkm ölçüsü
|
Ra-ın, mkm ölçüsü
|
Tamamlayıcı və uygunlaşdırıcı e’mal
|
0,025
0,05
0,1
0,2
0,4
0,8
|
-
0,012
0,025
0,05
0,1
0,2
|
Təmiz e’mal
|
1.6
3.2
6.3
12.5
25.0
|
0,4
0,8
1,6
3.2
6.3
|
Kobud e’mal
|
50
100
200
400
|
12.5
25
50
100
|
Üz qatının fiziki və mexaniki xassələri
Müxtəlif ölkələrdə aparılan bir sıra tədqiqat işləri göstərir ki, polad, mis, alüminium xəlitələrinin və bu kimi plastik metalların e’mal edilmiş üzlərində üz qatının bərkliyi, daxili quruluşu və b.k. xassələri metalın içinin xassələrindən fərqlənir. E’mal edilən metalın plastikliyinə qədər çox olarsa, üzü ilə içi xassələrinin fərqi də bir o qədər çox olur.
Üz qatının fiziki və mexaniki xassələri e’mal prosesində bir neçə parametrdən: kəsmə təzyiqindən, sur’ətindən və istilik dərəcəsindən, soyuducu mayedən və b.k. amillərdən asılı olaraq dəyişir.
Kəsmə təzyiqi üz qatının sıxlaşmasına, bərkliyinin artmasına, daxili (kristallik) quruluşunun deformasiyaya uğramasına, içində gərginlik əmələ gəlməsinə və b.k. dəyişikliklərə səbəb olur. Kəsmənin sür’əti və temperaturu metalın (yonqarın və üz qatının) plastik deformasiyasına tə’sir edir və s.
Plastik deformasiyanın əmələ gəlməsi və yonqarın üz qatından qopması nəticəsində üz qatının alt təbəqələrindən metalın kristalları deformasiyaya uğrayır, üst təbəqəsində isə pozulur, dağılır və metalın üzünə suvanır.
Üz qatında dağılmış kristallar təbəqəsinin qalınlığı kəsmə rejiminin şəraitindən, alətin ağzının həndəsəsindən və metalın özlülüyündən asılıdır.
Frezləmə, yonma, dartma və b.k. böyük kəsmə təzyiqi və nisbətən kiçik kəsmə sür’əti ilə aparılan proseslərdə deformasiyaya uğramış (döyənəklənmiş) üz qatı daha qalın olur. Kəsgi ilə yonarkən kəsmə dərinliyi böyük olarsa, döyənəkiənmiş qatın qalınlığı verişin böyükiüyünə qədər arta bilər.
Yonqarın en kəsiyi azaldıqca, üz qatının deformasiyaya uğrayan qalınlığı azalır. Ona görə də, maşın hissələrinin mühüm üzlərini e’mal edərkən, yonqarın en kəsiyini tədricən azaldaraq, üzü bir neçə əməliyyatla hazırlayır və texnologiya prosesini, üz qatında ən az deformasiya əmələ gətirən (superfinişləmə, sürtmə, bülövləmə və b.k.) zərif proseslər ilə tamamlayırlar.
E’mal prosesi zamanı üz qatında baş verən dəyişikliklər nəticəsində üzün en kəsiyində bir-birindən seçilən bir neçə təbəqə əmələ gəlir (6.7-ci a şəkil).
Dostları ilə paylaş: |
|
|