hər hansı mexanizmin
işləmə qabiliyyətini bərpa etmək olur
(
əgər
onun konstruksiyası imkan verirsə). Bizim misalda
araboşluğun
Y
n
-
b
Y
qiymətlərində tormoz mexanizmi işləmə qabiliyyətinə malikdir.
Parametrləri texniki sənədlərdə göstərilmiş qiymətlər hüdudunda olmaq şərtilə nəqliyyat
vasitəsinin öz funksiyasmı yerinə
yetirə bilmə qabiliyyətinə onun
işləmə qabiliyyəti
deyilir.
Hərəkət tərkibinin işləmə qabiliyyətini həmişə tələb olunan
səviyyədə saxlamaq üçün onun
TQ və CT işlərini yüksək keyfiyyətlə yerinə yetirmək lazımdır, xüsusən təmirə olan ehtiyacı
vaxtında müəyyən olunmalıdır. Bunun üçün isə avtomobilin və onun aqreqatlannm istismar
zamanı texniki vəziyyətlərinin dəyişmə qanunauyğunluqları öyrənilməli, texniki vəziyyətin
parametrlərinin buraxıla bilən maksimum qiymətləri düzgün təyin edilməli, imtinaların və
nasazlıqların fiziki mahiyyətləri aydınlaşdırılmalı, profilaktik və təmir xarakterli texniki təsirləri
keyfiyyətlə yerinə yetirmək üçün istehsalat elmin yeni nailiyyətləri əsasında qurulmalı və s.
məsələlər geniş planda həll edilməlidir.
Hərəkət tərkibinin texniki vəziyyətinin yürüşdən (işləmə qabiliyyətindən) asılı olaraq
dəyişməsinin (pisləşməsinin) əsas səbəbi onun konstruksiyasında müxtəlif xarakterli imtinaların
və nasazlıqların yaranmasıdır.
«Nəqliyyat vasitələrinin texniki istismarı»nda (xüsusən etibarlılıq nəzəriyyəsinin tətbiqi
bölməsində) imtina əsas texniki anlayışlardan biridir. Sistemin (aqreqatın, mexanizmin) işləmə
qabiliyyətinin tam və yaxud natamam itirilməsinə
imtina
deyilir.
İmtina və nasazlıq anlayışları müxtəlif məna kəsb edirlər.
Nasazlıq
dedikdə istismar edilən
kosntruksiyanın elə texniki halı başa düşülür ki, onu qiymətləndirən göstəricilərin (ona qoyulan
tələblərin) ən azı biri texniki sənədlərdə verilmiş qiymətlərinə uyğun gəlməsin. Nasazlıq ilə
imtina arasındakı fərq ondan ibarətdir ki, avtomobil (mürəkkəb konstruksiya kimi) texniki
cəhətdən nasaz olduğu halda işləmə qabiliyyətinə malik ola bilər. Məsələn, kuzovun (banın)
müəyyən hissəsində rəngin olmaması, ya da batığın olması, cihazlar lövhəsini işıqlandıran
lampanın sıradan çıxması, yan şüşələrdən hər hansının sınması avtomobilin texniki cəhətdən
nasaz olduğuna dəlalət edir. Lakin bununla belə avtomobil işləmə qabiliyyətinə malikdir.
Odur
ki, hərəkət tərkibinin işləmə qabiliyyətinə təsir etməyən nasazlıqlar imtinalar sırasına daxil
edilmir.
10
Məsələnin qoyuluşundan asılı olaraq imtinalar müxtəlif əlamətlərə görə təsnif edilirlər.
Onların fiziki mahiyyətlərini, aralarındakı qarşılıqlı əlaqəni və baş vermə səbəblərini
aydınlaşdırmaq üçün nəqliyyat vasitəsində baş vermiş imtinaları asağıdakı əlamətlərə görə
qruplaşdırırlar:
1. Texniki vəziyyətin dəyişmə xarakterinə görə -
Dostları ilə paylaş: |