Mühazirələr konspekti dosent Fərid Ağayev " Elektronika və avtomatika" kafedrası Bakı -2022



Yüklə 1,34 Mb.
səhifə5/26
tarix29.11.2023
ölçüsü1,34 Mb.
#140992
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   26
Analoq elektronika

§ Bipolyar tranzistorlar.
Bipolyar tranzistor iki p-n keçidinə və üç elektroda malik elektron cihaz olub, sxemlərdə aktiv element kimi istifadə olunur. Tranzistor sözü ingilis dilindən “transfer rezistor” sözlərinin birləşməsindən yaranmışdır.
Tipinə görə bipolyar tranzistorlar 2 qrupa bölünürlər:

  1. n-p-n tipli tranzistorlar



  1. p-n-p tipli tranzistorlar


Tranzistorda emitter yükdaşıyıcıları injeksiya edir, yəni hasil edir; baza idarəedici elektroddur; kollektor isə yükdaşıyıcıları ekstraksiya edir, yəni toplayır.
Bazanın qalınlığı elə seçilir ki, o elektronların sərbəst yürüş məsafəsindən qalın, lakin kifayət qədər nazik olsun:

Tranzistor elektrik dövrəsinə aşağıdakı qayda üzrə qoşulur (n-p-n tip üçün):

  1. emitter potensialı kollektora nəzərən həmişə mənfi olur.

  2. kollektor potensialı emitterə nəzərən həmişə müsbət olur.

  3. tranzistorun emitter-baza keçidi düz, baza-kollektor keçidi isə əks qoşulur. Burada həmişə

p-n-p tipli tranzistor isə n-p-n tipli tranzistorun qoşulma qaydasının əksi olaraq dövrəyə qoşulur.
Tranzistorun emitter cərəyanı

kimi təyin edilir. n-p-n tipli tranzistor üçün


Burada - emitter cərəyanının stabil ötürmə əmsalıdır

Burada - baza cərəyanının güclənmə əmsalıdır. və arasında aşağıdakı əlaqə vardır:


§ Bipolyar tranzistorların dövrəyə qoşulma sxemləri,
xarakteristikaları və parametrləri
Tranzistorlar dövrəyə 3 üsulla qoşulur:

  1. Ümumi bazalı qoşulma sxemi.








  1. Ümumi emitterli qoşulma sxemi.

S xemə əsasən


Bunları nəzərə alsaq güclənmə əmsalı üçün yaza bilərik:



Belə bir sxem həm gərginliyə, həm də cərəyana görə güclənmə verdiyindən güclənmə əmsalı böyük qiymətlər alır:

Ümumi emitterli qoşulma sxemi giriş və çıxış siqnallarının 180 faz fərqini, faz sürüşməsini yaradır.


  1. Ü mumi kollektorlu qoşulma sxemi.

Sxemə əsasən yaza bilərik:



İdeal elektronika qurğusu üçün

olmalıdır.
Bu sxemdə gərginliyə görə güclənmə əmsalı

kimidir, yəni gərginliyə görə güclənmə yoxdur. Lakin cərəyana görə güclənmə çox böyükdür:

Burada giriş siqnalı ilə çıxış siqnalı eyni fazada olduğundan faz sürüşməsi yaranmır.
Bipolyar tranzistorların 2 əsas xarakteristikası verilir:

  1. G iriş xarakteristikası (baza xarakteristikası).

Məsələn, ümumi emitterli qoşulma sxemi üçün yaza bilərik:


  1. Ç ıxış xarakteristikası.

Bu xarakteristika qrafikdə olduğu kimidir. Bu qrafikə uyğun olaraq ümumi kollektorlu qoşulma sxemi üçün yaza bilərik:

Burada

olduğunu da nəzərə ala bilərik.
Qrafikdə birinci hissə tranzistorun aktiv rejiminə, ikinci hissə tranzistorun doyma rejiminə (bu rejim açar rejimi də adlanır), üçüncü hissə isə tranzistorun deşilmə rejiminə uyğun gəlir və bu hissədə işləmək olmaz, əks halda tranzistor yanıb sıradan çıxa bilər.
Tranzistorun əsas aşağıdakı parametrləri mövcuddur:

  1. - baza cərəyanının maksimal qiyməti;

  2. - gərginliyin maksimal buraxıla bilən qiyməti;

  3. - cərəyanın maksimal buraxıla bilən qiyməti;

  4. - gərginliyin maksimal buraxıla bilən qiyməti;

  5. - səpələnmə gücünün maksimal qiyməti;

  6. - maksimal işləmə tezliyi (kHs, MHs, GHs);



Qrafikdə qeyd olunmuş əyridən yuxarı hissədə işləmək olmaz. Gücün yalnız uyğun qiymətlətində işləmək lazımdır.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə