Mühazirələr konspekti dosent Fərid Ağayev " Elektronika və avtomatika" kafedrası Bakı -2022


§ İdarəedici elektrodu izolyasiya edilmiş sahə tranzistorları



Yüklə 1,34 Mb.
səhifə7/26
tarix29.11.2023
ölçüsü1,34 Mb.
#140992
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   10   ...   26
Analoq elektronika

§ İdarəedici elektrodu izolyasiya edilmiş sahə tranzistorları.
Bu tranzistorlarda idarəedici elektrodla yarımkeçirici arasında izolyasiya qatı kimi silisium-oksiddən istifadə edilir və bu zaman alınan tranzistor - MOY (MOS FET) tranzistor adlanır. İzolyasiya qatı kimi digər halda dielektriklərdən istifadə olunur ki, bu zaman da alınan tranzistor dielektrik – MDY (MİS FET) tranzistor adlanır.
Bu tip tranzistorlar 2 variantda hazırlanır:

  1. Quramakanallı tranzistorlar. Bu tranzistorlar kasıblaşmış tip yarımkeçiricilər üzərində qurulur və müqaviməti çox böyük olan kanallara malikdirlər.

n-kanallı tranzistorun şərti işarəsi aşağıdakı kimidir:

p-kanallı tranzistorun şərti işarəsi isə aşağıdakı kimidir:




Bu tranzistorun quruluşu Şəkil 1-də olduğu kimidir. Bu tip tranzistorlar çox həssas olduqlarından onlarda altlıq olaraq plastikadan, keramikadan olan material götürülür və adətən 0 potensialına birləşdirilir.
Tranzistor aşağıdakı kimi işləyir:
Əgər idarəedici elektroda (+) gərginlik verilərsə, onda elektrik sahəsinin təsirindən kanalda genişlənmə baş verər. Bu tranzistorlarda kanal cərəyanının qiyməti idarəedici elektroda verilən potensialın qiyməti ilə müəyyən edilir. Yəni,
olarsa, onda ,
olarsa, onda

  1. İndusiya – kanallı tranzistorlar. Bu tranzistorlar zənginləşmiş tip yarımkeçiricilər üzərində qurulur və kanala malik deyillər. n-kanallı tranzistorun və p-kanallı tranzistorun şərti işarəsi uyğun olaraq a) və b) variantlarında olduğu kimidir:



Bu tip tranzistorların quruluşu Şəkil 2-də olduğu kimidir. Tranzistor aşağıdakı kimi işləyir:


Əgər idarəedici elektroda ( - ) potensial verilərsə zənginləşmiş yarımkeçiricidə olan yüklər müəyyən bir topluluq yaradır və sanki bir kanal meydana gətirirlər.
Bu tranzistorların üstün cəhəti onların çox kiçik cərəyanla işləməsi, həcm baxımından olduqca kiçik olmalarıdır.
İndusiya – kanallı tranzistorların əsas xarakteristikası mənsəb xarakteristikasıdır. Bu xarakteristika mənsəb cərəyanının mənbə - mənsəb gərginliyindən asılılığıdır:

Xarakteristikanın birinci hissəsi tranzistorun xətti rejiminə, ikinci hissəsi doyma rejiminə, üçüncü hissəsi isə deşilmə hissəsinə uyğun gəlir.
Bu tip tranzistorların idarəedici elektrodundan axan cərəyan sıfıra bərabərdir, giriş müqaviməti isə

Onların mənfi cəhəti isə yüksək tezlikli siqnalları emal edə bilməməsi, işləmə sürətlərinin aşağı olması və güclü tranzistorlar kimi istifadə oluna bilməmələridir.



Yüklə 1,34 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   26




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə