Mundəricat I böLMƏ. Konstitusiya hüququnun ümumnəzəri



Yüklə 5,1 Mb.
Pdf görüntüsü
səhifə222/237
tarix15.03.2018
ölçüsü5,1 Mb.
#32102
1   ...   218   219   220   221   222   223   224   225   ...   237

13.2.

 

Əvvəlcə  qanunun  analogiyasından  istifadə  olunur. 



Konkret  ictimai  münasibətləri  tənzimləyən  qanunvericilik 

normaları  olmadıqda  həmin  ictimai  münasibətlərə  oxşar 

ictimai  münasibətləri  tənzimləyən  qanunvericilik  normaları 

tətbiq edilir. 

13.3.

 

Mülki  hüquq  münasibətləri  mülki  qanunvericiliklə 



və ya tərəflərin razılaşması ilə birbaşa tənzimlənmə- dikdə və 

onlara  tətbiq  edilə  bilən  işgüzar  adət  olmadıqda  həmin 

münasibətlərə,  əgər bu onların  mahiyyətinə zidd deyildirsə, 

oxşar  münasibətləri  tənzimləyən  mülki  qanunvericilik 

normaları tətbiq edilir. 

13.4.


 

Konkret 


ictimai 

münasibətləri 

tənzimləyən 

qanunvericilik  normaları  olmadığına  görə  həmin  ictimai 

münasibətlərə  oxşar  ictimai  münasibətləri  tənzimləyən 

qanunvericilik  normalarını  tapmaq  mümkün  olmadıqda 

hüququn  analogiyasından  istifadə  edilir.  Bu  zaman 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasında 

və 

qanunlarda  təsbit  edilmiş  hüququn  konkret  sahələrinə  aid 



prinsiplərdən  və  hüququn  ümumi  prinsiplərindən  istifadə 

olunur. Hüququn analogiyası tətbiq edilərkən ədalət, insaf və 

mənəviyyat tələbləri nəzərə alınmalıdır. 

13.5.


 

Cinayət, inzibati xətalar və vergi qanunvericiliyində, 

məsuliyyətə cəlb olunma, hüquqların məhdudlaşdırılması və 

vəzifələrin 

müəyyən 

edilməsi 

hallarında 

hüququn 


analogiyasından  və  ya  qanunun  analogiyasından  istifadə 

oluna bilməz. 



Maddə 14. Qanunvericilikdə boşluqların aşkar 

edilməsi 

14.0.


 

Qanunvericilikdə 

boşluqlar 

aşkar 


edilərkən 

aşağıdakılar nəzərə alınmalıdır: 



— 694 — 


14.0.

 

1.  faktiki  hal  hüquqi  tənzimləmə  dairəsinə  aid 



olmalıdır; 

14.0.


 

2.  konkret  ictimai  münasibətləri  tənzimləyən 

qanunvericilik normaları olmamalıdır; 

14.0.


 

3. 


faktiki 

hal 


qanunvericilikdə 

qismən 


tənzimlənməlidir (tam tənzimlənməməlidir). 

Maddə 15. Hüququn analogiyasından və ya qanunun 

analogiyasından 

istifadə 

olunması 

haqqında qərar 

15.1.


 

Qanunvericilikdə  boşluqlan  aşkar  edən  və  bu 

Konstitusiya  Qanununun  14-cü  maddəsini  tətbiq  edən 

subyekt  konkret  ictimai  münasibətlərin  tənzimlənməsinin 

səlahiyyətlərinə  aid  edildiyi  normayaratma  orqanına  bu 

barədə məlumat verməlidir. 

15.2.

 

Hüququn  analogiyasından  və  ya  qanunun 



analogiyasından  istifadə  olunması  haqqında  Azərbaycan 

Respublikası Konstitusiya Məhkəməsinin qərarı Azərbaycan 

Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinin elektron 

variantında dərc edildiyi gündən qüvvəyə minir. 



Maddə 16. Hüququn analogiyasından və ya qanunun 

analogiyasından 

istifadə 

olunmasını 

istisna edən hallar 

16.0.


 

Aşağıdakı hallarda hüququn analogiyasından və ya 

qanunun analogiyasından istifadə oluna bilməz: 

16.0.


 

1.  qanunvericilikdə  boşluqlar  zahiri  xarakter 

daşıdıqda; 

16.0.


 

2. normativ tənzimləmə zərurəti olmadıqda; 

16.0.

 

3.  normativ  tənzimləmə  qanunla  qadağan 



olunduqda; 

16.0.


 

4. normativ tənzimləmə mövcud olduqda. 



- 695 — 


I V   f ə s i l  

NORMATİV HÜQUQİ AKTLARIN NÖVLƏRİ 

Maddə 17. Azərbaycan Respublikası Milli Məclisinin 

normativ hüquqi aktları 

17.1.


 

Azərbaycan  Respublikası  Konstitusiyasının 

93-cü  maddəsinə  uyğun  olaraq,  Azərbaycan  Respublikası 

Milli  Məclisinin  normativ  hüquqi  aktları  qanunlar 

formasında qəbul edilir. 

17.2.


 

Tənzimlənməsi 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının  94-cü  maddəsi  və  95-ci  maddəsinin  II 

hissəsi  ilə  Azərbaycan  Respublikası  Milli  Məclisinin 

səlahiyyətlərinə  aid  edilmiş  ictimai  münasibətlər  qanunla 

tənzimlənir. 

17.3.

 

Azərbaycan Respublikası Milli Məclisinin normativ 



hüquqi  aktı  qəbul  olunduqda  bu  aktın  istinad  etdiyi 

Azərbaycan 

Respublikası 

Konstitusiyasının 

maddəsi 

göstərilməli  və  aktın  həmin  maddənin  icrası  məqsədi  ilə 

qəbul olunduğu qeyd edilməlidir. 

Maddə 18. Azərbaycan Respublikası Prezidentinin 

normativ hüquqi aktları 

18.1.


 

Azərbaycan Respublikası Konstitusiyasının 113- cü 

maddəsinə  uyğun  olaraq,  Azərbaycan  Respublikası 

Prezidentinin  normativ  hüquqi  aktları  fərman  formasında 

qəbul edilir. 

18.2.


 

Azərbaycan  Respublikası  Prezidentinin  fərmanları 

Azərbaycan  Respublikasının  Konstitusiyası  ilə  Azərbaycan 

Respublikası  Prezidentinin  səlahiyyətlərinə  aid  edilmiş  və 

normativ  tənzimləmə  predmeti  olan  məsələlər  üzrə  qəbul 

edilir. 


— 696 — 


Yüklə 5,1 Mb.

Dostları ilə paylaş:
1   ...   218   219   220   221   222   223   224   225   ...   237




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə