lə tətbiq olunmaq üçün nəzərdə tutulmuş müəyyən formalı
rəsmi sənəd;
1.0.4. hüquqi akt - normativ hüquqi akt, normativ
xarakterli akt və ya qeyri-normativ hüquqi akt;
1.0.
5. qanunvericiliyin sistemləşdirilməsi - normativ
hüquqi aktların nizama salınması, onların daxili uzlaşdırılmış
vahid sistemə çevrilməsi üzrə fəaliyyət;
1.0.
6. inkorporasiya - normativ hüquqi aktların məzmunu
dəyişdirilmədən
müəyyən
qaydada
toplularda
(külliyyatlarda) birləşdirilməsi;
1.0.
7. məcəllələşdirmə - normativ hüquqi aktların forma
və məzmun baxımından yenidən işlənməsi yolu ilə vahid
normativ hüquqi aktlarda birləşdirilməsi;
1.0.8. qanunlar külliyyatı - Azərbaycan Respublikasının
qanunvericiliyini özündə birləşdirən sistemləşdirilmiş toplu;
1.0.
9. qanunvericilikdə boşluqlar - konkret ictimai
münasibətləri tənzimləyən qanunvericilik normalarının
olmaması;
1.0.
10. qanunun analogiyası - konkret ictimai
münasibətləri
tənzimləyən
qanunvericilik
normaları
olmadığına görə həmin ictimai münasibətlərə oxşar ictimai
münasibətləri tənzimləyən qanunvericilik normalarının tətbiq
edilməsi;
1.0.
11. hüququn analogiyası - yalnız konkret ictimai
münasibətləri deyil, həm də oxşar ictimai münasibətləri
tənzimləyən qanunvericilik normaları olmadığına görə həmin
ictimai münasibətlərə qanunvericiliyin məğzinin, hüququn
ümumi prinsiplərinin və ya hüququn konkret sahələrinə aid
prinsiplərin tətbiq edilməsi;
— 682 —
1.0.
12. nonnativ hüquqi aktların kolliziyası - eyni ictimai
münasibətləri tənzimləyən qüvvədə olan normativ hüquqi
aktların ziddiyyəti (uyğunsuzluğu);
1.0.
13. normayaratma fəaliyyəti - normativ hüquqi
aktların hazırlanması, ekspertizası, qəbul olunması, onlarda
dəyişikliklər edilməsi, onların şərh edilməsi, qüvvəsinin
dayandırılması və ya ləğv edilməsi üzrə fəaliyyət;
1.0.
14.
normayaratma
fəaliyyətinin
subyekti
-
normayaratma fəaliyyətində iştirak edən orqanlar (şəxslər);
1.0.
15. qanunvericilik təşəbbüsü - Azərbaycan
Respublikası Konstitusiyasının 96-cı maddəsinin I hissəsi ilə
müəyyən edilmiş subyekt tərəfindən qanun layihəsinin
Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə
rəsmən təqdim edilməsi;
1.0.
16. normativ hüquqi aktın rəsmiləşdirilməsi -
normativ hüquqi aktın səlahiyyətli şəxs tərəfindən
imzalanması və Azərbaycan Respublikasının Hüquqi
Aktların Dövlət Reyestrinə daxil edilməsi;
1.0.
17. normayaratma orqanı - normativ hüquqi aktları
qəbul etmək səlahiyyətinə malik olan dövlət orqanı;
1.0.
18. normayaratma prosesi - dövlət orqanının normativ
hüquqi aktların hazırlanması, qəbul olunması və qüvvəyə
minməsi üzrə normayaratma fəaliyyəti;
1.0.
19. normayaratma texnikası - normativ hüquqi
aktların layihələrinin hazırlanması qaydalarının sistemi;
1.0.
20. normativ hüquqi aktın açıqlanması - normativ
hüquqi aktın rəsmi dövri mətbu nəşrdə dərc edilməsi, digər
kütləvi informasiya vasitələrinin və ya başqa mümkün
kommunikasiya vasitələrinin köməyi ilə rəsmi yayılması yolu
ilə ümumi diqqətə çatdırılması;
— 683 —
1.0.
21. lokal normativ hüquqi akt - qüvvəsi bir və ya bir
neçə dövlət orqanının çərçivəsi ilə məhdudlaşan normativ
hüquqi akt;
1.0.
22. texniki normativ hüquqi aktlar - texniki
reqlamentlər, bərqərar olmuş təcrübəni əks etdirən texniki
məcəllələr,
standartlar,
o
cümlədən
Azərbaycan
Respublikasının dövlət standartları, sahə standartları, texniki
şərtlər,
aviasiya
qaydaları,
zoogigiyena,
baytarlıq,
baytarhq-sani- tariya normaları və qaydaları, sanitariya
normaları və qaydaları, gigiyena normativləri, farmakopeya
məqalələri və normaları, yanğın təhlükəsizliyi qaydaları,
texniki, sənaye, nüvə və radiasiya təhlükəsizliyinin təmin
edilməsi normaları və qaydaları, təhlükəli yüklərin təhlükəsiz
daşınması normaları və qaydalan, yerin təkinin qorunması və
səmərəli istifadəsi normaları və qaydaları, ixtisaslaşdırılmış
məlumat kitabçaları, texniki-iqtisadi məlumatların dövlət
təsnifatı, dövlət statistika müşahidələrinin formaları və
onların
doldurulmasına
dair
göstərişlər,
statistik
göstəricilərin formalaşdırılması və hesablanması qaydaları,
dövlət statistika müşahidələrinin təşkil edilməsinə və
aparılmasına dair təlimatlar, idarə hesabat formaları və
onların doldurulmasına dair göstərişlər, daşınmaz maddi
tarixi-mədəni dəyərlərin qorunması zonalannm layihələri,
Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə
texniki normativ hüquqi aktlara aid edilmiş və Azərbaycan
Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulan qaydada
təsdiq edilmiş (qüvvəyə minmiş) digər normativ hüquqi
aktlar;
1.0.
23. normativ hüquqi aktda dəyişikliklərin edilməsi -
normativ hüquqi akta onun müddəalarının mətnini dəyişən və
ya əlavə normaların daxil edilməsi;
— 684 —