MULT
İKULTURALİZM İLİ-2016
55
maaşlarını iki ay müddətində təsdiq edib Azərbaycan Respublikasının
Prezidentinə
məlumat versin;
3.5. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin binasının tikilməsi barədə
təklifləri iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə
təqdim etsin;
3.6. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin fəaliyyətinin təşkili ilə bağlı
zəruri maliyyə və maddi-texniki təminat məsələlərini həll etsin;
3.7. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Beynəlxalq
Multikulturalizm Mərkəzinin dövlət qeydiyyatına alınmasını bir ay müddətində
təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 15 may 2014-cü il.
MULT
İKULTURALİZM İLİ-2016
56
Azərbaycanda dini mədəniyyətin, tolerantlığın,
dinlərarası və mədəniyyətlərarası dialoqun təbliğinin
gücləndirilməsinə dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin
Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər
tutaraq qərara alıram:
1. Azərbaycanda dini mədəniyyətin, tolerantlığın, dinlərarası və mədəniyyətlərarası
dialoqun
təbliğinin gücləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan
Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan
Respublikası Prezidentinin ehtiyat fondundan “Dini Mədəniyyətin İnkişafı” fonduna
3,0 (üç) milyon manat ayrılsın.
2. Az
ərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində
nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 18 yanvar 2014-cü il.