Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ



Yüklə 11,09 Mb.
səhifə38/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   34   35   36   37   38   39   40   41   ...   68
Müh

6.2 Friksion materiallar ( FM)

FM – də mexaniki xassələrinin müsbət qradiyenti iki yolla əldə edilir. Birinci yol ondan ibarətdir ki, təmas ara boşluğuna aralıq plastik qat daxil edilir, elə bir qat ki, onun sürüşmə müqaviməti qarşılıqlı təsirdə olan cisimlərinlindən azdır. Bu qat metal və qeyri-metal əsaslı plastik maddələrdən, oksid pərdəsindən, bərk sürtgülərdən əmələ gələ bilər. Ikinci yolda tətbiq olunan belə FM sürüşmə gərginliyinin və təmas zonasındakı yüksək temperaturun təsiri altında termiki parcalansın və yumşalsın. Sürtünmə səthində plastiki pərdə yaranır.

FM – lərin aşağıdakı növləri mövcuddur;


  1. metal

  2. asbokauçuk

  3. asboqətran

  4. üzvi

  5. metalkeramik

Kontrcisim kimi adətən tərkibində yeksək karbon olan və legirləşdirilmiş poladlar, termiki emal keçmiş çuqunlar (ÇNMX, SÇ – 21 - 41 və b.) tətbiq olunur.

Metal friksion materiallara adətən U7, U8 yüksək karbonlu polad cütü ilə işləyən boz çuqunları aid edirlər. Çuqunlarda karbon qrafit şəklində iştirak edir. Qrafit yeyinti məhsulları ilə birlikdə azaldılmış sürüçməyə müqavimətə malik pərdə yaranır. Belə cütlərin çatışmayan cəhəti kiçik sürtünmə əmsalının olması, üstün cəhəti isə qiymətinin ucuz olması və etibarlı işləməsidir. Göstərilən cütlər dəmiryol nəqliyyatında təkərlərin əyləclərində istifadə olunur.

Asbokauçuk materiallar avtomabillərin, traktorların və digər maşınların əyləclərində və ilişmə muftalarında tətbiq olunur. əsas kompanentləri: asbest, sintetik kauçuk, sink oksidi, qurğuşun, tunc yonqarı, konifol və başqaları. Asbest lifli struktura malik oluduğundan məmulatın karkasını yaradır və istiliyə davamlı edir. Onun sürtünmə əmsalı temperaturdan az asılıdır. Kauçuk bütün kompanentləri əlaqələndiri və böyük sürtünmə əmsalına malikdir. Surik və sink oksidi plastikdirlər və səth qatı əmələ gəlməsinə səbəb olurlar. Bütövlükdə asbokauçuk materiallar aşağı istilik istilik keçirməyə malik olduqlarından səth qatı daha tez yaranır. Bu materialların sürtünmə əmsalı teperatur artdıqda kauçuk yumşaldığından güclü sürətlə aşağı düşür. Ikinci vacib çatışmayan cəhəti odur ki 370  . . . 400  temperatur zamanı material dağılaraq tökülür. Ona görə də onun yüngül rejimli əyləclərdə ( avtomabillərdə ) istifadə etmk mümkündür.

Asboqətran materiallar asbokauçuk materilallardan ferqli olaraq sintetik qəran şəklində əlaqələndiriciyə malikdirlər, məsələn, epoksid qətranı. Bu qətranlar termoreaktivdirlər və kauçukdan fərqli olaraq temperaturartdıqca özlərini başqa cür aparırlar. Dağılma məhsulları koks pərdəsi əmələ gətirir. Koksun boşluqlu strukturu vardır, boşluqlar tozabənzər və dağılmanın maye məhsulları ilə doludur. Temperatur artdıqca bu materialların sürtünmə əmsalı 400  - də minimumdan keçir və sonra temperaturun artması ilə yüksəlir. Bunların tipik nümayəndələri retinaksdır ( FK – 24A, FK – 16L ). FK – 24A markalı retinaksın çatışmayan cəhəti odur ki, 600  . . .700  temperaturlarda konturcismi olan metal daha bərk koks ilə yağlanır. Ona görə də FK – 16L markalı retinaksdır məftil şəklində tunc əlavə olunur. Tuncun erimə temperaturu konturcisimkinə nisbətən aşağı olduğundan 700  - də tunc yumşalır, belləliklə də aralıq qat yaradır. Retinakslar ağr yüklənmiş əyləclərdə, məsələn, qazma bucurqadlarında və aviatəkərlərdə tətbiq olunur. Retinaksın alçaq temperaturlarda - 400  . . . 500  - dən aşağ – tətbiqi səmərəli deyildir.

Üzvi friksion materiallar ( ağac, dəri, tıxac, rezin, keçə ) zəif yüklənmiş sürtünmə düyünlərdə ( əyləclərdə, friksion ötürmələrdə, qoruyucu quruluşlarda ), əsasən cihazlarda tətbiq olunur. Ancaq rezin əsaslı üzvi materiallardan hazırlanmış friksion qayış ötürmələri və qoruyucu quruluşlar müxtəlif təyinatlı maşınlarda: kənt təsərrüfatı maşınlarında tütmüş ağır maşınqayırmanın güclü proseslərinə qədər istifadə olunur. Üzvi materialların tətbiq sahəsi onların istilik kecirməsinin və istiliyə davamlılığının az olmasına görə məhduddur, bununla əlaqədar olaraq onlar uzunmüddətli nisbi sürüşmədə işləyə bilmirlər. Bundan başqa onların qiymətləri də bahadır.

Müasir texnikada metal – keramik materialların xüsusi rolu vardır. Belə materiallar tozmetallurgiya üsulu ilə alınır. əvvəlcə toz halında olan birləşmə preslənir və sonrada bişirilir. Bu materialların aparıcı səthlərə diffuziya qaynağı ilə çəkilməsidə mümkündür. Metal – keramik friksion materiallar istiliyə çox davamlıdırlar. Onların istilik tutumu və istilik keciriciliyi yüksəkdir, ancaq onlar tutmağa meyilli olub sürtünmə əmsalının azalan temperatur xarakteristikasına uyğun gəlir.

Sintetik qətranla ( bakelit, epoksid ) hopdurulmuş toz metal – keramiklər böyük maraq dogurur. Metal – keramiklər adətən dəmir və ya mis əsasında olurlar. Sürtgü kompanenti kimi qrafit, molibden disulfit, qurğuşun işlədilir. Yeyilməyə davamlılığını artırmaq və verilmiş sürtünmə əmsalını təmin etmək üçün cətin eriyən birləşmələrin bərk hissəcikləri ( oksidlər, karbitlər, boridlər, asbest) daxil edirlər. MDB –də belə materialların 4 markası buraxılır ki, tərkibinə görə onlar bir birindən fərqlənirlər. ən geniş yayılan metal keramiklər FMK – 11 və MKV – 50 – dir. Onların sürtünmə əlsalı uyğun olaraq 0,21 . . . 0,27 və 0,28 . . . 0,34 temperatur intervalı 400  . . . 600 . Metalkeramiki materialların böyük gələcəyi vardır.


Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə