Mühazirə Polimerlərin quruluş xüsusiyyətləri. Makromolekul zəncirindən asılı olaraq polimerlərin quruluş xüsusiyyətləri


Makromolekulun konfiqurasiyası ve konformasiyası



Yüklə 74,49 Kb.
səhifə6/6
tarix26.03.2023
ölçüsü74,49 Kb.
#103220
növüMühazirə
1   2   3   4   5   6
Mühazirə 1-2-3

Makromolekulun konfiqurasiyası ve konformasiyası.
Makromolekulun hər hansı hissəsinin digər hissəsinə nəzərən fırlanması hər hansı kimyəvi rabitələrin qırılması ilə və ya heç bir rabitənin qırılmaması ilə baş verə bilər. I halda deyirlər ki, makromolekul daxili fırlanmadan əvvəl va sonra müxtəlif konfiqurasiyaya malikdir. II halda isə, yəni molekul hər hansı kimyəvi rabitəni qırmadan başqa formaya keçənda, deyirlər ki, makromolekul daxili fırlanmadan əvvəl və sonra müxtəlif konformasiyaya malikdir. Polimer zəncirləri istilik hərəkətinin təsiri altında konfiqurasiyanı dəyişmədən müxtəlif konformasiyada ola bilərlar. Aşağıdakı şəkildə makromolekulun malik ola biləcəyi müxtəlif konformasiyalar göstərilmişdir:


b c d e

Şakil 1



  1. yumaq şəklində olan konformasiya. Bu konformasiyada makromolekul temperaturun təsirilə az va ya çox dərəcədə bükülə bilər;

  2. bərk dartılms çubuq formasında olan konformasiya,

  3. qlobul (bərk kürə) formasında olan konformasiya. Adatən yumaq şəkilli konformasiyaya malik çox böyük molekul çəkili makromolekul bu cür konformasiyaya malik olur. Qlobulun na dərəcədə şişməsi, yəni sıx və ya seyrək olması polimerlə həlledicinin qarşılıqlı təsirindən asılıdır.

  4. qat-qat yığılmış konformasiya. Kristal şəklində olan polimerlər bu konformasiyada olurlar;

  5. dirsəkli val şəklində olan konformasiya

Bu cür konformasiyaya zülallar malikdirlər; Zülalların bu cür konformasiyası molekuldaxili hidrogen ələqələrinin vəsitəsilə möhkəmləndirilir və bu konformasiya hətta məhlulda də kifəyət qədər dayanıqlıdır.

Mühazirə 4. Polimerlərin quruluşunun təyinin fiziki təyini metodları

Yüklə 74,49 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə