Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə29/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   25   26   27   28   29   30   31   32   ...   52

99
Müqəddəs sübh
Əbu Cəfər (əleyhissəlam) buyurdu: “Mən nə dediyimi daha 
yaxşı bilirəm. Ancaq onlar Adəm hübut edəndən bəri olmayan 
iki əlamətdir”.
131
 
Vərd  ibn  Zeyd  Əsədi  və  Kumeytin  qardaşı  İmam  Baqirin 
(əleyhissəlam) belə buyurduğunu nəql etmişdir: “Bu iş(in baş 
verməsin)dən öncə ayın bitməsinə beş gün qalmış ay, ayın on 
beşində  isə  günəş  tutulacaq.  Bu  hadisə  Ramazan  ayında  baş 
verəcək.  Bu  zaman  münəccimlərin  (astronomların)  hesabları 
alt-üst olacaq”. 
Bu rəvayət batmanın ayın axırında deyil, əvvəlində olduğu-
nu vurğulayır.
Əli  ibn  Əbu  Həmzə  Əbu  Bəsirdən,  o  da  İmam  Sadiqdən 
(əleyhissəlam) belə rəvayət etmişdir: “Məhdinin çıxma əlamə-
ti günəşin Ramazan ayının on üçü, yaxud on dördü tutulması-
dır”.
132
Ayın  tutulması  adətən  yerin  günəşlə  ay  arasında  olması 
vasitəsi ilə baş verir. Onun vaxtı isə ayın ortasıdır. Günəşin tu-
tulması adətən ayın yer kürəsi ilə günəş arasında olması zama-
nı baş verir. Bunun da vaxtı ayın axırlarıdır. Amma rəvayətlər 
qeyd  etdiyi  kimi,  tutulma  hadisəsinin  ayın  başqa  vaxtlarında 
baş  verməsi  aşağıdakı  ehtimalları  nəzərə  alaraq  gerçəkləşə 
bilər.  Həm  də  qeyd  edək  ki,  bəda  bu  hadisəyə  müdaxilə  et-
məyəcəkdir:
Birinci: Bu hadisə möcüzə şəklində və (elmi baxımından) 
məqbul səbəbə əsasən baş verəcəkdir. Lakin bəsit ixtila la ya-
naşıdır. Bu fərq isə zaman baxımındandır. Bu möcüzənin baş 
vermə  yolu,  yaxud  onun  necəliyini  təsəvvür  edə  bilmirik.  Bu 
qədəri bilmək bizə kifayətdir ki, o baş verəcək və Adəm hübut 
131
  Əl-İrşadu  lil-Mu id,  c.2,  s.374;  Ğeybətun-Numani,  s.181;  İlamul-vəra, 
s.429; Ğeybətut-Tusi, s.270; Bəşarətul-İslam, s.96; Yəumul-xəlas, s.516; Ta-
rixu ma bə`dəz-zuhur, s.118.
132
 Ğeybətun-Numani, s.182; Bəşarətul-İslam, s.97; Tarixul-ğeybətil-kubra, 
s.479; Yəumul-xilas, s.517.


100
Müctəba Sadət
edəndən  bəri  baş  verməmişdir.  Həmin  zaman  astronomların 
hesabı süqut edəcəkdir. 
İkinci: Bu məsələ böyük bir cismin vasitəsilə baş verəcəkdir
Elmi terminologiyada deyildiyi kimi, fəzada sərgərdan hal-
da gəzişən cisimlərin günəş sistüminə yaxınlaşması, bu cismin 
günəşin  şüalarının  yer  üzərinə  çatmasının  qarşısını  alması, 
beləliklə  on  gündən  sonra  tutulma  baş  verməsi  mümkündür. 
Həmçinin ola bilər ki, günəşin şüasının aya yetişməyin qarşısı-
nı da alsın. Bu da ayın axırlarında olsun. Yəni ay hilal halında 
olarkən baş versin. Bununla da cismin ölçü və sürətindən asılı 
olaraq ya bir hissəli, ya tamamilə tutulma olsun... Qeyd olunan 
zühur  əlamətlərinin  mövzu  ilə  əlaqəsi  vardır.  Bu  isə  günəşin 
çıxmasından gönortanın üçdə ikisinə qədər nurunun getməsi-
dir.
133
 Səbəbi isə fəza obyektinin günəş ilə yer arasına girmə-
si  və  günortanın  üçdə  ikisi  müddətində  günəş  şüalarının  yer 
kürrəsinə çatmasına maneə yaratmasıdır. Bu isə bir saatdan üç 
saata qədər davam edən tutulma ilə fərq edir.
Üçüncü: Bu, günəşdə baş verən dəyişikliklər səbəbi ilə ola-
caqdır
Buna dair elmi açıqlama budur ki, günəşdə böyük partla-
yışlar,  yaxud  müəyyən  izioloji  ( izika qanunları  əsasın)  dəyi-
şikliklər baş versin. Belə ki, müəyyən zaman ərzində işıq saça 
bilməsin. Yaxud bir ayda (Ramazan ayında) iki ardıcıl partlayış 
baş verə bilər ki, onlardan  biri ayın ortasında günəşin tutulma-
sına, digəri isə ayın axırında, ayın hilal durumunda  “xüsuf”a 
(yəni ayın tutulmasına) səbəb olsun. Ola bilər ki, bu səbəb ehti-
mal baxımından daha yaxın və möhkəmdir... Elə ehtimal olunan 
da budur. Xüsusilə, bunu günəşlə əlaqəli baş verəcək nişanə və 
əlamətlərə də – hansı ki, daha öncə Rəcəb ayının hadisələrində 
izahını vermişik – bağlaya bilərik. Belə ki, Süfyaninin zamanın-
da günəşin yerində durması (ola bilər ki, bu, günəşdə baş verən 
133
 Əl-Muməhhidun lil-Mehdi, s.37.


101
Müqəddəs sübh
güclü partlayışın nəticəsi ola bilər. Hansı ki, baş verdikdə hərəkət 
etməsinin qarşısını alar, yaxud partlayışa reaksiya əlaməti ola-
raq iki, ya da üç saat ərzində ləng əks hərəkət etməsinə səbəb 
olar),  günəş  diskində  aşkar  bədənin  görsənməsi  –  günəşdə 
baş verən güclü partlayışın nəticəsi ola bilər. Belə ki, partlayış 
günəşin səthində insan siması və sinəsi şəklində baş verəcək-
dir.  Müasir  alimlər  günəşdə  baş  verəcək  hadisələr  barəsində 
düşünmüş və ona aşkar nöqtələr aid etmişlər. Belə ki, şərafət-
li hədisdə Əmirəlmöminindən (əleyhissəlam) uzun bir hədisin 
gedişatında belə nəql olunmuşdur. Həzrət Ramazan ayında baş 
verəcək  çığırtı  və  nida  (bu ayın 23-ü)  haqqında  qeyd  edərək 
bildirmişdir ki, sabah zöhr vaxtı günəşin saraldığını və qapqa-
ra  hala  düşdüyünü  izləyəcəksiniz.
134
  Bu,  günəşin  qaralma  sə-
bəbilə (Ramazan ayının 25-də) ayın tutulmasına dair aydın bir 
dəlildir... Ola bilər ki, bu, möcüzədən uzaqda səmavi əlamətlər 
və  zühur  nişanələri  barədə  dərin,  yorucu  düşüncədən  sonra, 
daha əvvəl kimsənin buna işarə etmədiyi yetişə biləcəyimiz ən 
üstün elmi təfsir və daha yaxın ehtimaldır. 
2 – Səmavi çığırtı (Qəti əlamətlərdəndir)
Bu əlamət qəti baş verəcək beş əlamətdən biridir.... “Sey-
hət”  səs  və  nidadan  ibarətdir.  Ramazan  ayının  iyirmi  üçüncü 
gecəsi səmadan eşidiləcəkdir. Bu isə Qədr gecəsidir.  Bunu yer 
əhalisi eşidəcəkdir. Hər bir qövm öz dilində duyacaq, bu səsdən 
çaşqın  vəziyyətə  düşəcək,  yatan  kəs  ayılacaq,  ayaq  üstə  olan 
əyləşəcək, əyləşən ayağa duracaq, gənc qız heybətin şiddətind-
dən  gəlin  otağından  çıxacaqdır.  Bu  nidanın  carçısı  Cəbraildir 
(əleyhissəlam).  Sübhə  yaxın  olacaqdır.
135
  Həm  də  açıq-aydın 
bir dildə nida çəkəcək ki: “Bilin, haqq Məhdi (əleyhissəlam) və 
onun şiələri ilədir”. Sonra lənətlik İblis bu nidadan sonra gü-
134
 Biharul-ənvar, c.52, s.275; Bəşarətul-İslam, s.59 və 70.
135
 Biharul-ənvar, c.52, s.274.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə