Mühazirə Polimerlərin quruluş xüsusiyyətləri. Makromolekul zəncirindən asılı olaraq polimerlərin quruluş xüsusiyyətləri


Yüksəkmolekullu birləşmələrin quruluş xüsusiyyətləri, nomenklaturası



Yüklə 74,49 Kb.
səhifə2/6
tarix26.03.2023
ölçüsü74,49 Kb.
#103220
növüMühazirə
1   2   3   4   5   6
Mühazirə 1-2-3

Yüksəkmolekullu birləşmələrin quruluş xüsusiyyətləri, nomenklaturası.

Polimer makromolekulları əsasən üç quruluş formasında olurlar:


1. Xətti quruluşlu polimerlər. Xətti polimerlərin makromolekulları yüksək asimetriyaya malik olan uzun zəncirlərdən ibarətdir. Belə zəncirlərin eninə ölçüləri, monomer molekulunu eninə ölçüsünə bərabər olub uzunluğu bu ölçülərdən bir neçə min dəfə çox olur. Xətti polimerlərə misal olaraq təbii kauçuk, selluloza, polietilen, polistirol və s. göstərmək olar.
2. Şaxəli quruluşlu polimerlər. Makromolekul zəncirində şaxələrin, budaqların olduğu polimerlər şaxəli polimerlər adlanır.
3. Torşəkilli polimerlər. Torşəkilli polimerlərdə xətti makromolekullar kimyəvi rabitələrlə eninə istiqamətdə tikilmişlər.
Təbii yun, almaz, qrafit, qliftal, qatranları, fenolformaldehid qatranları (rezit) torşəkilli polimerlər sırasına daxildir. Makromolekul zəncirinin quruluş müxtəlifliyi -əvəz olunmuş olefinlərin polimerlərində əvəzedicilərin əsas zəncir müstəvisində nisbətən müxtəlif vəziyyətlərdə yerləşməsilə də müəyyən oluna bilər. Stereo-müntəzəm və ya fəzamüntəzəm quruluşlu polimerlər adlanan bu tip polimerlər 1953-54-cü illərdə C.Natta və K.Siqler tərərfindən sintez olunmuşdur. , -birləşmə qaydası üzrə əmələ gələn bu polimerlərin iki növü vardır:

  1. İzotaktik və 2. Sindiotaktik.

Elementar zvenolardakı əvəzedicilərin makromolekul müstəvisinin yalnız bir tərəfində yerləşdiyi polimerlər izotaktik polimerlər adlanır (izos - eyni, taksisqayda ilə yerləşmək deməkdir).
Əsas zəncirin qurluşuna görə polimerlər üç böyük qrupa bölünür:

  1. Homozəncirli polimerlər. Belə polimerlərin əsas zənciri eyni atomlardan təşkil olunmuşdur. Bu tip polimerlərin makromolekul zəncirini əgər karbon atomları təşkil edərsə onlara çox vaxt karbozəncirli polimerlər də deyilir.Təbii kauçuk, polistirol, polivinilxlorid, polietilen, almaz və s. karbozəncirli polimerlərdir.

  2. Heterozəncirli polimerlər. Belə polimerlərin əsas zənciri iki və daha artıq müxtəlif element atomlarından təşkil olunmuşdur.

Belə polimerlərin əsas zəncirinə karbon atomları ilə yanaşı oksigen, kükürd, azot, fosfor və s. element atomları daxil olur.

  1. Qoşulmuş rabitəli polimerlər. Bu tip polimerlərin makromolekul zəncirində bir – birinə qoşulmuş doymamış rabitələr olur.

Polimerlərin nomenklaturası.


Yüksəkmolekullu birləşmələrin nomenklaturası kiçik molekullu birləşmələrə nisbətən daha sadədir. Onların adları, bir qayda olaraq, alındıqları kiçikmolekullu birləşmələrin adının qarşısına “poli” sözönlüyü əlavə etməklə düzəldilir. Məsələn, stiroldan alınan polimer polistirol, vinilxloriddən alınan polimer polivinxlorid, izoprendən alınan polimer polizopren və.s. adlanır. Birgə polimerlərin adlarını düzəltmək üçün uyğun birləşmələrin adlarından və “birgə polimer” sözlərindən istifadə edilir. Məsələn, butadiyen - stirol birgə polimeri, stirol – metilmetakrilat birgə polimeri, allilasetat - malein anhidridi birgə polimeri və.s Bir çox hallarda polimerlər üçün daha ümumi adlar işlədilir. Məsələn, zəncirində mürəkkəb efir qrupu olan polimerlər poliefirlər, amid qrupu saxlayan polimerlər isə poliamidlər adlanırlar. Bəzən polimerlər üçün bu və ya başqa səbəblə əlaqədar olaraq verilmiş təsadufi adlardan istifadə olunur. Məsələn, tereftal turşusu və etilenqlikol əsasında ilk dəfə SSRİ Elmlər Akademiyasının Yüksəkmolekullu birləşmələr laboratoriyasında alınmış polimer bu laboratoriyasının rus dilində adına uyğun olaraq “lavsan” (diaminlər və dikarbon turşuları əsasında alınan poliamidlər Nyu-York və London şəhərlərinin şərəfinə “ naylon” adslanır. Ayrı- ayrı polimerlərin müxtəlif ölkələrdə qəbul olunmuş çoxlu sayda firma adları da mövcuddur.

Yüklə 74,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə