Mühazirə Polimerlərin quruluş xüsusiyyətləri. Makromolekul zəncirindən asılı olaraq polimerlərin quruluş xüsusiyyətləri



Yüklə 74,49 Kb.
səhifə4/6
tarix26.03.2023
ölçüsü74,49 Kb.
#103220
növüMühazirə
1   2   3   4   5   6
Mühazirə 1-2-3

MOLEKUL KÜTLƏSİNƏ GÖRƏ PAYLANMA ƏYRİSİ

Qeyd edildiyi kimi, əksər polimerlər polimolekulyardırlar, yəni həmin polimerin molekulları müxtəlif sayda monomer qalıqlarından təşkil olunmuşlar va bu səbəbdən onların molekul kütlələri va uzunluqları müxtəlifdirlər. Tutaq ki, hər hansı polimer nümunəsi “i” dənə müxtalif molekul kütləli fraksiyalardan (hissələrdən) ibarətdir və nümunədə N1 dənə makromolekulun molekul kütləsi M1, N2 dənə makromolekulun molekul kütləsi M2, N3 dənə makromolekulun molekul kütləsi M3 və Ni dənə makromolekulun molekul kütləsi Mi -dir. Har hansı molekul kütləsinə (Mi) malik molekulların sayının (Ni) makromolekulların ümumi sayına (N=ƩNi ) olan nisbəti


ai=Ni/ N
verilmiş molekul kütləli makromolekulların nisbi payını göstərir. Adətən, hər hansı polimer maddəsində molekulların nisbi payının molekul kütləsindan asılılığı (molekul kütləsinə görə paylanma) əyrisi şəkil 1-dəki (a va b) kimi olur. Molekul kütləsinə görə




Şəkil 1a va 1b

paylanmanın bu cür xarakteri polimerləri kiçikmolekullu birləşmələrdən fərqləndirən əlamətlərdən biridir. Polimer maddəsində ona görə makromolekulların molekul kütlələri müxtəlifdirlər ki, polimerin sintezi, polimerləşmə reaksiyası statistik xarakterə malikdir.
Polimerləşmənin şəraitindən və monomerin kimyəvi təbiətindən asılı olaraq verilmiş polimer nümunəsində olan makromolekullar molekul kütləsinə görə bir-birlərindən az və yə çox fərqlənə bilərlər. Birinci halda molekul kütləyə görə paylanma əyrisi ensiz, dar formalı, ikinci halda isə enli, geniş formalıdır (şəkil 1b).
Təbii polimerlərdə - biopolimerlərdə bütün makromolekullar eyni uzunluğa, eyni kütləyə malikdirlər. Bunun da səbəbi onların hüceyrə səviyyəsində, mikroskopik səviyyədə gendə yazılmış proqram əsasında sintez olunmalarıdır. Ona görə də biopolimerlərdə molekul kütləyə görə paylanma əyrisi standart mənada yoxdur və belə “ayri“ şəkil 1b-də molekul kütləsinin konkret qiymətinə uyğun yerdə şaquli qaldırılmış düz xətt kimi göstarila bilar.

Yüklə 74,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə