41
Mühazirə 15.
Nəqliyyat vasitələrinin etibarliliği
Etibarlılıq nəzəriyyəsi, riyazi aparatı və statistik üsulu
Texnikanın digər sahələrində olduğu kimi (xüsusən radiotexnikada və maşınqayırmada)
nəqliyyat vasitələrinin etibarlı işləməsi ilə də etibarlılıq nəzəriyyəsi məşğul olur. Ümumi halda
etibarlılıq nəzəriyyəsi maşın və mexanizmlərin köhnəlmə proseslərini nəzərdən keçirir, yəni
onların keyfiyyətlərinin zamana görə dəyişmə qanunauyğunluqlarını öyrənir. Tamamilə saz olan
hər hansı bir maşın müxtəlif səbəblərə görə istifadə edilmədikdə belə o, müəyyən müddət
keçdikdən sonra öz işləmə qabiliyyətini bir qədər itirir.
İstismar olunan maşın və mexanizmlərin işləmə qabiliyyətinin itirilməsinin əsas səbəbi
yüklərin təsirindən detalların materiallarında daxili gərginliklərin (yorğunluq həddinin) artması
nəticəsində onların dağılmaları, yeyilmə proseslərinin təsirindən birləşmələrdəki araboşluqların
dəyişməsi, dinamiki və zərbəli qüvvələrin təsirindən birləşmələrdə səslərin və döyüntülərin
yaranması, temperaturun yüksəlməsi nəticəsində bəzi detalların iş əsnasında bir-birinə pərçim
olunması və s. amillərdir. Bu xüsusiyyətlər nəqliyyatın işində də müşahidə olunur.
Nəqliyyat vasitəsinin məhsuldarlığından maksimum istifadə etmək və daşımaların maya
dəyərini aşağı salmaq üçün nəqliyyat prosesində hərəkət tərkibinin işləmə qabiliyyəti texniki
istismarın tələb etdiyi səviyyədə olmalıdır, yəni onun konstruksiyasında nəzərdə tutulmuş texniki
vəziyyət müxtəlif üsullarla qorunub saxlanmalıdır ki, bu üsullardan biri də etibarlılıq
nəzəriyyəsinin nəqliyyat sistemində tətbiq edilməsidir. Bu nəzəriyyə aşağıdakıları nəzərdən
keçirir:
1. Etibarlılığın kəmiyyət xarakteristikalarının təyin olunma üsullarını öyrənir.
2. İstismar zamanı obyektə (bizim misalda avtomobilə, aqreqata, mexanizmə, detala) təsir
edən amillərin fiziki mahiyyətini araşdırır.
3. Etibarlılığını yüksəldilməsi məqsədi ilə müxtəlif təyinatlı konstruktiv, istehsalat və
istismar tədbirlərini həyata keçirir.
4. Etibarlılığın tələb edilən səviyyədə saxlanılması üçün mövcud olan istismar üsullarını
təkmilləşdirir və s.
Etibarlılıq nəzəriyyəsindən istifadə edərək texniki istismarın bir çox praktiki məsələləri
asanlıqla həll edilir. Belə ki, bu nəzəriyyə vasitəsilə detalların və aqreqatların resursu təyin edilir,
imtinaların baş vermə səbəbləri öyrənilir, ehtiyat hissələrinin tələb olunan miqdarı planlaşdırılır,
texniki qulluqlar və təmirlər arası yürüşlər hesablanır, həmçinin korreksiya edilir vəs.
Aydındır ki, istehsal edilən nəqliyyat vasitələrinin keyfiyyətləri eyni olmadığı kimi
istismar olunan zaman onların texniki vəziyyətinə təsir edən amillər də həddindən çoxdur və
müxtəlif xarakter daşıyırlar. Bu cür qarşılıqlı əlaqəni analitik şəkildə ifadə etmək heç cür
mümkün deyil. Buna görə hərəkət tərkibinin texniki vəziyyətinin dəyişmə proseslərini nəzərdən
keçirərkən etibarlılıq nəzəriyyəsində riyazi aparat kimi
Dostları ilə paylaş: