89
Müqəddəs sübh
çıxacaqdır və onunla birlikdə Allah Rəsulunun (sallallahu
əleyhi və alih) bayrağı olacaqdır. Bu isə bəlalar uzun çəkdiyi
üçün camaat onun zühur etməsindən məyus olduqdan sonra
baş verəcəkdir.
114
Hədislər Xorasaninin qoşununun bəzi xüsusiyyət və adları-
nı belə bəyan etmişdir:
Haşimi (Xorasani) siyasi bir rəhbərdir. Onun sağ əlində xal
var. Əs-Seyyidul-Əkbər (Böyük başçı) o kəsdir ki, bayraqları onun
möhürü ilə möhürlənər. Şüeyb ibn Saleh qarabuğdayı cavan, iti
zəkalı, Rey əhlindəndir (Tehran) və qüvvələrinin başçısıdır. Ta-
liqan xəzinələri elə Taliqan məntəqəsinin gəncləridir (Tehranın
şimal bölgəsi). Onlar Məhdinin (əleyhissəlam) əshabından ola-
caq. Onları hədislər Allahın xəzinələri kimi vəsf etmişdir”.
115
Rəvayətlər bunu göstərir ki, iranlılar düşmənləri ilə dö-
yüşəcəkləri uzun bir müharibədən sonra Şüeyb ibn Salehi öz
qoşunun başçısı seçən Haşimi ilə beyət edəcəklər. Hədislər
iranlıların düşmənləri ilə döyüş meydanını həmin ərazindən
xaricdə – yəni İraq, Şam və Fələstin kimi açıqlayır. Bu isə on-
ların daxili siyasi vəziyyətlərinin stabilliyinə dəlalət edir. Bir-
cə Qirqisiya döyüşü əsnasında iranlıların daxili vəziyyətində
olan bircə nizamsızlıq durumu istisnadır. Hansı ki, bu durum
Süfyani, türklər, bəzi rumlular (qərblilər) və bəzi iraqlı ordular
arasında bir əsas olacaqdır. İranlıların qüvvəsi döyüş sahəsinə
yaxın olacaq və onlar orada iştirak etmək istəyəcəklər. Ancaq
onlar əlac tapmaq üçün Qirqisiyadan geri çəkiləcəklər (daxili
vəziyyəti düzəltmək üçün). Odur ki, öz ölkələrinə geri qayıda-
caq, sonra Qirqisiya döyüşündə qələbə çaldıqdan sonra Süfyani
ilə qarşılaşmaq üçün hazırlıq görəcəklər.
İranlıların qiyam etməkdə hədə i Qüdsün azadlığıdır ki, İraqı
keçdikdən sonra oranı fəth edərlər. Hədislər İstəxr məntəqəsin-
114
Bəşarətul-İslam, s.184; Yəumul-xilas, s.651; əs-Süfyani – Fəqih, s.77.
115
Əl-Muməhhidun lil-Məhdi, s.54.
90
Müctəba Sadət
dən olan milli yürüşdən xəbər verir ki, Hicaz hadisələri və Məh-
dinin (əleyhissəlam) Məkkədə çıxmasından (zühur etməsindən)
sonra olacaqdır. Məşriq əhli onu qarşılamağa çıxar. O isə Mək-
kədən İraqa sarı yönələr və İstəxrdə onlara yetişər. Orada ona
beyət edərlər və onunla birlikdə Süfyaniyə qarşı döyüşərlər.
116
5 – Günəş diskində kamil bədənin görsənməsi və səma-
dan işarə edən əl
Rəcəb ayında rəbbani bir möcüzə baş verəcəkdir ki, bütün bəşə-
riyyət onun əzəmətindən heyrətdə qalacaqdır. Onlar aşağıdakılardır:
A – Günəş diskində insan sinəsinin və simasının çıxması
İmam Baqir (əleyhissəlam) Allah-taalanın “Əgər istəsək
göydən onlara elə bir nişanə nazil edərik ki, onun müqabi-
lində onlar boyun əyib itaət edərlər”
117
ayəsi barədə belə bu-
yurmuşdur: “Tezliklə Allah bunu onlarla edəcəkdir”.
Ravi deyir ki, dedm: “Kimdir onlar?”
Buyurdu: “Bəni-Üməyyə və onların ardıcıllarıdır (Süfyani
və yardımçıları)”.
Dedim ki, bəs nişanə (möcüzə) nədir?
Buyurdu: “Günəşin zavalı ilə əsr vaxtı arasında durması, in-
san sinəsinin və simasının günəş diskində çıxmasıdır ki, onun
dərəcə və nəsəbi tanınar. Bu Süfyaninin zamanında olacaqdır
və həmin vaxt onun və qövmünün yox olması baş verəcəkdir”.
118
Bu hədis onu izah edir ki, bu əlamətin görsənməsi Süfyanin
xüruc etməsindən sonradır. Biz öncə də təkid etmişdik ki, Süf-
yani Rəcəb ayında çıxacaqdır.
116
Xorasanin hərəkatı ilə əlaqədar daha geniş və təfərrüatlı məlumatlar, hə-
dis və rəvayətlər üçün Şeyx Əli Kuraninin “əl-Muməhhidun lil-Məhdi” kita-
bının üçüncü fəslinə müraciət et.
117
Şuəra, 4.
118
Əl-İrşad lil-Mu id, c.2, s.373; İlamul-vəra, s.428; Biharul-ənvar, c.52,
s.221; əl-Məhdi əl-məvud, s.53; Yəumul-xilas, s.517; əs-Süfyani, s.121.
91
Müqəddəs sübh
İmam Sadiq (əleyhissəlam) da bu əlamətin Rəcəb ayında
baş verəcəyini bildirmişdir: “Güclü səsin baş verəcəyi ildən
öncə Rəcəb ayında bir əlamət olacaq”.
Ravi deyir ki, dedim: “Nədir o əlamət?”
Buyurdu: “Ayda (başqa bir sözə əsasən, günəşdə) bir üzün
görünməsi və (səmada) açıq-aşkar bir əlin ortaya çıxmasıdır”.
119
Bu bariz bədən (üz və sinə) irəlidə görəcəyimiz kimi, Rəcəb
ayında üç nida çəkəcək kəsdir.
İmam Rza (əleyhissəlam) uzun bir hədisin gedişatında bu-
yurmuşdur: “... və üçüncü səs, onlar günəşin diski istiqamətin-
də aşkar bir bədən görəcəklər”.
120
Bəzi alimlər belə düşünür ki, bu bədən Əmirəlmömininin
(əleyhissəlam) cismidir ki, onu məxluqat tanıyacaqdır. Necə
ki, Hacı Şeyx Muhəmməd Nəcə i “Bəyanul-Əimmə” kitabının
üçüncü hissəsində (s.488) bunu açıqlamışdır. Həmçinin bəzilə-
ri belə açıqlamışlar ki, bu, Məsihdir (əleyhissəlam). Şeyx Əli Ku-
rani özünün “əl-Muməhhidun lil-Məhdi” kitabında (s.37) belə
açıqlamışdır... İkinci rəy mənə görə daha üstündür.
B – Səmadan çıxan əlin “Bu, bu!!” – deyə işarə etməsi.
Bəzi ravilər bunun qəti əlamətlərdən olduğunu qeyd et-
mişdir. İmam Sadiq (əleyhissəlam) uzun bir hədisin gedişatında
buyurmuşdur: “və əlin səmadan çıxması qəti olandandır”.
121
Həmçinin İmam Sadiqin (əleyhissəlam) vəd olunan günün
əlamətlərini açıqlayarkən belə buyurduğu nəql olunmuşdur:
“Səmadan olan əl həmin günün əmirliyinə (və hökümətinə) də-
lalət edir və camaat ona nəzər salacaqdır”.
122
Bizim imamlarımız (əleyhissəlam) nə qədər əzəmətlidir
ki, yüz illər öncə bizə bu cərəyanları xəbər vermişlər. Bədən
119
Ğeybətun-Numani, s.169; Biharul-ənvar, c.52, s.233; Bəşarətul-İslam, s.120.
120
Ğeybətun-Numani, s.120; Bəşarətul-İslam, s.120.
121
Ğeybətun-Numani, s.172; Bəşarətul-İslam, s.120.
122
Yəumul-xilas, s.519; Biharul-ənvar, c.52, s.233, başqa bir ləfzlə.
Dostları ilə paylaş: |