Mühazirələr konspekti dosent Fərid Ağayev " Elektronika və avtomatika" kafedrası Bakı -2022


§ p-n keçidi. Elektron-deşik keçiriciliyinin yaranması



Yüklə 1,34 Mb.
səhifə2/26
tarix29.11.2023
ölçüsü1,34 Mb.
#140992
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   26
Analoq elektronika

§ p-n keçidi. Elektron-deşik keçiriciliyinin yaranması,
xüsusiyyətləri və idarə olunması.
Yarımkeçiricilər texnologiyasında yaradılan bütün element və qurğular elektron-deşik keçiriciliyinin xüsusiyyətlərinə əsaslanır və onların iş prinsipi bu keçiriciliyin idarə edilməsi ilə izah olunur.
p və n tip yarımkeçiricilərin birləşməsindən alınan p-n keçidi aşağıdakı struktura malikdir:

Şəkil 3.
Bu keçid müstəvi keçid adlanır. İstiqamətlənmiş sahə isə potensiallı sədd (çəpər, baryer) adlanır. Bu potensial səddin mahiyyəti kənar təsirlər olmadıqda əsas yükdaşıyıcıların bir zonadan digərinə keçməsinin qarşısını almaqdır. p-n keçidini idarə etmək üçün onu xarici elektrik mənbəyinə qoşmaq lazımdır. Xarici elektrik sahəsinin istiqamətindən asılı olaraq p-n keçidinin iki qoşulma sxemini fərqləndirirlər:

  • düz qoşulma, bu halda xarici elektrik sahəsinin istiqaməti p-n keçidinin elektrik sahəsinin istiqamətinin əksinə yönəlmiş olur (şəkil 3.). Əgər > olarsa, onda potensial sədd açılır və elektron və deşiklərin qarşılıqlı hərəkəti nəticəsində düz keçid yaranır:


Volt-Amper xarakteristikası isə qrafikdə olduğu kimidir.
Elektron-deşik keçiriciliyini idarə etmək üçün digər üsul isə əks keçiddir.
Əks keçid zamanı p-n keçidi əks qoşulur. Bu zaman əsas yükdaşıyıcılar müəyyən mənada yox olarsa onda p zonası n-ə, n zonası isə p-yə çevrilmiş olar.

B u zaman isə əks cərəyan yaranır. Volt-Amper xarakteristikası isə qrafikdə olduğu kimidir.


Bu dediklərimizi ümumiləşdirsək yaza bikərik:

Burada – müəyyən potensialdır:
=

§ Yarımkeçirici diod, onun parametrləri və xarakteristikaları.


Yarımkeçirici diod ikielektrodlu elektron cihaz olub bir p-n keçidinə malikdir və biristiqamətli keçirmək xüsusiyyəti mövcuddur. Buna görə də diod həm də ventil adlanır. Diodun sxemlərdə şərti işarəsi aşağıdakı kimidir:

Yarımkeçirici diod p-n keçidi kimi dövrəyə 2 üsulla qoşulur:

  1. Düz qoşulma

  2. Əks qoşulma

1) Düz keçid.

Sxemin təhlili göstərir ki, yarımkeçirici diodun düz qoşulma rejimində ona maksimal gərginlikdən artıq gərginlik vermək olmaz.
Diodlar əsasən aşağıdakı parametrlərlə xarakterizə olunur:

  1. Düz gərginliyin qiyməti - (V)

  2. Düz cərəyanın qiyməti - (mA)

  3. Əks gərginliyin maksimal qiyməti - (V)

  4. Əks cərəyanın maksimal qiyməti - (A)

  5. Səpələnmə gücü - (mVt, Vt)

  6. Maksimal tezlik - (kHs, MHs, GHs)

  7. Temperatur diapazonu – T (°C)

Diodlar səpələnmə gücü və maksimal işləmə tezliklərinə görə təsnifata bölünürlər:


  1. Az güclü diodlar

  2. Orta güclü diodlar

  3. Böyük güclü diodlar

Tezliyə görə isə diodlar aşağıdakı təsnifata bölünürlər:

  1. Aşağı tezlikli diodlar

  2. Orta tezlikli diodlar

  3. Yüksək tezlikli diodlar

  4. İfrat yüksək tezlikli diodlar




Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə