Mühazirələr konspekti Bakı 2020 Dİaqnostik məlumatlarin əsas nöVLƏRİ



Yüklə 11,09 Mb.
səhifə55/68
tarix17.05.2022
ölçüsü11,09 Mb.
#87239
növüMühazirə
1   ...   51   52   53   54   55   56   57   58   ...   68
Müh

10.5 Dislokasiyaların sıxlığı

Dislokasiyaların sıxlığı, kristal daxilində vahid səthi kəsən dislokasiya xətlərinin sayına deyilir. Mükəmməl silisium və germanium kristallarında dislokasiyaların sıxlığı 102-103 sm-2, kəskin deformasiya olunmuş metal kristallarında isə 1011-1012 sm-2 tərtibindədir.




Şək.7.21. AgBr monokristalında dislokasiyaların üçölçülü toru

Plastik deformasiyaya uğramış və sonra “tablanmış” metal monokristallarında və tökmə metal kristallarında dislokasiyaların sıxlığı 105-109 sm-2-dir. Bu qiymətlər biri-birindən asılı olmayan üsullarla aparılan ölçülərdən alınmışdır (çalaların aşılanması, ekstensiya və rentgen xətlərinin genəlməsi). Bu təcrübələr göstərir ki, “tablanmış” monokristallar, bloklarının ölçüsü 104 A, sərhədləri arasındakı 10 bucaq dəqiqəsi olan mozaik quruluşa malikdir. Mozaik quruluşlu bloklar arasındakı sərhədlərdə dislokasiyalararası bucaqlara uyğun məsafə bir neçə müstəviarası məsafəyə bərabərdir və deməli dislokasiyaların sıxlığı 109 sm-2-dir.


Tökmə metallarda və “tablanmış” metal monokristallarında dislokasiyalar, əsasən kiçik meylli toplanaraq üçölçülü tor təşkil edir. Buna misal olaraq şəkil 7.21-də AgBr monokristalının fotoşəkili verilib. Göründüyü kimi, həmin kristalda dislokasiya xətlərinin üçölçülü toru yaranıb. Fotoşəkildə dislokasiyaların görünməsinin səbəbi işıqlanma prosesində onların üzərində gümüş layının ayrılmasıdır.

Kəskin deformasiya olunmuş kristallarda dislokasiyaların sıxlığı çoxdur və bu halda aşılanma texnikası yaramır, bunun səbəbi odur ki, dislokasiyalar arasındakı məsafə 10-4 sm –dən kiçik olduqda onları bir-birindən ayırd etmək olmur. Ancaq, plastik deformasiya prosesində yaranan enerjinin qiymətini təyin etməklə, deformasiya olan kristallarda dislokasiyaların sıxlığı qiymətləndirmək olar. (7.5) və (7.7) düsturlarından görünür ki, dislokasiyanın vahid uzunluğuna düşən enerji, təxminən



bərabərdir. Əgər  in qiyməti dislokasiyaların arasındakı məsafəyə uyğundursa,   qəbul edərək,   alarıq. Bu halda dislokasiyaların enerjisi ≈5∙10-7 N/m olar, yəni dislokasiyaya perpendikulyar olan atom müstəvisinə 8 eV/atom enerji uyğun gələr.

Bəzi metallar üçün dərin plastik deformasiyanın (sıxılma, burulma dartılma və s.) yaratdığı pozuntular hesabına qəfəsdə yığılan enerjinin maksimum qiyməti kalorimetr üsulu ilə ölçülçüşdür (cədvəl 7.2-ci).


Yüklə 11,09 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə