Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ



Yüklə 11,09 Mb.
səhifə36/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   32   33   34   35   36   37   38   39   ...   68
Müh

5.6 Bərk sütgülər

Bərk sütgülər sürtünen cisimlərin səthlərinə nazik pərdə şəklində sürtülür. Belə maddələr kimi qrafit, molibden disulfid (MoS2), volfram disulfid (WS2), diselenid (NbSe2, TaSe2), diftorid (CaF2) istifadə olunur. Gösterilən maddələr kristal qefeslərinin təbəqəli quruluşuna görə sürtgülük xassələrinə malikdirlər. Bu materiallar faydalı qazıntı kimi də hasil oluna bilər, asan yolla sintez də oluna bilər. Molibdenit yüksək vakuumda istər aşağı ( - 70  - dən), istərdə yüksək ( 700  - dək ) temperaturda kiçik sürtünmə əmsalını saxlayır. Onun sürtünmə əmsalına radioaktiv şüalanma zəif təsir edir. Ona görədə molibdenit kosmik, kriogen, nüvə texnikasında tətbiq olunan sürtgü kompoziyasının tərkibinə daxil olur.

Qrafit, molibdenitə nisbətən az unuiversaldır. Onun təbəqələri arasındakı molekullararası qarşılıqlı təsiri intensivliyinə kənar maddələrin sorbsiyası güclü təsir edir ( məsələn, su molekulları). Su təbəqələr arasına daxil olaraq təbəqələr arasıcəzbətmə qüvvəsini azaldır və beləliklə də qrafiti plastikləşdirilir. Ona görə də yüksək vakuumda rütubət kənar olunduqda qrafit hiss olunacaq dərəcədə az sürtgülük xassəsəni itirir. Qrafit istiliyə davamlıdır yüksə istilik və elektrik keçiriciliyinə malikdir. Ona görə də o yaxşı yüksək temperaturlu sürtgü hesab olunur və sürüşkən elektrik kontaktlarının elemetlərinin hazırlanmasında işlədilir.

Qrafitin sürtünmə əmsalı sürüşmə sürətindən asılıdır.

Bərk sürtgülerin geniş yayılmasına baxmayaraq, bu günə qədər onların sürtünmə təbiəti haqqında vahid esaslandırılmış məlumat yoxdur. Ancaq məlumdur ki,onların əksəriyyəti heksaqonal qəfəsə malikdir. Onlar metalla adgeziya yaradır. Təbəqəli bərk sürtgülər atomlararası məsafənin fərqli olmasından müxtəlif istiqamətdə atomlar arasında möhkəm əlaqələrə malikdirlər.

Müxtəlif amillərdən asılı olaraq sürtünmə əmsalı təzyiq və temperatur yüksəldikdə minimumdan keçir.

Bərk sürtgülər səthə elektrolitik və friksion üsullarla çəkilə bilər. Friksion üsulunda səth sürtgü materialı ilə, ondan müəyyən qalınlıqda perdə əmələ gələnə qədər sürtülür. Son zamanlar ferromaqnit material əlavə olunmuş toz şəkilli bərk sürtgülər tətbiq olunmağa başlanmışdır. Əgər sürtünmə zonasında maqnit seli yaratsaq belə sürtgü özü calışacaq ki, həmin zonaya düşsün.

Bərk sürtgülər kimi daha bərk əsasa sürtülən yumşaq metal örtüklər də istifadə olunan bilər ( litium, qurğuşun, kadmium, gümüş, qızıl, və başqaları ). Belə pərdələrin özünü aparması sürtgü yağlarını xatırladır. Onlar işlənməni yüngülləşdirir, vakuum şəraitində sürtünməni azaldır, əsas metalı qoruyur,təmasdakı temperaturu azaldır. Bərk sürtgülü metal pərdələr yağ işlənə bilməyən yerlərdə: oksigen sistemlərində, lifləmə zamanı, yağın işlədilməsi məsləhət olmayan düyünlərdə, böyük temperatur fərqi olduqda, böyük yüklərdə tətbiq oluna bilər.

Metal pərdələr aşağıdakı şərtləri təmin etməlidir: yüksək adgeziyaya, stabil statik və kinetik sürtünmə əmsalına malik olmalı, yeyintiyə davamlı olmalı, yüksək temas möhkəmliyini təmin etmali, istilik keçiriciliyi az olmalı, koroziyaya qarşı davamlı olmalıdır.


Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə