Mühazirələr konspekti dosent Fərid Ağayev " Elektronika və avtomatika" kafedrası Bakı -2022



Yüklə 1,34 Mb.
səhifə4/26
tarix29.11.2023
ölçüsü1,34 Mb.
#140992
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   26
Analoq elektronika

§ Parametrik stabilizator.
Stabilizatorlar qida bloklarında çıxış dövrəsinə qoşulurlar və onların yerinə yetirdikləri funksiya giriş gərginliyinin dəyişməsi halında çıxış gərginliyini sabit saxlamaqdır.
Stabilizator kimi parametrik stabilizasiya sxemlərindən və kompensasiyalı stabilizasiya sxemlərindən istifadə olunur.
Parametrik stabilizator aşağıdakı sxem üzrə qurulur:

Burada stabilitronun əsas göstəricisi stabilizasiya əmsalıdır:

Bu sxemin stabil rejimdə işləməsi üçün

Çıxış gərginliyinin sabit qalmasının əsas səbəbi Zeyner diodunun əks keçidinin dinamik müqaviməti ilə bağlıdır:

ΔI Zeyner diodu dövrəsindən axan cərəyandır.
Diodun gərginliyi üçün isə

Əgər Zeyner diodu deşilmə gərginliyindən aşağı gərginliklərdə işləyərsə onda o öz funksiyasını yerinə yetirməyəcəkdir. Zeyner diodunun iş rejimi elə seçilməlidir ki, ondan axan cərəyan orta qiymətə malik olsun. Bu qiymət müqavimətinin düzgün seçilməsi ilə təyin olunur:


Bu dövrə üçün yaza bilərik :

Fərz edək ki, giriş gərginliyi Δ qədər artıb

olması üçün

olmalıdır.
Göründüyü kimi giriş gərginliyinin artımları ballas müqavimətinə düşür. Beləliklə, sxem öz funksiyasını yerinə yetirir.
Sxem ona görə parametrik stabilizator sxemi adlanır ki, burada çıxış gərginliyinin və cərəyanının qiymətləri seçilmiş Zeyner diodunun parametrləri ilə müəyyən edilir.


§ Amplitud məhdudlaşdırıcıları.
Bir çox hallarda elektron sxemlərin sıradan çıxmasına səbəb onların girişinə verilən siqnalın yol verilən qiymətdən böyük olmasıdır. Bunun qarşısını almaq üçün giriş dövrələrində sadə diod məhdudlaşdırıcılarından istifadə olunur:

Diod açıldıqdan sonra

Sxemdə R müqaviməti seçilərkən adi diod sxemlərində olduğu kimi qiyməti nəzərə alınmalıdır. Bunun üçün

Bu zaman normal işləyəcək olan diod yanıb sıradan çıxmayacaqdır.
Əgər giriş siqnalı dəyişən siqnaldırsa, onda aşağıdakı sxem tətbiq olunur:

Əgər sxemdən mənbələri çıxarsaq, onda gərginlik arasında dəyişəcəkdir.
Diod sxemləri həm də fasiləsiz qida dövrələrində açar kimi istifadə olunur:

Akkumulyatorun dolmasını tənzimləmək üçün tranzistorun açar funksiyasından istifadə oluna bilər:

Elektrik dövrələrində həmçinin varikaplardan da istifadə olunur. Varikapın sxemlərdə şərti işarəsi aşağıdakı kimidir:

Varikaplar diod və kondensatordan ibarətdirlər. Diod varikaplarda əks qoşulur. Əks gərginliyin qiyməti artdıqca tutum azalır.


Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə