15
Müqəddəs sübh
Allah Məhdi və əshabını yer üzünün məşriq və məğriblərinin
sahibi edəcəkdir. O dini üzə çıxaracaqdır. Səfehlər haqqı öldür-
dükləri
(öldürməyə çalışdıqları) kimi Allah da onun və əshabı-
nın vasitəsilə bidət və batili öldürəcəkdir
(kökünü kəsəcəkdir).
O
həddə qədər ki, zülmdən heç
bir əsər-əlamət görülməyəcək-
dir. Onlar yaxşılıqlara
əmr edər, pisliklərdən çəkindirərlər”.
13
6 – Allah-taala buyurmuşdur:
“Və o zaman ki, Rəbbi İb-
rahimi kəlmələrlə (bəzi işlərlə) imtahana çəkdi. Beləliklə, o
(İbrahim), onları kamil surətdə yerinə yetirdi”.
14
Müfəzzəl ibn Ömər deyib ki, İmam Cəfər Sadiqdən
(əley-
hissəlam) “Və o zaman ki, Rəbbi İbrahimi kəlmələrlə sınağa
çəkdi” – ayəsi barədə soruşdum.
Buyurdu: “O həmin kəlmələrdir ki, Adəm öz Rəbbindən
əldə etdi və Allah onun tövbəsini qəbul etdi. Adəm belə dedi:
“Ya Rəbb, səndən Muhəmməd, Əli, Fatimə, Həsən və Hüseynin
haqqına xatir diləyirəm ki, tövbəmi qəbul edəsən”. Beləcə, Al-
lah onun tövbəsini qəbul etdi. Doğrusu, Allah tövbələri çox qə-
bul edəndir, rəhimlidir”.
Müfəzzəl deyir ki, ona dedim: “Ey Allah Rəsulunun balası,
bəs
“beləliklə, onları kamil şəkildə tamamladı” – deməklə
nəyi nəzərdə tutur?
Buyurdu: “Nəzərdə tutur ki, onları Qaim Məhdiyə qədər –
on iki imam olaraq tamamladı
(və adlarını kamil surətdə çəkdi).
(Həmin imamların) doqquzu Hüseynin övladlarındandır”.
15
Buna baxmayaraq, demək mümkündür ki, Qurani-kərim
bir sıra işarələri toplayaraq
(ehtiva edərək), ümumi şəkildə vəd
olunmuş günü, orada saleh bəndələrin qələbə çalmasını İslam
dininin digər bütün dinlərə qələbə çalması ilə bəşarət vermişdir.
Məsələn, bu şərafətli ayələr kimi: “Ənbiya” surəsi, 105-ci
ayə; “Nur” surəsi, 55-ci ayə; “Qasas” surəsi, 5-ci ayə; “Tövbə”
13
İlzamun-nasib, c.1, s.76.
14
Bəqərə, 124.
15
Əl-Məhdi il-Quran, s.6, İlzamun-nasib, c.1, s.179.
16
Müctəba Sadət
surəsi, 33-cü ayə; “Saff” surəsi, 9-cu ayə və sair. Bu ayələrin hər
biri möminləri Allahın nüsrəti ilə müjdələyir ki, o gün gələcək,
orada İslam bütün yer üzərində idarəçilik edəcəkdir. Tək olan
Allaha ibadət ediləcək, şirk və küfrün kökü kəsiləcəkdir. Aləm
məşriq əsrilə sevinəcək
(yaxud məşriq əsri sayəsində rifah içə-
risində yaşayacaq), bəşəriyyətin xilaskarı Məhdi Müntəzərin
(əleyhissəlam) əli ilə iman və salamatlıq dolacaqdır.