məqsədilə texniki vəziyyətinin dəyişdirilməsi metodlarının, üsullarının toplusudur.
12
Əməliyyat
− avtonəqliyyat vasitəsinin aqreqat, qovşaq, mexanizm və sistemlərinin texniki
xidmətlərinin yerinə yetirilməsi üzrə ardıcıl hərəkətlər kompleksidir (məsələn, mühərrikin
karterində yağın dəyişdirilməsi, tormoz mexanizminin nizamlanması və s.).
Texniki qulluq
− nasazlıqların yaranmasının qarşısını almaq (etibarlılığı yüksəltmək) və
hissələrin yeyilməsini azaltmaq (ömüruzunluğunu artırmaq), bununla da, avtomobili uzun
müddət texniki saz və işləməyə hazır vəziyyətdə saxlamaq məqsədilə yerinə yetirilən profilaktik
əməliyyatların (yığışdırma, yuma, bərkitmə, nizamlama, yağlama və b.) məcmusudur.
Təmir
− işləmə qabiliyyətini itirmiş avtomobilin texniki vəziyyətinin bərpasına yönəlmiş
texniki təsirlərin (sökmə-yığma, mexaniki, termiki, qalvanik və s. üsullarla emal) məcmusudur.
Dostları ilə paylaş: