texniki vəziyyətini
təyin edir. Hərəkət tərkibi texniki
cəhətdən
sazdırsa
, bu, o deməkdir ki, onun bütün parametrləri texniki sənədlərdə verilmiş
normativ qiymətlərinə uyğundur.
Avtomobilin texniki vəziyyəti
Avtomobilin xətdə məhsuldar və effektiv işi, həmçinin onun ətraf mühit üçün təhlükəsiz
hərəkəti yalnız saz texniki vəziyyətində mümkündür. Avtomobil, aqreqat, qovşaq və hər bir detal
(müasir avtomobildə sayı 4000-dən çoxdur) istehsalçı-zavodda işlənib hazırlanmış cizgilər üzrə ,
ölçülərə təyin olunmuş müşahidələrlə və müəyyən texniki şərtlərə əməl olunmaqla hazırlanır.
Bütün bu detallar və qovşaqlar müəyyən qayda ilə aqreqatlara və bütöv avtomobilə yığılaraq
struktur
, yəni quruluş, konstruksiya – birgə işləyən detallar çoxluğu əmələ gətirir.
Avtomobil aqreqatının və onun qovşaqlarının strukturu aşağıdakılarla xarakterizə olunur:
1) detalların (struktur elementlərinin) qarşılıqlı yerləşməsi; 2) bu detalların forma və ölçüləri;
3) detalların bir-birilə birləşməsi (qovuşması) növü; 4) bu detalların bir-birilə qarşılıqlı təsirinin
xarakteri.
Məsələn, minik avtomobilinin mexaniki ötürmələr qutusunun strukturu aşağıdakılarla
xarakterizə olunur: karterdə əsas üç valın – birinci, ikinci ( bir oxda) və aralıq (paralel oxda)
valların qarşılıqlı yerləşməsi ilə; valların və dişli çarxların ölçüləri (diametrləri) və onların
dişlərinin forması ilə; dişli çarxların vallarla qovuşma (şlisli, şponkalı), valların yastıqlarla
qovuşma ( diyirlənmə, sürüşmə) növü ilə; dişli çarxların qarşılıqlı təsir ( daimi ilişmə,
ötürmələrin dəyişdirilməsi) xarakteri ilə.
Aqreqatın strukturu verilmiş işçi funksiyaların yerinə yetirilməsini təmin edir. Məsələn,
mühərrik müəyyən güc yaradır, diferensial- burucu momenti aparan körpünün təkərləri üzrə
paylayır, dönmələrdə isə təkərlərin müxtəlif bucaq sürətləri ilə fırlanmasını təmin edir.
Uzunmüddətli istismar prosesində makrostruktur dəyişmir, mikrostruktur isə bir sıra dağılma
prosesləri nəticəsində tədricən dəyişir.
Avtomobil, aqreqat və ya qovşağın
Dostları ilə paylaş: |