44
Mühazirə 17.
NV-nin etibarlılığının xüsusiyyətlərinin əsas parametrləri
Texniki qulluğa və təmirə dayanmamaq şərtilə avtomobilin müəyyən vaxt və ya yürüş
intervalı daxilində fasiləsiz olaraq işləmə qabiliyyətini saxlaya bilmə xüsusiyyətinə
imtinasızlıq
deyilir.
İmtinasızlığın əsas parametrləri imtinasız işləmə ehtimalı, imtinaya qədər orta yürüş,
imtinalarm intensivliyidir (bərpa olunan elementlər üçün imtinalar axınının parametri).
Müxtəlif xarakterli texniki təsirlərə dayanmaq şərtilə avtomobilin son istismar həddinə
qədər işləmə qabiliyyətinin saxlanılma xüsusiyyətinə
ömüruzunluğu
deyilir. Avtomobilin son
istismar həddi onun baza detallarının yeyilməsindən (yeyilməsinin təsiri onunla qarşılıqlı
hərəkətdə olan elementlərin işləmə qabiliyyətinə əsas təsir göstərən detala baza detalı deyilir),
hərəkətin təhlükəsizliyi şərtlərindən, istismar keyfiyyətlərinin pisləşməsindən və s. amillərdən
asılı olaraq təyin edilə bilər. Avtomobilin son istismar həddi o deməkdir ki, onun daha istismar
edilməsi mümkün deyil, daha doğrusu, texniki və iqtisadi cəhətdən sərfəli deyil.
Avtomobilin ömüruzunluğu əsaslı təmirə qədər orta resursla və ya xidmət müddəti ilə,
onun əsas aqreqatının orta təmirlər arası yürüşü ilə, qamma-faizli resursla və s. parametrlərlə
qiymətləndirilir.
Avtomobil mürəkkəb bir sistem kimi bərpa olunan maşın və mexanizmlər sinfinə daxildir.
Belə ki, o, öz istismarı dövründə itirilmiş işləmə qabiliyyətini bərpa etmək üçün dəfələrlə
dayanmalı olur. Başqa sözlə desək, avtomobil təmirə yararlıdır.
Avtomobildə baş vermiş imtinaların və nasazlıqların texniki qulluq və təmir vasitəsilə
minimum vaxt ərzində aradan qaldırılmasına konstruksiyanın uyğunlaşması xüsusiyyətinə
Dostları ilə paylaş: