|
Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlərMühazirə
Mövzu 7. Bazalaşdırmanın əsasları. Bazalaşdırmanın üsulları. Baza, onun növləri və təyini. Maşın hissələrinin bağlanması
|
səhifə | 31/63 | tarix | 03.05.2023 | ölçüsü | 3,03 Mb. | | #108118 | növü | Mühazirə |
| -Ma n istehsal texnologiyas [1]Mühazirə
Mövzu 7. Bazalaşdırmanın əsasları. Bazalaşdırmanın üsulları. Baza, onun növləri və təyini. Maşın hissələrinin bağlanması.
Bazalaşdırmanın üsulları.
Hər bir maşının dəqiq işləməsi üçün onun düyünlərinin bir-birinə nəzərən müəyyən vəziyyətdə yerləşməsini tə’min etməK lazımdır.
Maşınların yığılmasında hissə və yığım vahidlərinin bir-birinə nəzərən istiqamətləndirilməsi və pəstahların dəzgahlar üzərində e’malı zamanı düzgün yerləşdirilməsi məsələləri onların bazalaşdırılması ilə həll olunur.
Ümumi halda pəstahın və ya məhsulun seçilmiş koordinat sistemində tələb olunan vəziyyətə gətirilməsinə bazalaşdırma deyilir.
Maşın hissələrinin mexaniki e’mal prosesində pəstahların dəzgahın işçi oranlarına (veriş hərəkətinin və kəsici alətin) nisbətən tələb olunan vəziyyətə gətirilməsi bazalaşdırmadır.
Texnoloji əməliyyatın yerinə yetirilməsi üçün e’mal olunan pəstahı bazalaşdırmaqla, bərabər, onun həmin vəziyyətdə e’mal vaxtı, tərpənməz halda qalmasını tə’min etmək lazımdır. bununla əlaqədar olaraq pəstahın tərtibatda yerləşdirilməsilə iki müxtəlif məsələ, bazalaşdırma və tərpənməz vəziyyəti tə’min etmək üçün bağlama həll olunur. Bu müxtəlif məsələlərin nəzəri həlli yerdəyişmələrini məhdudlaşdırmaqla yerinə yetirilir.
Mə’mulu bazalaşdırarkən, onun vəziyyəti öz üzlərinə görə müəyyən edilir ki, bu üzlərə də baza deyilir. Baza olaraq, silindr, konus, müstəvi üzlər, cizgilər, təcrübi nöqtələr, xüsusi olaraq yaradılmış çıxıntılardan deşiklərdən istifadə olunur. Əksər hallarda mə’mulun iki və ya üç üzü baza kimi istifadə edilir. Məsələn, özümərkəzləyən patronda hissəni bağladıqda üst üzü baş, yan üzü isə köməkçi baza olur.
Düz yonuş və frez dəzgahlarında müstəvi üzləri e’mal edərkən mə’mulun oturan üzü baş, yan üzlərindən biri isə köməkçi baza olur.
Bazalaşdırma texnoloji prosesin ən mühüm məsələlərindən biridir. Maşın hissələrinin e’mal dəqiqliyi və qismən əməliyyat vaxtı onun dəzgahda bazalaşdırılmasından və bərkidilməsindən asılıdır. Maşın hissələrinin e’malında üç bazalaşdırma üsulundan istifadə edilə bilər:
Maşın hissəsinin vəziyyətini dəzgahın üstündə öz üzlərinə görə yoxlayaraq bazalaşdırmaq.
Maşın hissəsinin vəziyyətini qabaqcadan onun üzərinə vurulmuş nişanlara görə dəzgahın üstündə yoxlayaraq bazalaşdırmaq.
Maşın hissəsini xüsusi tərtibatın içərisində bilavasitə öz üzlərinə görə bazalaşdırmaq.
Birinci növ bazalaşdırma üsulu çox vaxt aparan və yüksək ixtisaslı işçi qüvvəsi tələb edən kobud bir üsuldur. Başqa mükəmməl üsulların tətbiqi iqtisadi nöqteyi-nəzərdən əlverişli olmayan hallarda, yə’ni fərdi və xırda seriyalı istehsalda bu üsuldan istifadə olunur.
İkinci bazalaşdırma üsulu başlıca olaraq kobud hazırlanmış pəstahdan düzgün hissə alınması üçündür. Bundan başqa, xüsusi tərtibat olmayan halda, bazalaşdırma işini yüngülləşdirmək məqsədilə də nişanlamaq əməliyyatı tətbiq edilir.
Nişan üzrə bazalaşdırmanın bir sıra nöqsanları vardır. Nişanlama çox vaxt alır, yüksəkixtisaslı işçi qüvvəsi tələb edir və bunlara görə də baha başa gəlir, yüksək dərəcədə dəqiqlik tə’min olunmur.
Üçüncü növ bazalaşdırma ən mükəmməl üsuldur. Bu üsulla hissə çox tez bazalaşdırılır və aşağı ixtisaslı fəhlə qüvvəsi köməyilə yüksək e’mal dəqiqliyi tə’min olunur. Ona görə də bu üsuldan bütün istehsal növlərində mümkün qədər geniş istifadə etmək lazımdır.
Baza, onun növləri və tə’yini
Baza başlıca olaraq üç növ olur: 1) əsas baza; 2) operativ baza; 3) texnoloji baza.
Maşın hissəsinin e’malı zamanı baza olan üzü, eyni zamanda maşının içində onun başqa hissələrə nisbətən vəziyyətini müəyyən edirsə, ona əsas baza və ya konstruksiya bazası deyilir.
Maşın hissəsinin texnologiya prosesində əsas baza üzlərini əmələ gətirincəyə qədər istifadə olunan bazalara operativ baza deyilir. Operativ baza yonulmamış üzlərdən olarsa - kobud baza, yonulmuş üzlərdən olarsa - təmiz baza adlanır.
Operativ baza bir çox hallarda müvəqqəti xarakter daşıyır, yə’ni bir və iki əməliyyatdan sonra növbəti əməliyyat üçün başqa bir bazadan istifadə olunur.
Baza maşın hissəsinin üstündə və ya içində xüsusi olaraq əmələ gətirilmiş olarsa, ona texnoloji baza və ya sün’i baza deyilir. Texnoloji baza həndəsi üzlər, xətlər və nöqtələr şəklində ola bilər.
Baza üzlərinin və onları əvəz edən nöqtələrin sayı, forması və vəziyyətləri elə götürülməlidir ki, maşın hissəsinin statik vəziyyəti tə’min olunsun.
Nəzəri mexanikadan mə’lumdur ki, sərbəst mütləq bərk bir cismi statistika nöqteyi-nəzərincə fəzada tərpənməz bir hala gətirmək üçün onun altı sərbəstlik dərəcəsini (üç korordinat oxu üzrə sürüşmə və həmin oxlara nəzərən fırlanma hərəkətlərini) almaq lazımdır. Maşın hissəsinin hər bir sərbəstlik dərəcəsini almaq üçün, onu dəzgahın və ya tərtibatın sabit bir nöqtəsinə (birnöqtəli dayağa), sıxmaq kifayətdir. Birnöqtəli dayağın hər biri cismin sərbəstlik dərəcəsinin birini alır.
Maşın hissəsini bazalaşdırmaq üçün altı dayaq nöqtəsinin lazım olması, yaxud altı nöqtə qanunu, buna əsasən meydana gəlmişdir.
Altı nöqtə qanununa əsasən (7.1-ci şəkil) prizmatik bir cismin sərbəstlik dərəcələrini alan dayaqlar bir-birinə perpendikulyar olan 3 müstəvi üzərində (tərsimi həndəsə qanunlarını gözləmək şərtilə) düzülmüş olmalıdır. Dayaqların üçü bir müstəvi üzərində bir düz xətt üzrə olmamaq şərtilə ikisi o biri müstəvi üzərində və biri də üçüncü müstəvi üzərində olmalıdır. Bunları perpendikulyar olan üç sıxıcı da cismi bu müstəvilərə qısmalıdır. Cismin üç dayağa qısılan üzünə baş baza üzü, iki dayağa qısılan üzünə yönəldici üz və bir dayağa qısılan üzünə isə söykənəcək üzü deyilir. Müvafiq olaraq üç dayağa söykənən baş baza üz prizmatik mütləq bərk cismin üç sərbəstlik dərəcəsini almış olur, yə’ni cismi oz oxu üzrə düzxəttli, ox və oy oxları üzrə isə fırlanma hərəkətlərindən məhrum olur. Digər iki nöqtəyə söykənən yönəldici üz cismin iki sərbəstlik dərəcəsini ox oxu üzrə düzxəttli və oz oxu üzrə isə fırlanma hərəkətlərini məhdudlaşdırır. Nəhayət bir nöqtəyə söykənən söykənəcək üzü cismin sonuncu oy oxu üzrə yerdəyişmə hərəkətini məhdudlaşdırır.
Şəkil 7.1. Altı nöqtə qanunu
Hissənin quruluşundan asılı olaraq dayaq nöqtələri məhdudlaşdırılmış sərbəstlik dərəcələri arasındakı bərabərlik eyni olmaya bilər. Məsələn mütləq bərk cism kimi kürə təsəvvür edib onu müstəvi üzərində yerləşdirək. Şübhəsiz ki, o müstəvilə bir nöqtədə görüşəcək və onun ancaq bir sərbəstlik dərəcəsini oz oxu üzrə yerləşdirmə hərəkətinin məhdudlaşdırmış oluruq. Əgər həmin kürəni iki paralel müstəvi arasında yerləşdirəriksə bu halda biz iki dayaq nöqtəsinin köməyilə artıq onun üç sərbəstlik dərəcəsini almış oluruq. Beləliklə, dayaq nöqtələrinin sayı ilə məhdudlaşdırılmış sərbəstlik dərəcələri arasındakı əlaqə hər bir halda hissənin e’mal quruluşundan, başqa sözlə e’malda ona tə’sir edən qüvvələrdən asılıdır.
Maşın hissəsinin vəziyyətini altı sabit dayaq tamamilə müəyyən edir. Hissənin bütün sərbəstlik dərəcələrini almaq üçün altı dayaqdan artıq olan dayaqlar onun vəziyyətini statik nöqteyi nəzərdən qeyri-müəyyən edir. Hissə dayaqların hamısı (altıdan artığına) sıxılmır, əgər hamısına sıxılarsa, deməli deformasiyaya uğrayır.
Maşın hissəsinin ölçüləri iri olanda, xüsusilə kəsmə qüvvəsi də böyük olarsa, onu sərt bağlamaq üçün bir nöqtəli altı dayaq kifayət etmir. Belə hallarda sabit bir- nöqtəli əsas dayaqlardan başqa əlavə mütəhərrik dayaqlardan istifadə edilir.
Tərpənən dayaqlar yerləşdirilən maşın hissəsinin sərbəstliK dərəcələrini almır. Ona görə də hissəni statiK müəyyən vəziyyətdə bağlamaq üçün əlavə dayaqların sayı məhdudlaşdırılmır.
Şəkil 7.2. Bazalaşdıram sxemləri
Dostları ilə paylaş: |
|
|