Avtonəqliyyat vasitəsinin cari təmiri
− onun istismarı prosesində baş verən imtina və
nasazlıqların aradan qaldırılmasıdır.
İşləmə qabiliyyəti
− avtonəqliyyat vasitəsinin (aqreqat, qovşaq, mexanizm və sistemlərinin) elə
bir vəziyyətidir ki, o, öz funksiyalarını texniki sənədlərin tələbləri ilə müəyyən olunmuş
parametrlərlə yerinə yetirməyə qabildir.
İmtina
− avtonəqliyyat vasitəsinin işləmə qabiliyyətinin tam və ya qismən itirməsi ilə baş verən
hadisədir. İmtina zamanı avtonəqliyyat vasitəsinin işi dayandırılır. İmtinanın baş verməsi həmişə
nasazlığın yaranması ilə əlaqədardır. Nasazlığın yaranması heç də həmişə imtinanın baş
verməsinə səbəb olmur.
Sazlıq -
avtonəqliyyat vasitəsinin elə bir vəziyyətidir ki, onun bütün parametrləri baxılan zaman
anında texniki sənədlərdə (standartlar, texniki şərtlər və b.) verilmiş tələblərə (normativ
qiymətlərə) uyğundur.
Nasazlıq
− avtonəqliyyat vasitəsinin elə bir vəziyyətidir ki, o, baxılan vaxt anında texniki
sənədlərdə (standartlar, texniki şərtlər və b.) müəyyən olunmuş tələblərin heç olmasa birinə
cavab vermir və ya uyğun deyildir.
Avtoservis müəssisəsində avtomobil yerləri texnoloji təyinatına görə işçi və köməkçi
postlara, gözləmə avtomobil-yerlərinə bölünür.
Avtonəqliyyat vasitəsinin texniki qulluğu və cari təmiri aparılan
işçi post
− avtonəqliyyat
vasitəsinin üzərində bir və bir neçə bircins işlərin yerinə yetirilməsi üçün istehsalat sahəsinin
texnoloji avadanlıqla, tərtibatlarla, alətlərlə təchiz edilmiş bir hissəsidir. İşçi postda bir və ya bir
neçə işçi yer ola bilər.
Resurs
– obyektin istismara başladığı andan son həddinə (silinənə) qədər işləmə müddətinə
(yürüşünə) deyilir. Obyektin baxılan cari andan son həddinə (silinənə) qədər işləmə müddətinə
onun
qalıq resursu
(yürüşü) deyilir.
İşçi yer
− işçinin (fəhlənin) konkret işi (texnoloji əməliyyatı) yerinə yetirmək üçün istehsalat
sahəsinin texnoloji avadanlıqla, tərtibatlarla, alətlərlə təchiz edilmiş bir hissəsi olan əmək
fəaliyyəti zonasıdır.
Dostları ilə paylaş: |