Mühazirə Mövzu Maşınqayırma inkişafında elmin və texnikanın rolu. Əsas istehsal, anlayış və təriflər. Texnoloji əməliyyatların tutumu. Texnoloji sənədlər



Yüklə 3,03 Mb.
səhifə32/63
tarix03.05.2023
ölçüsü3,03 Mb.
#108118
növüMühazirə
1   ...   28   29   30   31   32   33   34   35   ...   63
-Ma n istehsal texnologiyas [1]

a — tam, b — sadə
Bazalaşdırma sxemi dəqiq ölçü alınacaq oxların sayından asılı olaraq üç ox üzrə tələb olunduqda tam, iki və ya bir ox üzrə tələb olunduqda isə sadə bazalaşdırma adlanır. Bunu isə sadə bazalaşdırma adlanır. Bunu fərdi misal ilə aydınlaşdıraq. Şəkil 7.2 a göstərilmiş yuvanı frezləmək üçün hissəni x, u, z oxları üzrə 1, 2, 3 səthlərindən istifadə etməklə tam bazalaşdırma üsulundan, yə’ni bütün altı sərbəstlik dərəcəsini almaqla bazalaşdır-maq lazımdır.
Şəkil 7.2 b göstərilmiş pillənin e’malı üçün hissəni x z oxları üzrə dəqiq yerləşdirmək lazımdır. “u” oxu üzrə hissənin yerləşdirilməsinin e’malı dəqiqliyinə tə’siri yoxdur. Bu halda hissənin baş üzü baza yox, ancaq dayaq rolunu oynayır. Bu sxem sadə bazalaşdırma adlanır.
Şəkil 7.3 müstəvi səthin e’malı göstərilmişdir. Bu halda ancaq z oxu üzrə dəqiq yerləşdirmək lazımdır. Digər oxlar üzrə yerləşdirmə dəqiqliyə tə’sir etmir və bu da sadə bazalaşdırma adlanır.

Fərdi və seriyalı istehsalda, xüsusilə iri maşın hissə­lərinin e’malında baza kimi nişanlama əməliyyatı nəticə­sində yaradılmış texnoloji bazalardan istifadə olunur.
Lakin nişanlama çox vaxt alan və ixtisasli işçi qüv­vəsi tələb edən əməliyyat olduğundan, onu mümkün qədər az tətbiq etməyə çalışırlar. Xüsusən külli və iri seriyalı istehsalda nişanlamadan demək olar ki, istifadə olunmur.
Mexaniki e’mal texnologiyasının mühüm məsələlərin­dən biri bazanın düzgün tə’yin olunmasıdır. Birinci əmə­liyyat üçün texnoloji baza kimi kobud bazanın tə’yini ən mühüm məsələlərdəndir.
Külli iri seriyalı istehsalda pəstahları nişanlamadan e’mal etmək üçün onlar kifayət dərəcədə dəqiq hazır­lanmalıdır. Belə maşın hissələrinin birinci əməliyyat üçün baza üzləri seçiləndə aşağıdakı şərtlər nəzərə alınır:

  1. Bütün üzləri e’mal edilməyən halda birinci əməliyyat üçün e’malsız qalacaq üz kobud baza kimi qəbul edilməlidir, çünki bu halda baza vəzifəsini daşıyan yonul­mamış üzlər yonulmuş üzlərə nisbətən düzgün vəziyyət almış olar.

  2. Bütün üzləri e’mal edilən halda birinci əməliyyat üçün ən kiçik e’mal payı olan üzü baza kimi qəbul etmək lazımdır. Bu halda, pay azlığı üzündən mə’mulun yaramaz alınması aradan qalxır.

  3. Kobud baza qəbul edilməsi mümkün olan üz həmin üzlərin ən dənqiqi və keyfiyyətlisi olmalıdır.

  4. Kobud bazadan sonram əməliyyatlarda yonulmamış halda təkrar baza kimi istifadə etmək olmaz, çünki kobud baza təkrar yerdəyişmələr zamanı maşın hissəsinə eyni vəziyyəti verə bilmir. Ona görə də birinci əməliyyatdan sonra, kobud baza yonulmuş üzlərdən seçilmiş baza ilə əvəz olunmalıdır.

Bə’zi hallarda maşın hissəsi əsasən və ya tamamilə (bir əməliyyatda) kobud baza üzərində hazırlanır, məsələn çubuq materialından revolver dəzgahında oymaq yonulur. Belə hallarda baza üzünün kobudluğu hazırlanan üzlərin bir-birinə nisbətən vəziyyətinə dəqiqliyinə, əlbəttə tə’sir etmir.
Bazaları təmiz üzlərdən seçərkən aşağıdakı qaydalara əməl edilməlidir:

  1. Təmiz e’mal proseslərində, e’mal edilən üzün vəziyyətini müəyyən edən ölçünün əsaslandığı üzü baza qəbul etmək lazımdır.

Əgər bu şərti yerinə yetirmək mümkün olmursa, əvə­zinə elə baza qəbul edilməlidir ki, ona əsasən yerləşdirmə­nin xətası, e’mal edilən üçün vəziyyətini müəyyən edən ölçünün müsaidəsindən xeyli az olsun.

  1. Baza üzləri elə seçilməlidir ki, bağlama qüvvəsi və e’mal zamanı yaranan kəsmə qüvvəsi mə’mulu mümkün qədər az deformasiyaya uğratsın.

Bunun üçün baza və dayaq vəzifəsi daşıyan üzlər e’mal edilən üzlərə mümkün qədər yaxın olmalıdır. Bun­dan başqa, bağlama üsulunu və dayaqların vəziyyətinin mə’mulun deformasiyası üçün böyük əhəmiyyəti vardır.

  1. Bütövlükdə e’mal prosesini mümkün qədər az say­da bazanın köməyilə yerinə yetirmək mümkün olsun.

Dəqiq maşın hissələrini hazırlayarkən texnoloji prose­sin əvvəldən axıra qədər bir baza üzərində aparılması ən yaxşı nəticə verir. bə’zi hallarda da bazanın dəyişdirilməsi texnoloji prosesin gedişini sadələşdirir, bu halda vahid baza prinsipindən əl çəkmək lazım gəlir. Baza dəyişdiril­dikdə yerləşdirmənin dəqiqlik xətası artır. Dəqiq e’malda bu hal nəzərdə tutulmalıdır.

  1. Baza üzləri elə seçmək lazımdır ki, ən dəqiq üz ən axırıncı əməliyyatda tamamlansın və həmin e’mal üçün əsas baza üzü kimi seçilməlidir.

  2. Baza qəbul edərkən maşın hissəsinin yerləşdiril­məsi və bağlanması üçün lazım olan tərtibatın mümkün qə­dər sadə və ucuz başa gəlməsini nəzərdə tutmaq lazımdır.

Ümumiyyətlə, baza üzlərin seçilməsində bir neçə prinsipi gözləmək lazımdır: 1 - müştərək baza, yə’ni texnoloji baza tə’yin olunan üz eyni zamanda konstruktiv, ölçmə və həm də yığmada baza kimi istifadə oluna biləcək olmalıdır. Bu prinsip gözlənilmədə cizgidə konstruktorun göstərdiyi ölçülər texnoloq tərəfindən dəyişdirilməlidir. Nəticə e’tibrilə isə bu ölçülərin müsahidələrinin azaltma­sına səbəb olur ki, o da öz növbəsində texnoloji prosesin bahalanmasına və məzsuldarlığın azalmasına səbəb olur. 2 - bazanın dəyişməməzlik prinsipi, yə’ni texnoloji proses əvvəldən axıra qədər bir bazada aparılsın. Kobud baza nəzərə alınmazsa ehtiyac olmadan baza üzü dəyişdiril­məsin, çünki texnoloji bazanın dəyişdirilməsi e’mal olunan üzlərin bir-birinə nəzərən yerləşmə dəqiqliyinin xətasını artırır.


Yüklə 3,03 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə