nunların dərk olunmaq bacarığı, yaxud oxunmuş məmin planını
tutmaq bacarığı, məsələləri həll etmək bacarığı, müəyyən dərəcədə
mürəkkəb inşalar yazmaq bacarığı, kimya üzrə müşahidə və ya
təcrübə aparmaq, musiqi alətində çalmaq bacarığı, rəsm çəkmək
bacarığı və s. bu cür bacarıqlardır.
Vərdiş-bacarıqların dəfələrlə təkrarı nəticəsində avtomatlaş- mış
formasıdır. Vərdiş o qədər avtomatlaşmalıdır ki, o, sürətli və
nöqsansız fəaliyyətə çevrilsin. Məsələn, qiraət, məktub yazmaq, şifahi
hesablama vərdişi, alətlərdə sərbəst çalmaq, rəsmi təxəyyüldən kağıza
köçürmə, topu dəfələrlə çiləmə, tumikdə sərbəst yellənmə, aşma,
fırlanma və s.
Bütün fənlərin tədrisi prosesində şagirdlər qazandıqları bilikləri
mənimsəməyi bacarmaq üçün ciddi səy göstərməlidirlər. Yalnız bu
ciddi səyin sayəsində şagirdlər öyrəndiklərini dönə-dönə təkrar
etməyə alışırlar. Bu alışqanlıq bir növ vərdişə çevrilir. Başqa sözlə
desək, şagirdləri öyrənməyə alışdıran bir sistem yaranır. Hansı ki,
pedaqoji prosesdə buna bilik, bacarıq və vərdişlər sistemi deyilir. Bu
sistemin yaradılması isə müəllimin səviyyəsindən və səriştəsindən çox
asılıdır.
Şagirdlərin bilikləri mənimsəməsi zamanı şüurlarında maddi
aləmin düzgün, təhrif olunmamış şəkildə əksini necə təmin etmək
qaydalarını da, onlara necə dərk və tətbiq etməyi də məhz müəllim
öyrədir.
Məlum olduğu kimi, insan özünün bütün həyatı və praktik
fəaliyyəti prosesində obyektiv aləmi, yəni gerçəkliyi dərk edir. Bu
zaman ona idrak prosesləri kömək edir. İnsanda 5 duyğu üzvü vardu*
ki, onların da hamısı idrak prosesinə xidmət edir. Ona görə də təlim
prosesi biliksizlikdən biliyə, qeyri-dəqiq və natamam biliklərdən daha
dəqiq və daha tam biliklərə doğru hərəkətidir.
Şagirdlərin idrak prosesinin fəaliyyət dinamikasını elə
tənzimləmək lazımdır ki, onlar duyduqları predmet və hadisələri, yəni
elmi-nəzəri faktları dərindən mənimsəyib qavrasın, hafizəsində
saxlasın, hifz etsin, sonra təfəkkür süzgəcindən keçirərək nitq
vasitəsilə onu ifadə edə bilsin.
Təfəkkür süzgəcindən keçirilən elmi dəlillər yalnız nitq
vasitəsilə aşkarlanır. Çünki biz təfəkkür deyəndə hər hansı hadisənin,
faktm, qanunauyğunluğun və s. kəşfinə yönəldilmiş, sosial cəhət
137
dən şərtlənən və nitq vasitəsilə ifadəsini tapan psixi prosesi nəzərdə
tuturuq.
Unutmaq olmaz ki, təfəkkür dil ilə ayrılmaz şəkildə bağlıdır. Dil
idrakda mühüm rol oynayır. İnsanlar dil vasitəsilə öz aralarında
ünsiyyət saxlayır, özlərinin dərketmə fəaliyyətlərinin nəticələrini
ifadə edirlər. Yeni nəsil bunun sayəsində əvvəlki nəsillərin
təcrübələrinə yiyələnirlər.
Şagirdlər bilikləri mənimsədikləri, obyektiv aləmi dərk etdikləri
halda onların bilikləri mənimsəməsi idrak müxtəlifliyi ilə bağlıdır.
Buna görə də idrakın ümumi qanunauyğunluqları bu prosesə aid
edilir.
Gənc nəsil tərəfindən biliklərin mənimsənilməsi cəmiyyətin
inkişafında ən mühüm və ən zəruri şərtdir. Lakin tədrisin ictimai rolu
heç də həmişə özünü binizə vermir. Çünki tədrisə stimul yalnız tədris
prosesində yaranır. Müəllim uşaqlarda marağı artırır, onlarda
məktəbdə tədris olunan biliklərə tələbat yaradır, tədris məşğələlərinə
maraq tərbiyə edir, onları tədrisə həvəsləndirir. Yalnız bu zaman
uşaqlar bəşəriyyətin əldə etdiyi bilikləri mənimsəməyə başlayırlar. Bu
şərtlə ki, təlim prosesində mexaniki əzbərləməyə bayağı, dayaz
ümumiləşdirmələr aparılmasma yol verilməsin. Bəzən müəllim hər
hansı bir qanunun, tərifin əzbərlənməsini tələb edir. Şagirdlər əzbər
söylədikləri tərif üçün təşəkkür də alır. Beləliklə, şagirdlər mexaniki
əzbərləməyə meyl etməyə başlayırlar. Təcrübə və müşahidələr
göstərir ki, mexaniki əzbərləmə vasitəsilə əldə edilən formal bilik tez
də unudulur. Yəni qavranılmır, idrak vərdişinin məhsuluna çevrilmir.
Başqa sözlə desək, şagird həmin biliyi mənimsəmir, öz malı etmir,
çünki onu tezliklə unudur. Ona görə də təlim prosesində mexaniki
əzbərləməyə yol vermək olmaz. Sual olunur, bəs şeirlərin
əzbərlənməsinə necə yanaşılmalıdır. Cavab birmənalıdır. Şerin də
mexaniki əzbərlənməsi, onun unudulması ilə nəticələnir. Ona görə də
şerin mahiyyəti, məzmunu, tərbiyəvi əhəmiyyəti ətraflı şərh
edildikdən, onun ideyası dərindən mə- nimsədildikdən sonra
əzbərlənməsi faydalı olur.
Hər bir tədris predmeti üzrə şagirdlərin bilikləri mənimsəməsi
bəzi xüsusiyyətlərlə xarakterizə olunur. Məsələn, ibtidai siniflərdə
səs, söz, cümlə haqqında şagirdlərə verilən ilkin məlumatlar V- VIII
siniflərdə fonetika, morfologiya və sintaksis bölmələrində verilən
ətraflı məlumatlar vasitəsilə daha da möhkəmləndirilir. Adə
138
tən mənimsəmə müəllimin öyrənmək üçün nəzərdə tutulan mövzunun
elan olunmasından başlanır və onlar şagirdləri yeni materialın fəal və
şüurlu surətdə qavranılmasına hazırlayırlar. Eyni zamanda şagirdlərin
şüurunda yeni materialların tədrisi zamanı arxalandığı biliklər və
təcrübələr bərpa olunur. Bəzən müəllim bu məqsədlə şagirdlərə bu və
ya digər müşahidələrin aparılması üçün tapşırıq verir. Məsələn, ibtidai
siniflərdə çaylar, göllər haqqında verilən sadə məlumatlar zamanı
şagirdlərə suyun buxarlanması, yerlə atmosfer arasında dövr etməsi,
buludun və yağışm yaranması kimi kimyəvi və bioloji proseslər
öyrədilir. Yuxarı siniflərdə isə şagirdlərin oksigen və hidrogen
mövzularını dərindən öyrənməsinə məhz ibtidai siniflərdə öyrədilən
həmin biliklər stimul rolunu oynayır. Sadədən mürəkkəbə, ibtidaidən
aliyə doğru biliklərin öyrədilməsi sanki bütöv bir sistem halında,
konkret bir zaman ərzində baş vermir, şagirdlərin təfəkküründə
konkret təsəvvürlərdən anlayışlara keçid kimi sadə anlayışlardan daha
mürəkkəb anlayışlara, anlayışlar sisteminə keçid kimi baş verir. Bu
zaman hər addımda əvvəllər əldə edilmiş yeni biliklərin
birləşdirilməsi, onlar arasmda daxili bir əlaqənin yaranması baş verir.
Başqa sözlə desək, köhnənin yeni ilə əvəzlənməsi baş verir. Köhnənin
yeni ilə belə daimi əlaqəsi bütün tədris prosesini əhatə edir.
Biliklərin mənimsənilməsi prosesinin düzgün qoyuluşu onunla
xarakterizə olunur ki, şagirdlər öyrənilən materialı dərindən dərk edir,
bacarıq və vərdişlərini təkmilləşdirirlər. Biliklərin verilməsinin,
bacarıq və vərdişlərin aşılanmasmın sistem halında həyata keçirilməsi
şagirdlərin elmi dünyagörüşlərini inkişaf etdirir, tərbiyəli- lik
səviyyəsini yüksəldir və onlarm hərtərəfli inkişafmı təmin edir.
3.15 Biliklərin möhkəmləndirilməsi
Şagirdlərə biliklərin verilməsi ilkin didaktik şərtlərdən hesab
olunursa onların möhkəmləndirilməsi ən başlıca didaktik şərtlərdən
sayılır. Məlum olduğu kimi, biliklərin verilməsinin yolları, vasitələri,
imkanları, üsulları, formaları çoxdur. Bütün hallarda biliklərin
verilməsinin nəzəri və praktik əsaslarını müəyyənləşdirdikdən sonra,
həmin biliklərin möhkəmləndirilməsilə bağlı bir sıra ideyaların və
nəzəri müddəaların verilməsi müəllimlər üçün çox
139
Dostları ilə paylaş: |