diaqnostik
matritsalar
şəklində göstərmək olar. Model obyektin etibarlılığı barədə məlumatlar əsasında
onun daha çox ehtimal olunan nasazlıqları və diaqnostik parametrləri arasında əlaqələri aşkar
etməyə imkan verir.
Bu məlumatları istifadə etməklə diaqnostik parametrlərdən obyektin ehtimal olunan
nasazlıqlarına doğru gedərək texniki vəziyyəti müəyyən edirlər və diaqnoz qoyurlar. Oxşar
məsələlər
diaqnostik matritsaların
köməyilə həll edilir.
Nəqliyyat vasitələrinin sadə elementləri bir əsas əlamətə görə, mürəkkəb mexanizmlər isə bir
neçə əlamətə görə diaqnostika edilirlər. Diaqnostika nəticəsində alınmış nəticələri tam analiz
etdikdən sonra mexanizrmin texniki vəziyyəti haqqında mühakimə yürüdülür. Məsələyə məntiqi
cəhətdən yanaşdıqda nəzərdə tutulur ki, hər bir struktur parametr özünün buraxılabilən
maksimum qiymətinə çatdıqda eyni zamanda uyğun olaraq bir neçə diaqnostik parametr əmələ
gətirə bilər. Bu halda ola bilər ki, müxtəlif nasazlıqlar eyni bir diaqnostik parametr törətsin.
Məsələn, qida sistemi detallarının yeyilməsi yanacaq sərfini artırmaqla bərabər, işçi qarışığın
keyfiyyətini, tərkibini, həmçinin işlənmiş qazlarm tərkibində CO qazınm ıniqdarını dəyişdirir.
Bunun kimi digər diaqnostik parametrlər də yeyilmə nəticəsində dəyişirlər. Bu vaxt ola bilər ki,
nasazlıqlar sistemin işinə xələl gətirməsinlər, yəni, onun işləməsinə mane olmasınlar. Belə
hallarda kompleks diaqnostik parametrlərdən istifadə edirlər. Bu cür məsələlərin həlli üçün baş
vermiş nasazlıqlarm (struktur parametrin buraxıla bilən qiymətinə qədər dəyişməsi) və onların
əmələ gətirdikləri diaqnostik parametrlərin kəmiyyət xarakteristikaları məlum olmalıdır.
Nasazlıqlar və diaqnostik parametrlər arasındakı qarşılıqlı əlaqə
Dostları ilə paylaş: |