Mühazirə mövzuları I həftə Fənnin məqsəd və vəzifələri



Yüklə 11,27 Mb.
səhifə19/23
tarix29.11.2023
ölçüsü11,27 Mb.
#141533
növüMühazirə
1   ...   15   16   17   18   19   20   21   22   23
494334532-ma-nqay-rma (1)

Şəkil 3
XIII həftə
Ölçü zəncirinin keyfiyyətinin normallaşdırılması
Əsas anlayışlar, təyinatlar və asılılıqlar

Bir- birilə qarşılıqlı əlaqədə olan, verilmiş məsələnin həllində bilavasitə iştirak edən və qapalı kontur təşkil edən xətti, yaxud bucaq ölçüləri cəmliyinə ölçü zənciri deyilir. İki cür ölçü zənciri vardır: a) hissə üzrə; b) yığım üzrə (şəkil 1 a, q). Şəkil 1 a, b-də təsvir olunan ölçü zənciri üç xətti ölçüdən (A1, A2, və A3) ibarətdir. Bu ölçülər arasında sadə asılılıq mövcuddur: A1= A2+A3 ; A1, A2, və A3 ölçülərindən yaranan qapalı konturun, yəni ölçü zəncirinin təsviri şəkil 1 b-də verilmişdir.




Şəkil.1. Hissə üzrə və yığım üzrə ölçü zəncirləri a) hissə və onun ölçüləri; b) hissə üzrə ölçü zəncirinin sxemi; v) valın yuva ilə birləşməsi; q) yığım üzrə ölçü zəncirinin sxemi

Şəkil 1 v-də val ilə (1) yuvanın (2) ara boşluğu ilə birləşməsi təsvir olunmuşdur. A1A2 diametrləri A3 ara boşluğu ilə birlikdə qapalı kontur yaradaraq yığım üzrə ölçü zəncirini təşkil edir. Şəkil 1 q-də bu ölçü zəncirinin sxemi verilmişdir. Burada da A1, A2, və A3 ölçüləri arasında sadə asılılıq mövcuddur: A1= A2+A3. Ölçü zəncirinə daxil olan ölçüləri kiril əlifbanın baş hərfləri ilə (A1, A2,..., An yaxud B1, B2,..., Bn və s.) işarə etmək qəbul olunmuşdur. Yuxarıda baxılan ölçü zəncirləri ən sadə ölçü zəncirlərinə aiddir, çünki onların hər biri paralel üç ölçüdən ibarətdir.


Ən mürəkkəb ölçü zəncirləri fəza ölçü zəncirləridir. Lakin, hər bir fəza ölçü zənciri xətti ölçü zəncirinə gətirilə bildiyi üçün ölçü zəncirlərini əsas anlayışlarını, təyinatlarını və asılılıqlarını xətti paralel ölçü zəncirləri üzərində şərh edəcəyik. Bu səbəbdən hazırda və gələcəkdə ölçü zənciri dedikdə xətti paralel ölçü zənciri başa düşüləcəkdir. Ölçü zəncirinin ölçüsünə çox vaxt bənd deyilir. Ölçü zəncirinin ölçüləri qapayıcı ölçüdən (bənddən) və təşkiledici ölçülərdən ibarətdir.
Qapayıcı ölçü, ölçü zəncirinin elə ölçüsünə deyilir ki, o hissəninemalı zamanı, yaxud qovşağın prosesində axırıncı alınmış olsun. Hissələr üçün qapayıcı ölçü ancaq bu hissənin texnoloji emal ardıcıllığı tərtib edildikdən sonra təyin oluna bilər.Çünki texnoloji prosesin tərtibi zamanı hər bir əməliyyat üçün texnoloji bazalar müəyyənləşdirilir. Bu halda qapayıcı bəndin qiyməti nə cizgilərdə göstərilir, nə də ona emal zamanı nəzarət olunur. Ayrı-ayrı hallarda qapayıcı bəndin qiyməti cizgilərdə sorğu materialı kimi qeyd edilir. Qapayıcı ölçünü göstərmək üçün baş hərflərə “Δ” indeksi əlavə olunur. (məsələn, AΔ, BΔ və s.).
Tutaq ki, şəkil 1 a-da göstərilən hissənin üst səthinin emalı üçün texnoloji baza kimi alt səthdən istifadə olunur. Bu səbəbdən emal zamanı və emaldan sonra A1A2 ölçülərinə nəzarət olunmalıdır. A3 ölçüsü ən axırda öz-özünə alındığı üçün qapayıcı ölçü olacaqdır. Şəkil 1 v-də göstərilmiş birləşmədə isə A3 ölçüsü (ara boşluğunun qiyməti) sonradan alındığı üçün qapayıcı ölçü olur.
Ölçü zəncirinin tək bircə qapayıcı ölçüsü olur. Ölçü zəncirinin qalan ölçüləri, yəni təşkiledici ölçülər qapayıcı ölçünün qiymətinə təsir etməsinə görə iki yerə bölünürlər:artırıcı-təşkiledici ölçülər və əskildici – təşkiledici ölçülər.
Artırıcı – təşkiledici ölçülər, o təşkiledici ölçülərə deyilir ki, onların artması ilə qapayıcı ölçünün qiyməti artmış olsun.
Əskiledici – təşkiledici ölçülər, o ölçülərə deyilir ki, onların artması ilə qapayıcı ölçünün qiyməti azalmış olsun.
Şəkil 1-də göstərilən hər iki ölçü zəncirində A3 ölçüsü qapayıcı ölçü, A1- ölçüsü artırıcı – təşkiledici ölçü. A2 ölçüsü isə əskildici – təşkiledici ölçüdür.
Qapayıcı, artırıcı – təşkiledici və əskildici – təşkiledici ölçülərin nominal qiymətləri arasındakı asılılıq aşağıdakı düsturla ifadə olunur:
, (1)
yəni ölçü zəncirinin qapayıcı ölçüsünün nominal qiyməti bütün artırıcı – təşkiledici ölçülərin nominal qiymətlərinin cəmi ilə bütün əsgildici – təşkiledici ölçülərin nominal qiymətləri cəminin fərqinə bərabərdir.
Burada ölçü zəncirinin artırıcı – təşkiledici ölçüsü; - ölçünün sıra nömrəsi: , - artırıcı-təşkiledici sayı; - ölçü zəncirindən əskidici ölçüsü; - ölçünün sıra nömrəsi: ; və - əskildici – təşkiledici ölçülərin sayıdır.



Yüklə 11,27 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə