Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə27/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   23   24   25   26   27   28   29   30   ...   52

92
Müctəba Sadət
və əl ilahi bir möcüzədir. İndiki dövrdə insanlar camaat üçün 
sübuta yetiriblər ki, öz sözlərini ixtira və kəş lər, ən üstün bi-
likləri vasitəsilə ayın səthindən yerə çatdırmağı bacara bilirlər. 
Halbuki Allah öz məxluqatından daha biliklidir. Əzəmətli Allah 
pak-münəzzəhdir.
6 – Üç nida
Üç səmavi nida vardır ki, Rəcəb ayında baş verəcəkdir. Onu 
hamı eşidəcəkdir. Onlar aşağıdakılardır:
Birinci nida: “Bilin ki, zalım qövmə Allahın lənəti olsun!”
İkinci nida: “Ey möminlər, yaxınlaşan (Qiyamət) yaxınlaş-
mışdır”.
Üçüncü  nida:  Günəşin  diskində  kamil  bədənin  görsənib 
“Bilin ki, Allah Ali-Muhəmmədin (sallallahu əleyhi və alih) Məh-
disini zalımlara öz qəzasını (hökmünü) icra etmək üçün gön-
dərmişdir”. 
Həsən  ibn  Məhbub  əz-Zad  İmam  Rzanın  (əleyhissəlam) 
uzun bir hədisin gedişatında belə buyurduğunu nəql etmişdir: 
“O zaman insanlar bir nida eşidəcəklər. Bu elə bir nida olacaq 
ki, uzaqda olan onu yaxında olanın eşitdiyi kimi eşidəcək; mö-
minlərə rəhmət olacaq, ka irlərə isə əzab”. 
Ravi  deyir  ki,  dedim:  “Atam,  anam  sənə  qurban  olsun,  o 
nida nədir?”  
Buyurdu:  “Rəcəb  ayında  eşidiləcək  üç  səsdir.  Birincisi(ndə 
deyiləcək:) “Bilin, Allahın lənəti olsun zalımlara!” . İkincisi(ndə de-
yiləcək:) “Yaxınlaşmalı olan yaxınlaşmışdır, ey möminlər”. Üçüncü-
sündə isə günəş çıxan zaman (səmada) bir əl görəcəklər ki, belə 
səslənəcək:  “Bilin,  Allah  zalımları  məhv  etmək  üçün  ilankəsin 
oğlu  ilankəsi göndərmişdir”. Bu zaman möminlərə fərəc və qur-
tuluş gələcək, Allah (zalımları məhv etməklə) onların qəlblərinə 
rahatlıq verəcək və qəlblərindəki qəzəbi aradan aparacaq” .
123
123
  Ğeybətun-Numani,  s.120;  Ğeybətut-Tusi,  s.268,  Biharul-ənvar,  c.52, 


93
Müqəddəs sübh
Həmçinin İmam Baqirdən (əleyhissəlam) buna yaxın bir rə-
vayət nəql olunmuşdur: “Allah bu nişanələri baş verdikdə in-
karçıları heyrətə salacaqdır”. 
Həmçinin  İmam  Sadiqin  (əleyhissəlam)  belə  buyurdu-
ğu nəql olunmuşdur: “Çığırtı olan ildən öncə, Rəcəb ayındakı 
əlamət vardır”. 
Deyildi ki, o nədir? 
Buyurdu: “Ayda çıxacaq bir simadır və bariz əldir ki, işarə 
edər. Həmçinin səmadan gələn nidadır ki, yer əhalisinin hərəsi 
öz dilində eşidəcək”.
124
Buradan biz çığırtı ilə nidanı bir-birindən ayıra bilərik... Çı-
ğırtı Ramazan ayında baş verəcək və o, Cəbrailin (əleyhissəlam) 
nidası şəklində baş verəcəkdir. Nida isə Rəcəb ayında baş verə-
cəkdir  (üç nida).  Axırıncı  (dördüncü)  nida  Məhərrəm  ayında 
müqəddəs sübh günündə olacaqdır... Ramazan ayındakı çığırtı 
“seyhət” qəti əlamətlərdən sayılmışdır. Ancaq Rəcəb və Məhər-
rəm ayındakı nidalar isə qəti əlamətlərdən sayılmamışdır.
7 – Günəşin sabit qalması və ayın bədr gecəsi tutulması
Zühur  ilinin  qəti  olmayan  əlamətlərindən  günəşin  sabit 
(və hərəkətsiz) qalması, onun zöhrdən əsrə qədər hərəkət et-
məməsidir ki, Rəcəb ayının günlərinin birindədir. Həmçinin bu 
ayın bədr gecəsi ay tutulması baş verəcəkdir.
İmam Baqirdən (əleyhissəlam) Allah-taalanın “Əgər istəsək 
göydən onlara elə bir nişanə nazil edərik ki...” ayəsi barədə 
soruşdular ki, nişanə nədir? 
Buyurdu: “Günəşin zavalı ilə əsr vaxtına qədər hərəkətsiz 
durmasıdır...  Bu,  Süfyaninin  zamanında  baş  verəcək.  Həmin 
vaxt onun və qövmünün yoxa çıxması olacaqdır”.
125
s.289; Bəşarətul-İslam, s.16. 
124
 Ğeybətun-Numani, s.169; Yəumul-xilas, s.541.
125
 Biharul-ənvar, c.52, s. 221.


94
Müctəba Sadət
Bu  əlamət  Süfyaniyə  (onun Rəcəb ayında xüruc etməsinə) 
dəlalət edən ən bariz əlamətlərdəndir. Çünki bu əlamət onun 
zamanında  baş  verəcəkdir.  Günəşin  səmada  durması  az  bir 
müddət ərzində baş versə də, Allah-taala tərə indən qeyri-adi 
bir möcüzə hesab olunur. Bir cəhətdən, camaat anidən günor-
tanın uzun çəkməsini hiss edəcəklər. Çünki onun hərarəti yer 
üzərinə hər zamankından daha çox düşəcəkdir. İkinci cəhətdən 
isə,  onlar  dəyişikliyi  şüur,  hiss  baxımından  başa  düşəcəklər... 
Bu səmavi əlamətin (Rəcəb ayında) baş verməsi Süfyani, onun 
qövmü və hərbi qüvvəsinin həlak olma nişanəsidir.
Rəcəb  ayında  bu  əlamətin  (günəşin yerində durması)  baş 
verməsinin vurğulanması günəş diskində bir kəsin sinə və si-
masının çıxması ilə yanaşı baş verəcəkdir. Biz bu hadisənin Rə-
cəb ayında baş verəcəyini daha öncə sübut etmişik. Həmçinin 
qeyd  etdik  ki,  o  və  onun  gerçəkləşməsi  Süfyaninin  dövründə 
olacaqdır.  Necə  ki,  Süfyaninin  xüruc  etməsinin  Rəcəb  ayında 
olduğunu da bundan öncə izah etmişik.
Rəcəb ayında baş verəcək digər əlamətlər də vardır... Rəcəb 
ayının bədr gecəsi (yarısı) ayın tutulması bu əlamətlərdəndir. 
Ümmü Səid Əxməsiyyə deyib: “Əbu Abdullaha  (əleyhissə-
lam) dedim ki, sənə qurban olum, ey Allah Rəsulunun balası, 
mənə Qaiminin xüruc etməsi barədə bir əlamət söylə”. 
Ümmü Səid deyir: “Mənə belə dedi: “Ey Ümmü Səid, Rəcəb 
ayının bədr gecəsi ayın tutulması, onun ardınca bir nəfərin çıx-
ma zamanıdır. Qaimin (əleyhissəlam) çıxması həmin vaxtdır”.
126
 
Daha öncə də izah etmişik ki, (bir nəfərin cisminin görsən-
məsilə bağlı) əlamət Rəcəb ayında zahir olacaqdır. Ondan sonra 
isə Ramazan ayında çığırtı baş verəcəkdir.
126
 Bəyanul-Əimmə, c.2, s.695.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə