Mühazirələr konspekti dosent Fərid Ağayev " Elektronika və avtomatika" kafedrası Bakı -2022


§ Unipolyar tranzistorda qurulmuş birkaskadlı dəyişən



Yüklə 1,34 Mb.
səhifə14/26
tarix29.11.2023
ölçüsü1,34 Mb.
#140992
növüMühazirə
1   ...   10   11   12   13   14   15   16   17   ...   26
Analoq elektronika

§ Unipolyar tranzistorda qurulmuş birkaskadlı dəyişən
cərəyan gücləndiricisi.
Bu gücləndirici giriş müqavimətlərinin böyük qiymətinə ehtiyac duyulduğunda, başqa sözlə desək daha kiçik gücə malik olan siqnallarla işlədikdə istifadə olunur.
Unipolyar tranzistorda qurulmuş birkaskadlı dəyişən cərəyan gücləndiricisinin sxemi aşağıdakı kimidir:

Bu sxemdə elementlərin təhlili, sxemin hesabatı əvvəlki sxemlərdə olduğu kimi qrafoanalitik üsulla aparılır.
Burada yük xarakteristikası və mənbə - mənsəb xarakteristikasını nəzərə almaq lazımdır.


§ Mənbə təkrarlayıcısı.
Mənbə təkrarlayıcısı razılaşdırıcı kaskad kimi emitter təkrarlayıcısına uyğun funksiyanı yerinə yetirir. Bu gücləndiricilərdə giriş və çıxış siqnalları arasında faz sürüşməsi yoxdur. Sxem aşağıdakı kimidir:

Sxemin parametrlərinin təhlili, hesabatı qrafoanalitik üsulla yerinə yetirilir.


§ Birtaktlı güc gücləndiricisi.
Birtaktlı güc gücləndiricisi kiçik faydalı iş əmsalına malik gücləndirici olub adətən sadə səs gücləndiricilərində istifadə olunur. Gücləndiricinin sxemi aşağıdakı kimidir:

Bu sxem aşağı güclərdə istifadə olunur. Bunun səbəbi isə tranzistorun hər iki taktda qızması ilə yanıb sıradan çıxa bilməsi ehtimalıdır.
Sxemdə transformator kiçik müqavimətə malik yüklə gücləndiricinin çıxış müqavimətini daha yaxşı razılaşdırmaq üçün istifadə olunur. Sxemin hesabatında transformatorun transformasiya əmsalı nəzərə alınır:

Transformasiya əmsalından istifadə edərək müqavimətini sanki ikinci tərəf dolağına gətirilmiş müqavimətə çevirir.
Sxemdən göründüyü kimi bu sxemdə tranzistor hər iki taktda aktiv olduğundan onu böyük güclərdə istifadə etmək olmur.
Kollektor dövrəsində səpələnən çıxış gücü isə

§ İkitaktlı güc gücləndiricisi.
İkitaktlı güc gücləndiriciləri böyük güclər tələb olunduqda istifadə olunur. Adətən bu gücləndiricilər B sinifi gücləndirmə rejimində işləyirlər və yükə kifayət qədər böyük güclər vermək imkanına malikdirlər. Hal – hazırda bu gücləndiricilərin transformatorlu və transformatorsuz sxem variantları mövcuddur.
1. Transformatorlu ikitaktlı güc gücləndiricisinin sxemi aşağıdakı kimidir:

Burada və gərginlik bölücüləridir və sürüşdürmə gərginliyini yaradırlar. Bu müqavimətlər olmaya da bilər.
Müsbət yarımperiodda tranzistoru aktivləşir və kollektor dövrəsindən axan cərəyan sıfır xəttinə doğru yönəlmiş olur. Mənfi yarımperiodda isə tranzistoru aktivləşir və bu zaman onun kollektor dövrəsindən axan cərəyan sıfır xəttinə yönəlmiş olur.
Sxemdən göründüyü kimi və müqavimətləri gərginlik bölücüləridir və və tranzistorlarının baza xarakteristikalarında işçi nöqtənin yerini müəyyən edirlər. Bəzi sxemlərdə əgər giriş siqnalı kifayət qədər böyük gücə malik olarsa, onda və müqavimətləri istifadə olunmaya bilər.
Sxemin çətinliyi hər iki tərəfdə simmetrik orta nöqtəli transformatorlardan istifadə olunmasıdır. Ona görə də bu cür sxemlər çətin texnologiya ilə hazırlanmış və nisbətən bahalı olurlar.
2. Transformatorsuz ikitaktlı güc gücləndiriciləri yalnız diskret elementlər üzərində qurulduğundan daha ucuz başa gəlirlər və onları kompakt hazırlamaq mümkündür.
Bu cür sxemlərdən biri aşağıdakı kimidir:

Bu sxemdən bir siqnal mənbəyi ilə işləyən ikitaktlı gücləndirici sxem də qurmaq mümkündür.
Onda sxem aşağıdakı kimi olar:



Bundan əvvəlki sxemin çatışmayan cəhəti onun 2 qida mənbəyindən istifadə etməsidir.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə