Mühazirələr konspekti dosent Fərid Ağayev " Elektronika və avtomatika" kafedrası Bakı -2022



Yüklə 1,34 Mb.
səhifə3/26
tarix29.11.2023
ölçüsü1,34 Mb.
#140992
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   26
Analoq elektronika

§ Diod sxemlərinin təhlili.
Diod sxemlərini təhlil etmək üçün aşağıdakı sxemdən istifadə olunur:

Qapalı dövrə üçün Kirxhofun qanununa əsasən yaza bilərik:
E = + (1)

  1. Fərz edək ki, diod bağlıdır. Bu zaman ondan axan cərəyan = 0 olduğundan

E =

  1. İ ndi isə fərz edək ki, diod açıqdır. Bu zaman ondan axan cərəyan maksimal olacaqdır.Onda onun qiyməti üçün yaza bilərik:

=
(1) tənliyi diodun yük xarakteristikasının tənliyidir. -ni nəzərə almasaq onda

yaza bilərik.

Yarımkeçirici diodun tətbiq sxemləri.


Yarımkeçirici diodlar adətən düzləndirmə, stabilləşdirmə sxemlərində istifadə olunurlar. Onlar eyni zamanda elektron açar funksiyasını da yerinə yetirirlər. Diodlar həm də məhdudlaşdırıcı və qoruyucu kimi də istifadə oluna bilər.
§ Düzləndirmə sxemləri.
Düzləndirmə sxemləri dəyişən gərginlik və cərəyandan sabit gərginlik və cərəyan almaq üçün istifadə edilir ki, bu da elektron sistemlərin normal qidalanmasını təmin etmək üçün istifadə olunur.
Düzləndiricilər elektron qurğuların və sistemlərin normal işləməsini təmin etmək üçün tətbiq olunan əsas bloklardan olan II qida mənbələrinin tərkib hissəsidir.
II qida mənbələrinin sturukturunu aşağıdakı kimi təsvir edə bilərik:


Burada gərginlik və tezliyin qiyməti 220V ( +10% ; -15% ) , f = 50Hs 1Hs kimi dəyişə bilər.
Hal-hazırda düzləndirici sxemlərin aşağıdakı variantları tətbiq olunur:

  1. Biryarımperiodlu düzləndirmə sxemləri

  2. İkiyarımperiodlu düzləndirmə sxemləri

İkiyarımperiodlu düzləndirmə sxemləri özləri 2 qrupa bölünürlər:

  1. 2 diodlu orta nöqtəli transformatorlu sxem

  2. körpü sxemi

Bunlardan başqa düzləndirmə sxemləri kimi idarə olunan tiristor çeviriciləri də istifadə olunur.

  1. Biryarımperiodlu düzləndirmə sxemi.

Biryarımperiodlu düzləndirmə sxemi aşağıdakı kimi qurulur:

Sxem aşağıdakı kimi işləyir:
Fərz edək ki, transformatorun II tərəf dolağına birinci yarımperioadda müsbət polyarlıqlı siqnal daxil olur. Onda çıxış gərginliyi üçün yaza bilərik:
=
Periodik siqnalın orta qiyməti üçün isə yaza bilərik:


olduğunu nəzərə alsaq onda üçün yaza bilərik:


Cərəyanın orta qiyməti üçün isə

bərabərliyi doğrudur.
Mənfi polyarlıqlı siqnal zamanı isə

olar. Biryarımperiodlu düzləndirmə sxemi üçün

olar, üçün isə olar.
Düzləndiriciləri xarakterizə edən parametrlərdən biri də döyünmə əmsalı – -dur.
İstənilən düzləndirmə sxemində düzləndirici diodlara düşən itkiləri nəzərə almaq lazımdır. Biryarımperiodlu düzləndirmə sxemlərində giriş və çıxış tezlikləri bir-birinə bərabərdir.
Diodun faydalı iş əmsalı isə -dir.
Biryarımperiodlu düzləndirmə sxemləri az güc tələb edən qida bloklarında istifadə olunurlar.

  1. İkiyarımperiodlu düzləndirmə sxemi.

İkiyarımperiodlu orta nöqtəli transformatorlu düzləndirmə sxemi aşağıdakı kimidir:

Burada ikinci tərəf dolağında orta nöqtəsi olan transformator özünü 2 müstəqil çıxışa malik olan transformator kimi aparır.
Bu sxemi aşağıdakı kimi də göstərmək olar:


Birinci halda diodu açıq diodu isə bağlıdır. Bu zaman ondan axan cərəyan gərginlik düşküsü yaradacaqdır. İkinci halda isə diodu bağlı diodu isə açıqdır. Bu zaman ondan axan cərəyan gərginlik düşküsü yaradacaqdır.

Bir tam period ərzində




Sxemdə istifadə olunan diodlar eyni parametrli olmalıdır:


İkiyarımperiodlu körpü düzləndirmə sxemi isə aşağıdakı kimidir:



Burada C kondensatoru hamarlayıcı süzgəc rolunu oynayır.
Fərz edək ki, transformasiya olunan müsbət yarımperiodlu düzləndirmə sxeminə baxırıq. Burdan göründüyü kimi mübət yarımperiodda və diodları açıqdır.Onlardan axan cərəyan müqavimətində çıxış gərginliyi yaradır:


Mənfi yarımperiod transformasiya olunduqda isə polyarlıq dəyişəcəkdir. Göründüyü kimi bu zaman və diodları açıq olacaq və onlardan axan cərəyan müqavimətində gərginlik düşküsü yaradacaqdır:



Bir period ərzində

Deməli körpü sxemi qurularkən

olmalıdır.
Qeyd: Diodlar seçilərkən onların dözə bildikləri əks gərginliyin qiyməti düzləndirilən gərginliyin maksimum amplitudasından böyük olmalıdır.

Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə