yerləşməsi həmin dövlətin inkişafına təsir edən, onun
beynəlxalq arenada yerini müəyyən edən əsas faktorlar-
dandır. Hakimiyyət də müvafiq olaraq dövlətin bütün
ərazisində fəaliyyət göstərir, nəhəng dövlət aparatının tamam
fərqli yerlərdə baş verən hadisələrə dərhal reaksiya verməsini
təmin edir. Bu hakimiyyətin ərazi cəhətdən təşkili hesabına
başa gəlir. Dövlət hakimiyyəti iki formada təşkil olunur: 1)
hakimiyyətin təbii funksiyalar üzrə daxilən təşkilatlanması;
2) hakimiyyətin dövlətin ərazi amili üzərində, ərazi üzrə
təşkilatlanması. Dövlət hakimiyyətinin hər iki şəkildə təşkili
zərurətdən doğur. Hakimiyyətin məzmunu - onun
funksiyaları, bu funksiyaların daşıyıcıları və onlar arasındakı
münasibətlərin müəyyən edilməməsi hakimiyyətin həyata
keçirilməsini çətinləşdirir və nəticədə problemlər yaranır.
Eləcə
də
hakimiyyətin
dövlət
ərazisində
təşkilatlandırılmaması dövlətin özü, hakimiyyət və bütün
cəmiyyət üçün problemlər yaradır. Hakimiyyət, sadəcə
olaraq, mərkəzdə qurulub bütün yerlərə göstəriş verə bilməz.
O bütün əraziyə nəzarət etmək, göstərişlərin hər yerdə lazımi
səviyyədə icrasına nail olmaq və bir çox digər vacib
məsələləri yerinə yetirmək üçün ərazilər üzrə də
təşkilatlanmalıdır. Məsələn, hakimiyyətin ərazi cəhətdən
təşkili hesabına iqtisadi rayonlaşdırma məsələsi həll edilir.
Ərazi üzrə təşkilatlanma həm də siyasi problemdir. Bu zaman
bir çox amillər və təşki- latlandırmanm mümkün nəticələri
ərazi bölgüsündə nəzərə alınmalıdır. Real olaraq
hakimiyyətin ərazi cəhətdən təşkili dövlət ərazisinin müəyyən
ərazi vahidlərinə bölünməsində və bu ərazi vahidləri ilə
mərkəzi hakimiyyət arasındakı münasibətlərdə təzahür edir.
Başqa sözlə, hakimiyyətin ərazi cəhətdən təşkili bir bütöv
kimi dövlətin özüylə, mərkəzi hakimiyyətlə regionlar, yerlər
arasındakı
— 97 —
əlaqənin təşkilidir. Burada bütöv dövlət simasında mərkəzi
hakimiyyət, regionlar, yerlər, ərazi vahidləri qismində isə
müəyyən fiziki ərazi hədləri ilə bir-birindən ayrılmış və
yalnız onun üçün ayrılmış ərazidə fəaliyyət göstərən yerli
hakimiyyət orqanları çıxış edir. Hər bir ərazi vahidi mərkəzə
münasibətdə bütöv əlahiddə subyekt kimi çıxış edir.
Hakimiyyətin ərazi cəhətdən təşkili onun suverenliyini
şərtləndirən ən əsas əlamətin - hakimiyyətin bütün dövlət
ərazisində üstünlüyünü və hər yerdə vətəndaşların ona tabe
olmasını gerçəkləşdirən yeganə vasitədir. Çünki yalnız
dövlətin bütün ərazisi boyunca müəyyən bir sistem şəklində
təşkil olunmuş mərkəzi hakimiyyət bu xüsusiyyətləri həyata
keçirə bilər. Hakimiyyətin ərazi təşkilinin 2 əsas növü vardır:
1)
federalizm;
2)
unitarizm.
Birinci quruluşu həyata keçirən dövlət federal dövlət,
ikinci quruluşu gerçəkləşdirən dövlət isə unitar dövlət adlanır.
Hər iki sistem özü də müəyyən növlərə ayrılır.
Azərbaycan Respublikası Konstitusiyasının 7-ci maddəsinə
görə, Azərbaycan Respublikası unitar dövlətdir. Lakin uni-
tarizmin mahiyyətini başa düşmək üçün onu mütləq
müqayisəli şəkildə, federalizmlə birgə nəzərdən keçirmək
lazımdır. Federalizm hakimiyyətin ərazi cəhətdən elə
təşkilidir ki, burada dövlətin ərazi vahidləri dövlətəbənzər
qurumlar şəklində olur. Bu dövlətəbənzər qurumlar
federasiya subyektləri adlanır və mərkəzə münasibətdə unitar
dövlətlərdə olan müəyyən müstəqillik xüsusiyyətlərinə malik
olurlar. Bu qurumların dövlətəbənzərliyi onda təzahür edir ki,
hər bir federasiya subyektinin, adətən, öz konstitusiyası və ali
hakimiyyət orqanlan, öz qanunverici-
— 98 —
liyi olur və daxili məsələlərdə geniş müstəqilliyə malikdirlər.
Federal dövlətlərdə hakimiyyətin ikili bölgüsü gedir. Şaquli
bölgü - yuxarıdan aşağıya səlahiyyətlərin müxtəlif səviyyədə
duran orqanlar arasında paylanması və hakimiyyətin üfüqi
bölgüsü - federasiya və federasiya subyektlərinin hakimiyyət
orqanları arasında səlahiyyətlərin bölgüsü. ABŞ, Rusiya
Federasiyası, Almaniya Federativ Respublikası və s.
dövlətlər federal quruluşa malikdir. Federal dövlətlərdə
federasiyanın federasiya subyektinin işinə qarışması üçün
xüsusi vasitələr olur (federal interven- siya, birbaşa prezident
idarəetməsi və s.). Müdaxilə yalnız zəruri əsaslar olduqda baş
verir.
Unitar dövlətlərdə dövlət ərazisi mərkəzdən birbaşa asılı
olan inzibati-ərazi vahidlərinə bölünür. Bu ərazi qurumları
birbaşa mərkəzdən formlaşdırıhr və ya mərkəzin daimi və
güclü nəzarəti altında olur, daxili məsələlərdə müstəqil
deyildir və özünün qanunvericiliyi, xüsusi orqanları yoxdur.
Lakin nəzərə almaq lazımdır ki, bu əlamətlər kifayət qədər
ümumidir və mürəkkəb dünyada bəzən bu təsnifata tam cavab
verməyən hallara da rast gəlmək olur. Məsələn, Flindistan
federativ dövlətdir, lakin heç də bütün ştatların öz
konstitusiyası yoxdur. Böyük Britaniya unitar dövlətdir, lakin
onun tərkibində Şotlandiya, Uels və Şimali İrlandiya kimi
ayrıca qanunvericilik, icra və məhkəmə sistemi olan qurumlar
vardır. İspaniya və İtaliya ümumiyyətlə yeni növə, regionalist
dövlət tipinə aid edilir. Unitar dövlətlərdə yerli hakimiyyət
orqanları mərkəzdən formalaşdırılır və maliyyələşdirilir,
onların beynəlxalq münasibətlərə, bir qayda olaraq, birbaşa
çıxış imkanı yoxdur. Federasiyalarda isə, əksinə, federasiya
subyektlərinin hakimiyyət orqanları, adətən, əhali tərəfindən
seçilir və onların özünün büdcəsi olur, zəruri hallarda
— 99 —
Dostları ilə paylaş: |